Elmin İnkişafı Fondu mayda müsabiqə keçirəcək
Elm sahəsində əsas problemlərdən biri də maliyyələşmədə ünvanlılığın təmin olunmasındadır. Elm sahəsində çalışan və bunun müqabilində az əmək haqqı alan tədqiqatçılar belə düşünür. Bu baxımdan da Prezident yanında Elmin İnkişafı Fondunun fəaliyyəti elmi mühitdə elmi yaradıcılıq üçün stimul olacaq. AMEA-dan verilən məlumata görə, əsanaməsi fevral ayında təsdiqlənən Elmin İnkişafı Fondu may ayında elmi layihələr üçün müsabiqə keçirəcək. Müsabiqənin neçə istiqamət üzrə elan olunacağı hələlik məlum deyil. Təqdim olunan layihələr fondun eksprtlər şurası tərəfindən qiymətlənliriləcək. Dövlət tərəfindən 7 milyon manat vəsait ayrılan Elmin İnkişafı Fondunun fəaliyyəti elmin bütün sahələrini əhatə edəcək. ("OLAYLAR"İA)
|