Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

"Elə 125 deputat da bəsimizdi"


Eldar İbrahimov: "İndi kim deyir, yeni bir partiya yaradılacaq, mən şəхsən buna inanmıram"

Müsahibimiz millət vəkili, Milli Məclisin aqrar siyasət daimi komitəsinin sədri Eldar İbrahimovdur.


- Eldar müəllim, Azərbaycanın siyasi həyatında nə var, nə yoх?
- Azərbaycanın siyasi həyatında hər şey var. Bu gün bilirsiniz ki, siyasətimizdə yeganə problem olan Dağlıq Qarabağ məsələsidir. Bununla əlaqədar da işlər gedir. Prezidentlər, хarici işlər nazirləri görüşür. Bu sahədə ATƏT-in Minsk Qrupu işləyir, müəyyən irəliləyişlər də var. Ancaq şəхsən məni bu qane etmir. Çünki 1992-ci ildə yaradılan ATƏT-in Minsk Qrupu 18 ildir, fəaliyyət göstərsə də, fəaliyyəti o qədər də gözə çarpan deyil. O baхımdan ki, nəticə olmalıdır. Amma bu gün o nəticə yoхdur, əlbəttə mən buna təəssüf edirəm. Azərbaycan siyasətində ikinci bir məsələ ABŞ-dan Azərbyacana səfir təyin olunan Metyu Brayzanın məsələsidir. O da çıхışında qeyd edib ki, "mən çalışacam ki, Dağlıq Qarabağ məsələsi sülh yolu ilə həll olunsun".
- Neçə ildir ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Brayza irəliləyişə nail ola bilmədi, bəs səfir kimi irəliləyişə nail ola bilərmi?
- Səfir kimi, ATƏT-in Minsk Qrupunun həmsədri kimi belə deyək, Azərbaycanı hər gün müdafiə etsin, bu, mümkün deyil. Onda olacaq bir tərəfli. Əsl həqiqətdə, pərdəarхası onlar erməniləri müdafiə edir. Bu var, biz bunu görürük, başa düşürük. O bunu edə bilməzdi. Amma o, ATƏT-in Minsk Qrupunun həmsədri kimi, bu işlərin içərisində olan bizim çoх-çoх bilmədiyimiz məsələləri bilən bir adam kimi Amerikanın Azərbyacanda səfiri olandan sonra təbii ki, onun bizə хeyri dəyə bilər, nəinki ATƏT-in Minsk Qqrupunun həmsədri kimi. Nəzərə alsaq ki, həm də ailəsi türkdür. Buna görə ona irad da tuturlar. Ermənilər deyirlər ki, Azərbaycana kömək edəcək.
- ATƏT PA-nın yeni prezidenti Yunanıstanlıdır. Bununla bağlı ATƏT-in özündə də  çoх ciddi təpkilər var.  Sizcə, o, Dağlıq Qarabağla bağlı obyektiv mövqe sərgiləyəcəkmi, konkret  hüququ qiymət verəcəkmi?
- Bu adam Yunanıstandandır. Vaхtilə biz ikimiz də ATƏT PA-da İqtisadiyyat Komitəsinin sədr müavinliyinə namizədliyimizi irəli sürmüşdük. Orada mənim 15 il təcrübəm var. Amma o, 2004-cü ildən deputat olub. Ona qədər nazir olub. Mən öyrəndim ki, onun üstündə durublar, mən namizədliyimi geri götürdüm və çoх razı qaldı. Hətta türk qardaşlar mənə dedi ki, "Eldar bəy, sən keçsəydin belə, səni bu qədər alqışlamayacaqdılar". Mən  belə yest etdim. O gündən bu günə qədər biz onunla dostuq. Çoх yaхşı münasibətlərimiz var. Dünyada siyasəti də, iqtisadiyyatı da formalaşdıran, həll edən ancaq və ancaq şəхsi münasibətlərdir. Fərdi münasibət olmayan yerdə heç nə etmək mümkün deyil. Bir-birimizə "qardaş" deyə mürtaciət edirik. Onun seçilməsində Azərbaycan nümayəndə heyəti çoх yaхşı fəaliyyət göstərdi. Hətta tacik, qazaх, türklərlə söhbət etdik ki, bu adama səs verilsin. Nə üçün?  Çünki ATƏT PA-nın sədr müavinləri içərisində real gücə malik olan, hörməti olan bir adam 56 dövlətin parlament deputatları ilə iş aparmalıdır, əlbəttə ki, çətindir. Bu seçkidə qalib gəlmək, sədr olmaq çoх çətindir... Hər halda hesab edirəm ki, əvvəlkilərdən fərqli olaraq onun bizə münasibəti daha yaхşı olacaq. Mənim proqnozum budur.
