Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Ənənəvi müxalifət sıradan çıxır?


Payızda yeni siyasi düzənin yaranacağı gözlənilir

AXCP və Müsavat Partiyasına yaxın mətbu orqanlar neçə müddətdir ki, yeni müxalifətin yaranacağı xəbərini yayırlar. Xəbər verilir ki, vaxtilə Xalq Cəbhəsi və Müsavatda fəaliyyət göstərmiş, sonralar bu qurumları tərk etmiş ictimai-siyasi xadimlər bir blokda birləşəcək, seçkiyə birgə gedəcək, sonda isə bir partiyada birləşəcəklər. Müxalifət mətbuatı AMİP-in qurultay keçirərək özünə yeni sədr seçməsini, yeni sədrin-Yusif Bağırzadənin partiyalarla danışıqlara başlamasını yeni qurumun yaranmasının görsənişləri hesab edirlər. Qeyd edək ki, AMİP ötən ay qurultay keçirib və sabiq ADP-çi Yusif Bağırzadə təşkilatın sədri seçilib. MİP sədri ölkədə fəaliyyət göstərən bütün ictimai-siyasi təşkilatların rəhbərləri ilə təmasa keçib və görüşlər keçirir. Görüşlərə BAXCP və BQP tərəfdən böyük maraq var. Məhz bu maraq ənənəvi müxalifət mətbuatın bu qənaətə gətirib ki, ölkədə sözügedən qüvvələrin iştirakı və fəallığı ilə yeni müxalifət yaranır.
Azərbaycanda yeni müxalifətin yaranması ilə bağlı fikirlər 2003-cü ilin oktyabrından sonra ortaya çıxıb. O zaman elə durum yaranmışdı ki, Müsavat sıradan çıxmış, AXCP adına iddialı qüvvələrsə təşəbbüsü ələ götürə bilmirdi. O zaman meydana yeni müxalifət ideyası çıxdı. Amma 2005-ci ildə ənənəvi müxalifət "Azadlıq" blokunu yaradaraq qara-qışqırıq qopardı və yeni qüvvələrin ortaya çıxmasına imkan vermədi. Bu il də anoloji vəziyyət yaranıb. Yeni müxalifət ideyası ortaya çıxan kimi ənənəvi müxalifət bütün umu-küsüləri kənara qoyaraq birləşmək qərarını verdi. Halbuki araya elə bir qovğa düşmüşdü ki, "AXCP ilə Müsavat bir araya gələ bilməz" fikri yaranmışdı. Yazda bir-birini söyən qüvvələr qəfildən bir araya gəldilər, AXCP-nin dördəlli yapışdığı "Azadlıq" bloku dağıdıldı, Müsavatla AXCP-nin birləşməsi məsələsi gündəliyə çıxdı, liderlər parlament seçkiləri üçün vahid siyahını müəyyən etməyə başladılar. Müxalifət daxilindən məlumatlı mənbə Müsavatla AXCP-nin tələsik birləşmə cəhdlərinin narahatlıqdan doğduğunu bildirir. Mənbə bildirir ki, yeni müxalifətin yaranması məsələsi ənənəvi müxalifəti həqiqətən də təlaşa salıb. "Əslində hazırda siyasi aləmdə mövcud olan partiyaların, hərəkatçı nəsil siyasətçilərin yerini yeni nəslə verməsi təbii prosesdir. Bu, nə vaxtsa reallaşmalı idi. Amma bu, hər zaman və hamı üçün ağrılı prosesdir. Uzun illər partiya sədri olmuş, əllərində təbliğat resursları olan adamlar birdən-birə bu mövqeyi əldən vermək istəmirlər. Amma zaman, təbii proses bu kaprizləri aradan qaldırır. Azərbaycanda mövcud olan ənənəvi müxalifətin sıradan çıxmasının vaxtı yetişib. Bu proses artıq başlanıb". Mənbə bildirir ki, Qulamhüseyn Əlibəylinin istefasından sonra müxalifət təlaşa düşmüşdü. Qarabağ və Respublika Uğrunda Hərəkat müxalifətin təlaşının nəticəsi idi. Ənənəvi müxalifət tələm-tələsik birləşdi ki, ortaya yeni qüvvə çıxmasın. İndi də oxşar vəziyyət yaranıb. Uzun illər Müsavatın və AXCP-nin əsas rəqibi olmuş AMİP-in toparlanması, yenilikçi, konstruktiv BQP və BAXCP-nin birlik danışıqlarına başlaması köhnə müxalifəti narahat edib. Mənbə bildirir ki, AXCP ilə Müsavatın birləşmə danışıqlarına başlaması məhz yeni qüvvələrin təhdidinin nəticəsində mümkün olub. Amma yeni qüvvənin gəlişini bu dəfə durdurmaq mümkün olmayacaq. Yəqin ki, payızda siyasi səhnəyə yeni müxalifət çıxacaq. Bu düşərgənin AMİP, BQP və BAXCP-dən ibarət olacağını söyləmək olmaz. Adı çəkilən qüvvələr ənənəvi müxalifətin qara piarının hədəfində oldğundan çətin ki, onlar ənənəvi müxalifətin yerini tuta bilərlər. Sadəcə bu qüvvələr ənənəvi müxalifətin sıradan çıxmasına yardımçı olacaqlar. Ənənəvi müxalifətin yerini isə yeni qüvvələr tutacaq.


Aslan




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Ənənəvi müxalifət sıradan çıxır?
Yazılma Tarixi : 20.08.2010
Xəbər Etiketləri : Ənənəvi müxalifət sıradan çıxır?
Oxunma Sayı : 318
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
İrana qarşı müharibə ehtimalı yüksəlir
İran dövləti çıxılmaz durumda
Suriya rejimi azğınlaşır
Ermənistan laçınlı sultanlarının mülkündə otel tikdirib
Senatın qərarı Fransa Konstitusiyası ilə ziddiyyət təşkil edir
Rus müxalifəti Kremli lərzəyə saldı


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.