Ağdam təmsilçisi indi 211-cidir
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası Dünya klublarının növbəti reytinq siyahısını açıqlayıb. Təmsilçimiz “Qarabağ” ötən ayla müqayidə 22 pillə geriləyərək 211-ci pillədə qərarlaşıb. Komandamızın aktivində 84 xal var. Bununla belə Ağdam təmsilçisi yenə də reytinq siyahısında “Bursaspor” (Türkiyə), “Herta” (Almaniya), “Blekbörn Rovers” (İngiltərə), “Portsmut” (İngiltərə), “Hoffenhaym” (Almaniya) və “Parma” (İtaliya) kimi klubları geridə qoyur.
Reytinq siyahısına isə aktivində 293 xalla “İnter” (İtaliya) başçılıq edir. İlk “üçlük”də yer alan “Barselona”nın (İspaniya) 283, “Bavariya”nın (Almaniya) 253 xalı var.
|