Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

"Rusiya Ermənistanda silah bazası yerləşdirməklə kvotanı pozur"


Əli Həsənov: "Azərbaycan marağında olmayan təşkilata qəbul olmayacaq"

Son vaxtlar Ermənistanda Rusiyanın silah bazalarının yerləşdirilməsi, Ermənistanla Türkiyə sərhədlərinin açılması məsələsi və sair məsələlər yenidən gündəmə gəlib. Rusiya Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Qoşulması yollarının açıq olmasını iddia etdiyi halda, Azərbaycan bu təşkilata qoşulmaqdan niyə imtina edibğ Bu və ya məsələlərlə bağlı jurnalistlərin süallarını Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov cavablandırır. ("OLAYLAR"İA)
-Əli müəllim, Rusiya Ermənistan ərazisində silah bazaları yerləşdirməkdə davam edir. Buna münasibətiniz?
-Bu əlbəttə ki dövlətlərarası məsələdir. Rusiyanın Ermənistanla bağladığı hər hansı saziş, dövlətlərarası razılaşdırılmış hər hansı müqavilə iki dövlətin işidir. Lakin Cənubi Qafqazın təhlükəsizliyi və bütövlükdə bölgədə adi və digər strateji silahların yerləşdirilməsi və onların miqdarı məsələsi təkcə iki dövlət arasında olan məsələlər deyil, eyni zamanda ATƏT-in Avropadakı Təhlükəsizlik Konsepsiyasına müvafiq olaraq Cinah sazişilə nizamlanır. 1992-ci ildə ATƏT-in Cinah sazişinə Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiya qoşulub və Cənubi Qafqazda yerləşdirilə biləcək silahlar və hərbi texnikalar-hərbi təyyarələr, tanklar, hərbi maşınların kvotası müəyyən edilib. Amma biz bilirik ki, Dağlıq Qarabağda neçə illərdir ki, kvotadankənar silahlar və silahlı qüvvələr cəmlənib. Bunların heç bir nəzarəti və hesabatı aparılmır. Ermənistanın özünün silahlı qüvvələrinin kvotasına Rusiyanın orada yerləşdirdiyi silah bazaları da daxildir. Yəni Rusiyanın Cənubi Qafqazda yerləşdirdiyi silahlar Ermənistanın kvotasına müvafiq olmalıdır. Bu məsələlərin bəziləri dövlətlərarası nizamlansa da, ATƏT-in tələblərinə cavab verməlidir. Hal-hazırda ATƏT mütəxəssisləri həmin kvota ilə bağlı araşdırmalara başlayıb və Ermənistanla Rusiyanın kvotanı pozub-pozmamasını araşdırır. Bu barədə yekun nəticə açıqlanandan sonra məsələyə Azərbaycan münasibət bildirəcək.
-Sentyabrın 11-13-də Ermənistanla Türkiyə sərhədlərinin açılacağı xəbəri yenidən gündəmə gəlib. Bununla bağlı Azərbaycan hansı addımı atacaq?
-Bu gün işğalçı Ermənistanla Türkiyənin sərhədləri açması nə Türkiyənin, nə də Azərbaycanın xeyirinə deyil. Bu hadisə heç birimizin maraqlarına cavab vermir. Hər iki halda bu proses işğalçı rejimin əl-qolunun açılmasına, danışıqlarda bir az da qeyri-konstruktiv mövqe əks etdirməsinə səbəb olacaq. Bu məsələ ilə bağlı yayılan məlumatlara inanmıram. Çünki Türkiyə prezidenti Abdulla Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan və digər rəsmilər dəfələrlə bəyan ediblər ki, nə qədər ki, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi prosesində konstruktiv mövqe nümayiş etdirmir və problem həll edilməyib, Ermənistanla Türkiyə sərhədləri açılmayacaq. Biz də Türkiyə rəsmilərinin sözlərinə inanırıq və düşünürük ki, nə qədər ortaya qoyulan şərtlərlə razılıq əldə edilməyib Ermənistanla Türkiyə sərhədləri açılmayacaq. Burda heç bir beynəlxalq təşkilatın tələbi keçməyəcək. 
