Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Abdulla Gülün səfəri zamanı hərbi əməkdaşlıq sazişi niyə imzalanmadı?


Türkiyə prezidenti Abdulla Gülün Azərbaycana ikigünlük rəsmi səfəri Azərbaycanla qardaş ölkə arasında siyasi, iqtisadi və hərbi sahədə əməkdaşlığın daha da inkişaf edəcəyinə əminlik yaradır. Xüsusən, səfər çərçivəsində Türkiyə prezidentinin verdiyi açıqlamalar və ali qonağın Azərbaycan rəsmiləri ilə regionda və dünyada baş verən siyasi proseslər ətrafında apardığı müzakirələr qardaş ölkənin Dağlıq Qarabağ probleminin həllində daim Azərbaycanın yanında olacağını bir daha təsdiqləyir. Hətta səfər çərçivəsində Azərbaycan və Türkiyə arasında Strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında sənəd imzalanıb. Məhz bu sənədin imzalanmasından sonra bir sıra siyasi ekspertlər Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılma ehtimalının yüksək olduğunu vurğulayıblar. Lakin Türkiyə prezidentinin ona ünvanlanan bəzi suallardan yayınması (məsələn, Türkiyə-Ermənistan sərhəddinin açılması ilə bağlı) Dağlıq Qarabağ probleminin ədalətli həllində bu ölkənin gələcəkdə də duruş gətirəcəyinə şübhə yaradır. Elə bu səfərdə hərbi sahədə əməkdaşlıqla bağlı hər hansı sənədin imzalanmaması da dediklərimizi bir daha təsdiq edir.
 Azərbaycan Şimali Atlantika Əməkdaşlıq Assosasiyasının rəhbəri Sülhəddin Əkbər bildirib ki, Türkiyənin Azərbaycanda hərbi bazalarının yaradılması ayrıca müqavilə ilə tənzimlənə bilər: "Hələlik Türkiyə ilə Azərbaycan arasında hərbi təhlükəsizlik münasibətlərin inkişaf mərhələsini yaşayır.   Hərbi müttəfiqlik məsələsi isə yalnız strateji tərəfdaş olan ölkələr arasında yaranır". Onun sözlərinə görə, strateji əməkdaşlıq hələ ki, müttəfiqlik münasibətlərinin qurulması demək deyil. Eyni zamanda, hərbi bazaların yaradılması ayrıca dövlətlərarası müqavilə ilə tənzimlənən bir hərbi aktdır. Bu baxımdan, hələlik uzaq nəticələr çıxarmaq  tezdir: "Məlumdur ki, ölkələr arasında strateji əməkdaşlıqdan sonra strateji tərəfdaşlıq, yalnız ondan sonra hərbi müttəfiqlik gəlir. Əgər Azərbaycanla Türkiyə arasında hərbi təhlükəsizlik sahəsində münasibətlər yüksələn xətt üzrə gedərsə, belə bir bazanın yaradılması gerçəkləşdirilə bilər. Hələlik isə Azərbaycan-Türkiyə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmalıdır ki, bu münasibətləri hərbi müttəfiqlik səviyyəsinə qaldırmaq mümkün olsun".
Ekspertin bildirdiyinə görə, Türkiyənin Azərbaycanda hərbi baza yaratması məsələsinə Rusiya heç bir halda açıq şəkildə müdaxilə edə bilməz. Nəzərə almaq lazımdır ki, hələ bir neçə il əvvəl Azərbaycan-Rusiya münasibətləri bu səviyyəyə qaldırılıb. Azərbaycan ilk dəfə məhz Rusiya ilə strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında sənəd imzalayıb: "Bu baxımdan Rusiyanın bu məsələyə açıq şəkildə etiraz edə biləcəyini düşünmürəm. Digər tərəfdən, Rusiya Azərbaycanın torpaqlarını işğal edən Ermənistanla hələ 1997-ci ildən hərbi-siyasi müttəfiqlik barədə sənəd imzalayıb. Bundan başqa Ermənistanda Rusiyanın hərbi bazalarının yerləşdirilməsi haqqında uzunmüddətli sazişi var. Rusiya hazırda da Ermənistanla hərbi-strateji sahədə münasibətlərini daha da dərinləşdirmək barədə düşünür. Belə halda Rusiyanın Azərbaycanla Türkiyə arasında hərbi sahədə əlaqələrinin inkişafına hər hansı etiraz edəcəyi inandırıcı görünmür". Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişafında İran faktoruna gəldikdə politoloq bildirib ki, Azərbaycan öz hərbi təhlükəsizlik məsələlərini həll edərkən ilk növbədə milli maraqlarını nəzərə almalıdır. Azərbaycanın hərbi təhlükəsizlik baxımından mövqeyinin güclənməsi İran məsələsi ilə də bağlıdır. Məlumdur ki, İranın nüvə proqramı ətrafında yaranmış vəziyyət getdikcə dərinləşir və hərbi müstəviyə keçmək ehtimalı artır. Bu zaman regionda irimiqyaslı hərbi əməliyyatların başlamsı ehtimalı var ki, bu da Azərbaycanın hərbi təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirir. Bu baxımdan Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlıq sahəsində atdığı addım gecikmiş olsa, müsbət qiymətləndirilməlidir. Politoloqun qənaətincə, Rusiyanın Gürcüstana təcavüzündən sonra regionda yaranmış hərbi-siyasi duruma adekvat olaraq Azərbaycan hökuməti tərəfindən bir sıra vacib addımlar atılmalıdır. İlkin olaraq Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişi imzalanmalıdır. Çünki strateji tərəfdaşlıq hərbi təhlükəsizliyə vahid baxışın ortaya qoyulmasını tələb edir. Burada söhbət həm regional, həm də sırf Azərbaycanın hərbi təhlükəsizliyindən gedir. Sonra Azərbaycan Afrika ilə strateji tərəfdaşlıq sazişi imzalamalıdır. Nəzərə almaq lazımdır  ki, ABŞ həm Ukrayna, həm də Gürcüstianla belə bir saziş imzalayıb. Daha sonra Azərbaycan NATO-ya üzv ölkələrə rəsmi müraciət edərək danışıqlara başlamalıdır. Ən nəhayət Azərbaycanın Avropa Birliyinin assosativ üzvlüyünə daxil olması istiqamətində danışıqları sürətlənməlidir.   

Alim




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Abdulla Gülün səfəri zamanı hərbi əməkdaşlıq sazişi niyə imzalanmadı?
Yazılma Tarixi : 18.08.2010
Xəbər Etiketləri : Abdulla Gülün səfəri zamanı hərbi əməkdaşlıq sazişi niyə imzalanmadı?
Oxunma Sayı : 305
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
İrana qarşı müharibə ehtimalı yüksəlir
İran dövləti çıxılmaz durumda
Suriya rejimi azğınlaşır
Ermənistan laçınlı sultanlarının mülkündə otel tikdirib
Senatın qərarı Fransa Konstitusiyası ilə ziddiyyət təşkil edir
Rus müxalifəti Kremli lərzəyə saldı


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.