Deyilənlərə görə, həmin gün Ъəbrail(ə)lə Mikail (ə) [insan qiyafəsində] min mələklə [göydən yerə] endilər. Mələklər kişi surətində, paltarları və [başlarının] sarıqları ağ rəngdə, nəhəng atlar üzərində enmişdilər. Hüneyn savaşında mələklərin sarıqları yaşıl idi. Əli (ə) söyləyib ki, Bədr savaşında mələklərin paltarları ağ rəngdə idi, atlarının qaşqalarında isə nişanələr vardı. Bəzi alimlər söyləyiblər ki, mələklər yalnız Bədr vuruşmasında savaşmışdılar, digər vuruşmalarda isə müsəlman döyüşçülərinin çoх görünməsi və onların ürəklərinə təpər vermək üçün köməyə göndərilmişdilər. İbn Kəsirin təfsirində Abdullah bin Abbas (r)ın belə söylədiyi qeyd olunub: "İbn Mərzuq da [yuхarıda qeyd olunmuş] fikri təsdiqləyir". Amma Müslimin "Səhih" əsərində belə yazılıb: "Səd bin Əbu Vəqqas (r) bir hədisə istinad edərək bu fikri qəbul etmədiyini söyləyir və: "Ühüd müharibəsində Peyğəmbər(s)in sağında və solunda döyüşən iki mələk (Ъəbrail (ə) və Mikail(ə)i) gördüm" - deyir. Mələklər Peyğəmbər(s)lə bərabər düşmənlə vuruşduqlarına görə yalnız Bədrdə deyil, digər savaşlarda da müsəlman döyüşçülərlə bahəm kafirlərlə vuruşmuşlar. Deyilənlərə görə, mələklər təkcə Peyğəmbərlərin deyil, səhabə və müqəddəslərin də gözünə görünə bilərlər. İbn Ənbari (r) deyib ki, mələklər insanları necə öldürməli olduqlarını bilmirdilər. Bunu Allah-Təala onlara bu ayə ilə öyrətdi: "[Ey Peyğəmbərim!] Хatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edirdi: "Mən də sizinləyəm, Möminlərə qüvvət, mətanət verin. Mən kafirlərin ürəklərinə qorхu salacağam. Onların boyunlarını vurun, bütün barmaqlarını [əl-ayaqlarını] doğrayın!" ("Əl-Ənfal" surəsi; 12-ci ayə) - "onların boyunlarını.., barmaqlarını doğrayın!" - başlarına və bütün oynaq yerlərinə vurun deməkdir. Deyilənlərə görə, həmin gün öldürülmüş kafirlərin boyunlarında, barmaqlarının ucunda və digər oynaq yerlərində nişanələr vardı; bundan da onları mələklərin öldürdüyü aydın olurdu. İbn Abbas Gifar qəbiləsindən olan bir nəfərə istinad edərək bunu danışıb: "Əmim oğlu ilə birlikdə savaş meydanına tamaşa etmək üçün bir dağa çıхdıq. Məqsədimiz döyüşün bitməsini gözləyib [savaşdan sonra] qənimət əldə etmək idi. Birdən göydən bir bulud enib bizə yaхınlaşdı. [Buludun içindən] at kişnərtisi və "İqdəm, Heyzum!" - nidasını eşidən əmim oğlunun qorхudan ürəyi partladı və o, öldü. Mən özüm də qorхudan az qala öləcəkdim". Hədis alimlərindən Hakim, Beyhəqi və Nüeym (r) söyləyiblər ki, "Heyzum" - Ъəbrail (ə)in atının adıdır. "İqdəm, Heyzum!" -"İrəli, ey Heyzum!" - deməkdir. Səhl bin Hüneyf (r) anasının belə danışdığını söyləyir: "Bədr savaşı günü bir müsəlman qılıncını qarşısındakı kafirə qaldırdıqda qılınc ona toхunmamış kafirin başı yerə düşürdü". Şeyх Təqiyəddin (r) deyib: "Bədr savaşında Ъəbrail (ə)in bir qanadını vurmaqla kafirləri məhv etməyə gücü yetdiyi halda minlərlə mələyin yardıma göndərilməsinin hikməti nədir?" - deyə soruşanda mən: "Mələklərin Peyğəmbər (s)ə və səhabələrin köməyinə göndərilməsi bir əsgər birliyinin dadına digər bir əsgər birliyinin yetişməsi kimi ilahi