-Əli müəllim, Amerika Birləşmiş Ştatları Azərbaycana bir ildir ki, səfir təyin etmir. Sizcə bu Azərbaycan-Amerika əlaqələrinə mane olmur ki?
-Xeyr, mən elə deməzdim. Əgər Azərbaycanda səfir yoxdursa, bu o demək deyil ki, Azərbaycanda Amerika səfirinin işini görən yoxdur. Bu var, səfirlik normal fəaliyyət göstərir.  Amma beynəlxalq təcrübədə belə bir qayda var ki, ölkə bir ildən artıq səfirsiz qala bilməz. Ona görə də biz düşünürük ki, yaxın zaman çərçivəsində Amerika Azərbaycana yeni səfir təyin edəcək. Münasibətlərə gəlincə isə səfirin təyin edilməməsi iki ölkə arasında münasibətlərə təsir edə bilməz.
-Rusiya ilə Azərbaycan arasında Kollektiv Təhlükəsizlik Müqaviləsinin imzalanması ehtimalı varmı?
-1992-ci ildən bu günə qədər biz dəfələrlə Ermənistanda Rusiya silah bazalarının yerləşdirilməsi, Ermənistan ordusunun qeyri-qanuni silahlarndırılması ilə bağlı etirazımızı bildirərkən Rusiya tərəfi bizimlə də həmin müqaviləni imzalamağa hazır olduğunu bildirib. Rusiya həmçinin Azərbaycanın da Kollektiv Təhlükəsizlik Müqaviləci Təşkilatına da yolunun açıq olduğunu bildirib. Lakin Azərbaycan Ermənistan kimi işğalçı bir dövlətlə bir arada olmamaq üçün bu təşkilata qoşulmaqdan imtina edib. Nə qədər ki, Ermənistan işğalçılıq siyasətindən imtina etməyib və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında bu işğalçılıq siyasəti ifşa olunmayıb, Azərbaycan bu təşkilatda təmsil olunmaqda bir məna görmür. Azərbaycanın təhlükəsizliyini təhdid edən yegənə ölkə Ermənistandır ki, bu ölkə də həmin təşkilatın üzvüdür. Bu təşkilat işğalçılıq siyasətinə qarşı ciddi bir iradə nümayiş etdirməlidir. Bu anlamda Azərbaycan hələlik bu təşkilata qoşulmaqdan imtina edir. Nə qədər ki Azərbaycanın maraqlarına cavab verməyib, nə bu təşkilata, nə NATO-ya, nə də digər təşkilatlara qoşulmaq marağında deyil.
-Bu ilki parlament seçkilərində telekanalların iştirakı hansı səviyyədə təşkil ediləcək?
-Bu məsələ qanunvericiliklə tənzimlənəcək. Qanun imkan verir ki, özəl televiziyalar seçki prosesində qanunvericiliyə əməl etməklə iştirak etsin. Dövlət büdcəsindən maliyyələşən İctimai Televiziya(İTV) isə namizədlərə pulsuz efir vaxtı ayıracaq.
-Ölkədəki parlament seçkiləri ərəfəsində ictimai-siyasi durumu necə qiymətləndirirsiz?
-Çox yaxşı. Seçki ilidir və ölkədə ictimai-siyasi durum tam normaldır.
-Müxalifət partiyaları indidən gələcək seçkiyə proqnoz verir və seçkilərin saxtalaşdırılacağını bildirir.
-Bu birinci dəfə deyil ki. Müxalifət belə iddialarda tez-tez olur. Ölkədə demokratik seçki keçirilib, bu dəfəki seçki də çalışacağıq ki, demokratik və şəffaf keçsin. İnanıram ki, bu seçkidə də ən layiqli namizədlər qalib gələcək.




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : "Rusiya Ermənistanda silah bazası yerləşdirməklə kvotanı pozur"
Yazılma Tarixi : 25.08.2010
Xəbər Etiketləri : "Rusiya Ermənistanda silah bazası yerləşdirməklə kvotanı pozur"
Oxunma Sayı : 351
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
İrana qarşı müharibə ehtimalı yüksəlir
İran dövləti çıxılmaz durumda
Suriya rejimi azğınlaşır
Ermənistan laçınlı sultanlarının mülkündə otel tikdirib
Senatın qərarı Fransa Konstitusiyası ilə ziddiyyət təşkil edir
Rus müxalifəti Kremli lərzəyə saldı


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.