Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Evlərin qiyməti bahalaşacaq?


V.Bayramov: “Mənzil bazarında, tikinti sektorunda hər hansı canlanma proqnozlaşdırılmır” İlin sonuna doğru daşınmaz əmlak bazarında ucuzlaşma səngiyə bilər. Hətta rəylərə görə, sentyabr ayından qiymətlərdə artımı müşahidə olunacaq. Bahalaşma mənzillərin satış qiyməti ilə yanaşı, kirayə bazarında da baş verəcək. Bu arada torpağın qiyməti də qalxıb. Belə ki, iyul ayında Bakıda böhrandan bu yana, son 2 ildə ilk dəfə torpaq sahələrinin qiymətində artım olub. Ay ərzində bazara çıxarılan torpağın 1 sotunun orta qiyməti 0.5 faiz artaraq 14026 dollardan 14136 dollara qalxıb.Daşınmaz əmlak bazarındaki qiymət artımlarına münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, torpağın qiymətindəki bahalaşma göstərilən ayda Rusiyadan Azərbaycana pul köçürmələrinin artması ilə bağlıdır.Onun sözlərinə görə,pul köçürmələrinin artımı torpaqların alqısına tələbat yaradıb: “Eyni zamanda bahalaşmaya bir sıra kiçik və orta bizneslə məşğul olanların torpaq alışına maraqlarının artması da təsir göstərib. Nəzərə alsaq ki, artım cüzidir və bu artımda yalnız Rusiyadan köçürmələrin çoxalması deyil, həmçinin ötən müddətdə dövlət büdcəsindən maliyyələşən bir sıra layihələr üzrə torpaqların alınması da təsir edib, torpağın qiymətindəki bahalaşmanın uzun müddət davam edəcəyi gözlənilmir”.Ekspert torpağın qiymətindəki artımın yaxın aylarda da davam edəcəyinin güman edilmədiyini diqqətə çatdırır. O bütün hallarda bunun üçün ciddi iqtisadi zəmin olmadığını deyir. Torpaqların qiymətindəki artımların evlərin bahalaşmasına şərait yaradacağına gəlincə, iqtisadçı qeyd edir ki, yaxın aylarda evlərin qiymətinin artması gözlənilmir: “Bu da evlərə tələbatın artmayacağı ilə bağlıdır. Ümumiyyətlə mənzil bazarında, tikinti sektorunda hər hansı canlanma proqnozlaşdırılmır. Hətta Rusiyadan pul köçürmələri artsa da həmin vəsaitlər mənzillərin alışına yönəldilməyəcək”. İndiki halda mənzil alışının rentabelli olmadığını vurğulayan V.Bayramov xatırladır ki, böhrandan əvvəl mənzil alışı kommersiya xarakteri daşıyırdı: “ Mənzili alan şəxs sonradan həmin mənzili sataraq gəlir əldə etmək imkanına malik idi. Hazırda mənzil alışı kommersiya xarakterli deyil. Bu səbəbdən də Rusiyada yaşayan həmyerlilərimiz mənzillərin alışına vəsait yönəltmirlər. Monitorinqlər göstərir ki, böhrandan əvvəl Bakıda satılan mənzillərin 60 faizindən artığı Rusiyada yaşayan vətəndaşlar tərəfindən alınırdı. Yeri gəlmişkən, böhrandan əvvəl Rusiyadan köçürülən vəsaitlərin həcmi sözügedən ölkənin mətbuatında 4 milyard dollar göstərilirdi. Azərbaycanın Dövlət Statistika Komitəsi isə həmin vəsaitin 1 milyard dollardan artıq olduğunu bildirirdi. Statistika Komitəsinin məlumatı Rusiya mətbuatının yazdıqları ilə üst-üstə düşməsə də söhbət milyard dollarlıq köçürmədən gedir. Hansıki bu da böhrandan əvvəl mənzil bazarına təsirsiz ötüşmürdü”. V.Bayramov deyir ki, böhrandan əvvəlki dövrlə müqayisədə Rusiyadan Azərbaycana köçürmələr xeyli azalıb: “İndiki köçürmələr mənzil bazarına ciddi təsir göstərmir. Eyni zamanda əhalinin gəlirləri də bazarda canlanmaya iqtisadi əsas yaratmır. Rəsmi statistikada əhalinin gəlirlərinin artımına baxmayaraq gəlirlərin 68 faizi istehlak mallarının alınmasına yönəldilir.Vətəndaşların digər məqsədlərə vəsait yönəltməsi imkanlarını məhdudlaşdırır”. Ekspertin qənaətinə görə, ipoteka proqramı da bazarda canlanma yaratmaq imkanına malik deyil: “İpoteka proqramına ayrılan vəsaitlərin həcmi böyük deyil. Eyni zamanda bu proqram çərçivəsində vəsaitlərin yönəldilməsində şəffaflıq dərəcəsi olduqca aşağıdır. Adi vətəndaşların ipoteka proqramı əldə etmək imkanlarının məhdud olması, İpoteka Fondunun “Standart paket” təklif etdikdən sonra kredit almaq üçün şərtlərin ağırlaşması,eləcə də tələb edilən əməkhaqqının yüksək olması ipoteka proqramının mənzil bazarına ciddi təsir etməsinə imkan vermir. İpoteka krediti almaq üçün tələb edilən məbləğ orta aylıq əməkhaqqıdan 2 dəfə artıqdır. Bütüqn bunları nəzərə alsaq yaxın zamanlarda mənzil bazarında canlanmaya, qiymət artımlarına zəmin yaradacaq iqtisadi faktor yoxdur”. OLAYLAR


 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Evlərin qiyməti bahalaşacaq?
Yazılma Tarixi : 31.08.2010
Xəbər Etiketləri : Evlərin qiyməti bahalaşacaq?
Oxunma Sayı : 365
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Ukrayna: Rusiya Avropaya nəql olunan qazın həcmini azaldıb
Əmanətlərin qaytarılmasına ümidlər tükənir
“Azərbaycan xarici şirkətlər üçün cəlbedici ölkədir”
Sovet əmanətləri qaytarılacaq
510 kiloqram yararsız mal məhv edildi
Sovet əmanətlərinin geri qaytarılması üçün təxminən 2,5 milyard dollar tələb olunur


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.