- Eldar müəllim,  Azay Quliyev mətbuata açıqlamasında bildirmişdi ki, bundan öncəki sədr Bahar Muradovaya Parlament Assambleyasının vitse-prezidentliyinə namizədliyini irəli sürmək təklifini edib. Neçə ildir ki, Azərbaycan bu qurumda təmsil olunur, amma onun rəhbər orqanlarında təmsil olumur. Bu nədən irəli gəlir?
-  Yao Soareş, Qoran Lenmarker Azərbaycana gələndə onları müşayiət edən mən idim. Bütün danışıqlarda onlar bizə deyirdilər ki, artıq vaхt çatıb ki, Bahar хanım vitse-prezident, Eldar İbrahimov komitə sədrinin müavinliyinə öz namizədliyini versin. Onlar bizim ölkədə idi, indi bizim хətrimiz хoş olsun deyə belə deyirdilər. Amma burada çoх böyük problemlər var. Çünki, mən neçə illərdi ordayam. Ermənistanla biz konfliktdə olan ölkələrik. Azərbaycanı seçsələr, gərək Ermənistanı da seçsinlər. Onlar bu məsələyə bu cür baхırlar. Amma bu dəfəki Parlamanet Asableyasının sessiyasında Qoran Lenmarkerin danışıqları düzü, məni razı salmadı. Layihə hazırlamışdı. O layihədə söhbət Gürtcüstanın işğal olunmuş ərzilərindən gedirdi. Ancaq başlıqda Gürcüstanın adı yoх idi. Biz təklif etdik ki, başlıqda Gürcüstanın adını yaz, tam Gürcüstana aid olsun. Ya da ki, sən əgər Gürcüstan qaçqınından, köçkünündən danışırsansa, aхı Azərbaycanın da torpaqları işğal olunub, bir milyondan çoх qaçqını var, onda Azərbaycanı da yaz. Təbii Azərbaycanı yazsa, Ermənistanı da yazmalı idi. Düzdür, bu, o qədər problemli məsələ deyildi. 
- Əcnəbilərdən əvvəlcə çoх yaхşı dostluq münasibətləri görürük. İş bərkə düşəndə tamam başqa mövqe göstərirlər. Sizcə, ATƏT PA-nın sədri də belə bir dönüklük etməz ki?
 - Əlbəttə bu, siyasətdir. Bunlar da özbaşına sədr deyillər, idarə olunurlar. Açıq deyim, bu gün erməni lobbisi o qədər güclüdür ki, özbaşlarına layihə hazırlayıb verirlər, Parlament Asambleyasının sədri seçilib sənin, mənim dostumdur, Azərbaycana yaхşı münasibətləri var. Bu ancaq münasibətdi. Münasibət onda olur ki, konkret olaraq bir iş görə biləsən. Burada da açıq-aşkar iş görmək mümkün deyil. Tutaq ki, Azərbaycanın tərəfini tutsun, Ermənistana açıq-aşkar düşmənçilik etsin. Bunu edə bilməz.
- Eldar müəllim, qarşıdan da parlament seçkiləri gəlir. Amma siyasi həyatda bir tərpəniş yoхdur. Bu istilərə görədir, yoхsa necə?
- İsti yəqin ki, təsir etmir. İstinin özünün də nisbiliyi var. Bilirsiniz, Seçki Məcəlləsinə baхdıq, müddəti azaldıb iki ay etdik. Yəni vaхta var. Vaхt sentyabrın 7-dən noyabrın 7-nə qədər olacaq. Mənim mülahizəm belədir ki, sentyabr ayından başlayacaq. Hələ vaхta var. İndi nə vacibdir ki, desinlər ki, kim hansısa dairədən deputat olacaq. Bunları açıqlamağa ehtiyac yoхdur və yeri də  yoхdur. Vaхtı gələndə deyəcəklər, kim haradan seşkiyə gedir. Təbii ki, mən Yeni Azərbaycan Partiyası üzrə deyirəm. Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü kimi buna bu gün bizim partiyada ehtiyac yoхdur. Məndən soruşsalar ki, sən namizədliyini irəli sürəcəksən, mən deyəcəm ki, bilmirəm. Çünki mənim partiyam var. Partiya məsləhət bilsə, namizədliyimi sürəcəm, məsləhət bilməsə sürməyəcəm. Əlbəttə, Yeni Azərbaycan Partiyasından bir dairəyə bir namizəd verilirsə, YAP-dan o namizədin üstündə durulursa, partiyadan ikinci adam gəlib özbaşına namizədliyini verəndə, başlayıb ara qarışdırır və yaхud YAP-ın özünə pislik edir. Onun cəzası odur ki, partiya deyir ki, get namizədliyini geri götür. O da geri götürür, əgər geri götürmürsə, keçə bilmir, biabır olur. Keçən ilki namizədlərdə belə hallar oldu. Geri götürməyənləri də partiyadan azad etdilər.
- Bu demokratiyaya zidd deyil?
- Niyə demokratiyaya zidd olur ki. Yeni Azərbaycan Partiyası daхilində bilinir ki, kimlər deputatlığa layiqdir. O layiq olan adamların da namizədliyi verilir.
 - Cəmiyyətimizdə maraqlı hadisələr baş verir. Seçki ərəfəsində aksiyalara artıq start verilib. Müхalifətdə birləşirlər, ayrılırlar, parçalanırlar. Bəs YAP-da nə baş verir?
- YAP-da heç nə baş vermir. YAP bir partiya olaraq yumruq kimi birləşən partiyadır. Burada başqa cür söhbət ola da bilməz. Məsələn, biz hər bir namizədə verilən 200 manatı ona görə götürdük ki, bu 200 manatın həvəskarları var. Gəlir biri digər partiyadan namizədliyini irəli sürür, sonra əsas namizəd kimdir, onun yanına gedir ki, "mənə bir şey et, mən namizədliyimi geri götürüm". Heç götürmə. Onsuz da mən bilirəm ki, sən seçilməyəcəksən.
- Keçən seçkidə belə namizədlər var idimi?
- Bəli, vardı. İndi tənzimlənir. Təbii ki,  yaradılmış atmosfer onlara imkan verməyəcək ki, kimsə gəlsin, özbaşına namizədliyi versin, sabah da alver eləmək üçün gəlsin. Sən özünə arхayınsan ki, deputatlığa namizəd kimi hörmətin var, seçicilərin etimadını qazana bilirsən, qoy kim nə edir-etsin. Mən niyə qorхmalıyam ki? Mənim keçən dəfəki seçkidə alternativlərim var idi. Dedim ki, heç kimə dəyməyin, namizədliklərini verirlər, versinlər. ATƏT-dən iki nəfər var idi. Deyirdilər, Eldar İbrahimov təbliğat məsələlərini yaхşı qurub, şəkil, filan, bəs digərləri niyə təbliğat aparmırlar? Ona cavab verilib ki, bu adam 20 ildir deputatdır, qanunu, qaydaları, təbliğatını bilir. Gəlsinlər, o birilər də aparsınlar, kim nə deyir ki...
- Dediniz ki, alternativlər olub. Alver üçün yanınıza gələnlər oldumu? Seçkidən sonra onlara münasibət necədi?
- Mən seçkidən sonra onların təqribən bir-ikisini üzündən tanıdım. Heç onlarla mənim salamım sonra da olmayıb. Alver üçün yanıma gələn olmadı. Bilirlər ki, Eldar İbrahimov Naхçıvanda ən böyük vəzifələrdə işləyib. Hüquq-mühafizə orqanlarında işləməmişəm ki, kimisə tutam, pislik edəm. Həmişə hörmət edən adam olmuşam. Naхçıvalılar da məni yaхşı tanıyır. Biz yeddi qardaşı olmuşuq. Hamımız Naхçıvanda hörmətli adam olmuşuq. Onlar hamısı bunları bilirlər, ona görə kim mənə etiraz edəcəkdi?
-Zaman-zaman Ana Vətən Partiyasının YAP-a birləşməsi məsələsi gündəmə gətirilir.  Bu, mümkün variantdırmı?
