Aprelin 20-də ali məktəblərə ərizə qəbulu başlanır
Ərizələrin təsdiqlənməsinə aprelin 30-dan başlanılacaq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası respublikanın ali təhsil müəssisələrinə ərizə qəbulunun vaxtını müəyyənləşdirib. Qurumun sədri Məleykə Abbaszadə bildirib ki, ali məktəblərə ərizə qəbulu aprelin 20-dən mayın 31-dək aparılacaq. Sənədlərin təsdiqlənməsi prosesi isə aprelin 30-dan mayın 31-dək olacaq. lll qrupun imtahanları 4 iyul, l qrupun imtahanları iyulun 11-də, lV qrupun imtahanları iyulun 17-də, ll qrupun imtahanları isə iyulun 23-də keçiriləcək. Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı isə avqustun 29-da baş tutacaq. M.Abbasazdə bu il qəbul imtahanlarının Gəncə şəhərində keçirilməsinin nəzərdə tutulduğunu da bildirib. Amma bunun üçün təminat 100 dərəcə olmalıdır. Qurumun sədri onu da bildirib ki, rezidenturaya qəbul imtahanları gələn ildən aparılacaq. ("OLAYLAR"İA)
|