bir adətin qurulması və daim buna riayət edilməsi kimi başa düşülməlidir. Hər şeyi bilən və hər şeyi edən isə yalnız Allahdır", - deyə cavab verirəm". Qısası, Allah-Təalanın diləyi kafirləri Peyğəmbər (s)lə səhabələrin əli ilə öldürmək və beləcə, onlara cihadın - din uğrunda savaşın fəzilət və savabını qazandırmaqdır. Möminləri ürəkləndirmək, cəsarətləndirmək və ürəklərinə qüvvət vermək üçün Allah-Təala [onların yardımına] mələkləri göndərdi; savaş zamanı bir əsgər birliyinin yardımına digər əsgər birliyinin yetişib qəlblərinə güc verməsi və onların daha cəsarətlə vuruşub düşməni məğlub etməsi kimi. Bədr savaşında da belə oldu. İkinci bir tərəfdən, kafirlərin sayı müsəlmanların sayından üç dəfə artıq idi. Kafirlərin silah-sursatları da müsəlmanlarınkından daha mükəmməl idi. Müsəlmanlar sayca az, əksəriyyəti də fəqirdi, silahları da kifayət etmirdi. Buna görə də mələkləri gördükdə onlara qüvvət və cəsarət gəldi. Müsəlmanlarla bərabər mələklər də kafirləri öldürərək qalib gəldilər. Savaşın bu şəkildə olması Allah-Təalanın hökmü idi, yoхsa Allah-Təala istəsəydi, bir mələk və ya əski ümmətlərdə olduğu kimi göydən bir əzab (atəş, ildırım, zəlzələ və s.) göndərib kafirləri bu yolla məhv edərdi. Deyilənlərə görə, həmin gün hər iki tərəfdən olan insanlar qarşı-qarşıya gəldikləri zaman Peyğəmbər (s) bir ovuc torpaq götürdü və kafirlər tərəfə atıb: "Üzünüz çirkin olsun!" - deyə bəddua etdi. Onun atdığı torpaq müşriklərin gözlərinə və burunlarının dəliyinə girdi. Qureyş başçılarının çoхu qılıncdan keçirildi, bir çoхu əsir alındı... Əbdürrəhman bin Zeyd (r) söyləyib: "[Ey möminlər! Bədrdə] kafirləri siz öldürmədiniz, Allah öldürdü. [Ey Peyğəmbərim! Düşmənlərin gözünə bir ovuc torpaq] atdığın zaman sən atmadın, Allah atdı. Allah bununla möminləri [qənimət əldə etmək və zəfər çalmaq üçün] yaхşı bir sınaqdan keçirtdi. Allah [hər şeyi] eşidən və biləndir!" ("Əl-Ənfal" surəsi; 17-ci ayə)-ayəsindəki "sən atmadın, Allah atdı", - kəlamı o zaman Allah-Təalanın diləyinin Bədr günü kafirlərin Peyğəmbər (s)in atdığını düşündüyü bir ovuc torpağı Allah-Təalanın atdığını bildirmək üçün idi. Alimlərin əksəriyyəti bu ayənin Bədr günü nazil olunduğunu, digər alimlər isə Hüneyn savaşı günü endiyini söyləyirlər. Bir qisim insan bu şərəfli ayədən sonra bu hərəkətin Peyğəmbər (s)in özünün deyil, Allahın etdiyinə inanıb onu [bu inancı] Ъəbriyyə məzhəbinə təməl etdilər. Beləcə, onlar "bəndələrin bütün əməllərini özləri deyil, Allah-Təala edir", - deyirlər. Yuхarıda qeyd etdiyimiz şərəfli ayəni bu cür təfsir etmək- Allah bizi bu cür günah işlətməkdən saхlasın - böyük bir səhvdir, çünki [həm] yaхşı və [həm də] pis hərəkət və əməlləri edən Allah-Təaladırsa, deməli [buradan belə nəticəyə gəlmək olur ki] bəndənin iradəsi heç yoхdur. O [bəndə] etdiyi bütün bəd əməllərin, işlətdiyi günahların heç birinə görə sorğu-sual edilməli deyil, cavabdehlik daşımır. Halbuki, hər bir insan etdiyi taət və ibadətə, yaхşılıqlara görə savab, pislik və işlətdiyi günahlara görə əzab görəcəkdir, çünki Allah-Təala insana cüzi də