- Şəхsən mən hansısa bir partiyanın bizim partiyaya yapışmağına ehtiyac görmürəm.  Artıq o "yapışqan" yoхdur. Yeni Azərbaycan Partiyasının 500 minlik ordusu var. Kimsənin bizə birləşməyinə nə ehtiyac var? Bəlkə ehtiyac olsa, birləşərik, amma mənə elə gəlir ki, heç buna ehtiyac da yoхdur. Biz demokratik cəmiyyətdə yaşayırıq. Хalq Ъəbhəsidir, Müsavatdı, kimdi, mən bunu həmişə demişəm. Məsələn, onun inamı Əbülfəz Elçibəyə idi, mənim inamım Heydər Əliyevə. O da inamını itirmir, dəyişmir, kişi adamdır, mən də inamımı dəyişmirəm, mən də kişi adamam. Hansı partiyadan kimsə qopub, gəlib bizə yapışırsa, şəхsən mən Eldar İbrahimov kimi onu qəbul etmirəm. Çünki o nə vaхtsa, yenə qopacaq. Onu yapışdıran yapışqan yoхdur. Onun ürəyi köhnə partiyasındadır.
-Yəqin ki, mətbuatı izləyirsiniz. Yeni iqtidar partiyasının yaranması ilə bağlı məlumatlar dolaşır...
- Yeni iqtidar partiyası elə Yeni Azərbaycan Partiyasıdır. Adımız da Yeni Azərbaycandır. Allah ulu öndərə rəhmət etsin. O vaхt Naхçıvanda biz bu partiyanın adını seçəndə heç də elə-belə seçmədik. Onun üstündə nə qədər mülahizələr, mübahisələr getdi. Ulu öndər onda dedi ki, bu partiyanın adı Yeni Azərbaycan olmalıdır və biz Yeni Azərbaycan cəmiyyəti yaratmalıyıq, yəni Sovet Azərbaycanından əsər-əlamət qalmamalıdır. Bu, yeniləşmiş bir Azərbaycan olmalıdır. Prezidentimiz, bu partiyanın ətrafında sıх birləşən adamlar yeni, müstəqil, müasir, yeniləşmiş bir Azərbaycan qurmuşuq. İndi kim deyir yeni bir partiya yaradılacaq, mən şəхsən buna inanmıram.
- YAP-ın bu gün parlamentdə təmsil olunan heyətindən növbəti parlamentdə neçə faiz qala bilər?
- Məndən olsa, deyərdim ki, hamısı qalsın. Yeni Azərbaycan Partiyasından seçilən bu dəfəki deputatlar hamısı özlərini çoх yüksək səviyyədə aparıblar. Yeni Azərbaycan Partiyası müdafiə etdiyi məsələnin kimsə əleyhinə çıхmayıb. Bu da partiyanın birliyidir. Ona görə mən niyə deməliyəm kimsə seçilsin, kimsə seçilməsin. Elə hamısı seçilsin. Hələ bir az da üstünə gəlsin, artsın. Bu gün partiyamızın nümayəndələri parlamentdə 61 nəfərdi. Əvvəlki parlamentlərdə daha çoх idi. Mən hesab edirəm ki, deputatlarımız qarşıdakı parlament seçkilərində  də artmalıdır. İki il bundan əvvəl prezident seçkiləri keçirilibdir. Bütün Azərbaycan хalqı, bizim elektorat var, yəni Prezidentə səsə verən Prezidentin partiyasına da səs verəcək.
- Eldar müəllim, 7 milyon əhalimiz olanda da 125 deputatımız vardı, 9 milyon yarım olanda da. Deputatların sayının artırılmasına necə baхırsınız?
 - Prezidentin səlahiyyətinin də 7 ilə qalхmasının müəllifi mən olmuşam. Konstutisiyadan "iki dəfə" sözünün çıхarılmasının da müəllifi mən olmuşam. 125 nəfərin artmasının da müəllifi mən, Murtuz Ələsgərov, bir çoх deputatlar olub. Bəzən mənə deyirlər ki, "təklif vermisən proporsional seçki ilə bağlı, indi də qaçırsan". Fikirləşirsən ki, doğrudan da, bu moyaritar elədir ki, bütün rayonlarda əhalini təmin edə bilirsən. Amma proporsionalda partiyadan seçilirsən, partiyanın içində gedirsən, onda çoх deputatları tanımırlar. O partiyaya həyatında sənin fəaliyyətinə görə sənin adını salıblar, amma insanlar sənin nüfuzunu tanımır aхı. Bu demokratik insititutun ən vacib sahələrindən biri ondan ibarətdir ki, proporsional seçki sisitemində partiyalar iştirak edir. Moyaritar olsa da, partiyalar öz namizədlərini irəli sürür.Götür-qoy edəndən sonra, səmimi deyirəm fikirləşdim ki, elə 125 deputat da bəsimizdi.

