Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Ermənistanın getməyə yeri yoxdur


Ziyafət Əsgərov: “Ya işğal olunmuş əraziləri boşaltmalı, ya da beynəlxalq aləmdən təcrid olunmaq siyasətini davam etdirməlidir”

“Başqasının ərazisini işğal etmək uzun müddət davam edə bilməz”

Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədri, parlamentin vitse-spikeri Ziyafər Əsgərovun müsahibəsi
-Ziyafət müəllim, Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana səfərinin yekunlarını necə qiymətləndirirsiniz və Medvedyevin Bakıda səsləndirmiş olduğu bəyanatlar Azərbaycan tərəfini qane edirmi?
-Cənab Medvedyevin Azərbaycana səfərini yüksək qiymətləndiririk. Son vaxtlar Azərbaycanla Rusiya arasında sərhəd məsələsində müəyyən çətinliklər yaranmışdı və bunu etiraf etmək lazımdır. Bizim mütəxəssilərin, ekspertlərin bu sahədə apardığı işlər, eləcə də həm prezident İlham Əliyev, həm də Medvedyevin göstərdiyi səylər bu məsələyə nöqtə qoydu. Sərhəd məsələsi çox ciddi məsələ olduğundan bu məsələ üzrə müqavilənin imzalanması, Samur çayından hər iki ölkənin birgə istifadə etməsi, bütövlükdə Azərbaycan-Rusiya sərhədlərinə nöqtə qiyulması hesab edirəm ki, çox vacib məsələdir. Əlbəttə ki, təkcə bu amilə görə bu səfərin çox böyük əhəmiyyəti var. Səfər çərçivəsində digər məsələlər də müzakirə edildi. Xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələni bu sıraya aid etmək olar. Medvedyev Rusiyanın mövqeyini bir daha izah etdi. Düzdür, cənab Medvedyev xüsusilə mənəvi öhdəliklərdən danışdı. Ancaq  hesab edirəm ki, ATƏT-in Minsk Qrupunun həmsədri, eyni zamanda keçmiş SSRİ-nin hüquqi varisi kimi bu məsələd Rusiyanın rolu daha da artmalıdır. Ən azından ona görə ki, Dağlıq Qarabağ problemi SSRİ dövründən bizə miras qalıb. Bu problemi bizə yaradan SSRİ dövlətidir. Rusiya da SSRİ-nin varisidir. Ona görə də bu məsələnin həllində Rusiyanın üzərinə çox böyük məsuliyyət düşür. Hesab edirəm ki, cənab Medvedyevin burada dediyi sözləri biz əməldə də görə biləcəyik.
-Siz inanırsınız ki, problemi yaradan bir dövlət həmin problemi həl edəcək?
-Hər halda inanmaq istərdim. Çünki təkcə bu məsələnin həli ilə əlaqədar Medvedyev həm Azərbaycan, həm də Ermənistan prezidenti ilə 6 görüş keçirib. Bu həqiqətən Rusiya prezidentinin problemin həll edilməsi istiqamətindəki səylərinin göstəricisidir. Ona görə mən inanmaq istərdim ki, bu belə olacaq.
-NATO-da Dağlıq Qarabağ problemi ilə bağlı komissiya yaradılıb. Bu komissiyanın nə kimi müsbət nəticəsi olacaq?
-NATO Parlament Assambleyasının Latviyada keçirilən yaz sessiyası zamanı bizim Parlament Assambleyasının prezidenti Con Taynerlə 1 saata yaxın görüşümüz oldu. 1993-cü ildən indiyə qədər Dağlıq Qarabağ problemi ilə bağlı hansı səviyyədə nə sənəd qəbul edilibsə, hamısını ona təqdim etdik. Cənab Tayner də bu məsələyə çox ciddi yanaşdı və bizə söz verdi ki, bu məsələni NATO PA-nın payız sessiyasında qaldırmaq fikrindədir. Düzdür, Ermənistanda bunu çox böyük narahatçılıqla qəbul etdilər və onlar da cavab verdilər ki, NATO-da qəbul edilən qərarlar assambleyada hansısa dövlətin narahatçılığı əsasında qəbul edilmir. Necə ola bilər ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, qurumun Baş Assambleyası, Avropa Şurası, Avropa İttifaqı münasibət bildirsin, ancaq NATO yox. Hesab edirəm ki, NATO-da nüfuzlu hərbi-siyasi təşkilat kimi bu məsələyə münasibət bildirməlidir.
-BMT Baş Assambleyasındakı müzakirələrdən Azərbaycan tərəfi nə gözləyir?
-Bu məsələ Azərbaycan tərəfindən hazırlanaraq təqdim edilib. İki il bundan əvvəl də Baş Assambleyanın xüsusi iclasında belə bir qərar qəbul olunmuşdu. Məm əminəm ki, Azərbaycanın haqq işi bu dəfə də qalib gələcək və ən azından biz BMT-də yeni bir dəstək əldə edəcəyik. Bu da heç şübhəsiz ki, Ermənistanı bir daha düşünməyə vadar edəcək. Çünki artıq Ermənistanın getməyə yeri yoxdur, divar artıq qurtarıb. Hazırda Ermənistan qərar qəbul etməlidir. Ya işğal olunmuş əraziləri boşaltmalı, ya da beynəlxalq aləmdən təcrid olunmaq siyasətini davam etdirməlidir. Artıq Ermənistanın daxilində də vəziyyət yaxşı deyil. Ona görə də bu yollardan birini seçməlidir. Arzu edərdim və məsləhət verərdim ki, Ermənistan rəhbərliyi ağıla gəlsin. Çünki başqasının ərazisini işğal etmək uzun müddət davam edə bilməz.

 

Süleyman


 




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Ermənistanın getməyə yeri yoxdur
Yazılma Tarixi : 06.09.2010
Xəbər Etiketləri : Ermənistanın getməyə yeri yoxdur
Oxunma Sayı : 312
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
“Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
“Fransa Senatında qaldırılan məsələ yeni bir hadisə deyil”
Ermənistan Azərbaycanın hesabına ikinci erməni dövləti yaratmaq istəyir
Fransanın bütün imkanları tükənməyib
“Birlik olmazsa, tək Ümid Partiyası deyil, bütövlükdə müxalifət uduzacaq”
"Korrupsiyaya qarşı mübarizə dövlətin həyata keçirdiyi şüurlu siyasətdir"


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.