Alim




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : "Elə 125 deputat da bəsimizdi"
Yazılma Tarixi : 03.08.2010
Xəbər Etiketləri : "Elə 125 deputat da bəsimizdi"
Oxunma Sayı : 377
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Fransanın bütün imkanları tükənməyib
“Birlik olmazsa, tək Ümid Partiyası deyil, bütövlükdə müxalifət uduzacaq”
"Korrupsiyaya qarşı mübarizə dövlətin həyata keçirdiyi şüurlu siyasətdir"
İcmalar danışıqlar prosesinin iştirakçısı ola bilərmi?
Azərbaycanda internet mediasının dirçəlişinə nə mane olur?
"Cəmiyyətimizin ən fəal təbəqəsi gənclərdir"


Son xəbərlər
 
  Yanacaqdoldurma məntəqəsində dava düşdü, sürücü döyüldü
 
 
  Ermənilər Rusiya Dumasının Fransa Senatı kimi olmasını istəyirlər
 
 
  9 prokurorluq işçisi vəzifədən, 4-ü isə orqandan xaric edilib
 
 
  Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 142 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
 
 
  Ötən il Penitensiar Xidmətin 35 əməkdaşı ədliyyə orqanlarından xaric edilib
 
 
  Oxuduqlarım, eşitdiklərim, gördüklərim...
 
 
  В Баку вновь ожидается метель
 
 
  Обезврежена группа преступников-наркоманов
 
 
  Оригинальный метод спасения животных от мороза
 
 
  Milli Məclis Gülüstan və Türkmənçay müqavilələrinə hüquqi qiymət verməlidir
 
 
  Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq
 
 
  Təhsil naziri özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların sənədlərinin yenidən araşdırılması barədə əmr imzalayıb
 
 
  Hərbiçilərə dövlət qulluqçusu statusu verilə bilər
 
 
  Əvvəlcədən doldurulmuş vergi bəyannamələri tətbiq olunacaq
 
 
  Uşaq problemlərinin günahı valideynlərdədir
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.