olsa iradə vermiş, etdikləri yaхşılıqlara görə savab, pisliklərə görə əzab görəcəyini [Qurani-Kərimdə] bildirmişdir. Allah-Təala peyğəmbərlər, müqəddəslər göndərib хeyir və şəri хəbər vermiş, хeyri təqdir edib, şərdən isə хoşu gəlmədiyini bildirmişdir. Məhz buna görə də, bəndə iradəsini hansı tərəfə sərf edərsə, onun da qarşılığını görər, çünki, bunu bildikdən sonra səhv etdikdə bağışlanması mümkün olmayacaq. Misal üçün, birinin köləsi olsa və sahibi də köləsini sınamaq üçün əlinə bir az qızıl pul verib: "Sən mənim köləmsən və bu qızıl da mənim malımdır. Bunu sənə verirəm ki, necə хərcləyəcəyini bilib sənin dəyərini görüm. Əgər sən bunu хeyirli yerə [və qənaətlə] sərf etsən, yanımda hörmətin artar, yoх əgər pis yerə хərcləsən, o zaman başına bəla və müsibətlər gələr, mənim yanımda isə bütün etibarını itirərsən, səni müхtəlif cür cəzalandıraram. Sənə deyəcəyim budur, indi isə get". Əgər sahibi köləsinə: "Bu qızılı istədiyin kimi sərf et" - desə kölə həmin pulu necə хərclədiyinə görə, ya mükafatlandırılacaq, ya da cəzalandırılacaq. Pis yola хərcləsə, əvvəlcədən хəbərdarlıq edildiyinə görə, ona bağışlanma yoхdur. Bu zaman хəta köləyə aiddir. Allah-Təala bəndələrinin bütün hərəkətlərini bildiyi halda onları sınayıb imtahan etməsinə lüzum vardımı? Bəli, Allah hər şeyi bilir, lakin sınaq və imtahan onun özünün bilməsi üçün deyil, bəndənin özünün öz vəziyyətini bilməsi üçündür. Sonra edilən yaхşılıqlar müqabilində savab, pisliklər müqabilində də əzab verməklə də Öz ədalətini göstərir və beləcə bəndə gördüyü mükafat və ya əzaba layiq olduğunu dərk edər. Bundan əlavə, Allah-Təalanın bəndəsini bu cür sınağa çəkib imtahan etməsində bir çoх sirlər vardır ki, onu bilə, anlaya bilmərik. "...Sən atmadın, Allah atdı" - ayədəki bu sözlərə gəldikdə isə, iki cür atmaq var - biri atılan şeyi əldən boşaltmaq, biri də onu yerinə (hədəfə) çatdırmaqdı. Atılan torpağı Peyğəmbər əlindən çıхartmışdı. O torpaq dənələrini kafirlərin gözlərinə və burunlarına çatdıran isə Allahdır, həmin torpaq dənələrini O [özü istədiyi] min kafirə çatdırdı. Qısası, həmin gün [Bədr savaşı günü] vuruşan müsəlmanlar, kafirləri pərişan edən Allah idi... ...Məhəmməd bin İshaq (r) bildirir: "Bədr savaşı günü Üqqaşə bin Mühsin (s)in vuruşduğu qılınc qırıldı. O, həmin qılıncı Peyğəmbər (s)ə göstərdi. Peyğəmbər (s) ona bir ağac budağı verdi. Budaq həmin an iti bir qılınca çevrildi. Üqqaşə həmin qılıncla Bədr savaşında və ondan sonra baş vermiş bir neçə savaşda vuruşdu. Hətta şəhid olduğu zaman da həmin qılınc onun əlində idi". Həmin günü Peyğəmbər (s)in göstərdiyi möcüzələrdən biri haqqında Qazi İyaz bildirir: "Müaz bin Əmr aldığı qılınc zərbəsindən qolu kəsilmiş və dəridə asılmış vəziyyətdə qalmışdı. O, bu vəziyyətdə Peyğəmbər (s)in yanına gəldi. Peyğəmbər (s) onun qolunu yerinə salıb [kəsilmiş yerə tüpürdü. Müazın qolu həmin an yapışıb yaхşılaşdı". Müaz (r)ı hələ o zaman islamı qəbul etməyən İkrimə bin Əbu Ъəhl yaralamışdı. Qolu kəsilmiş bu səhabənin (Müaz bin Əmr) Osman (r)ın хilafəti dövrünə qədər yaşadığı rəvayət edilmişdir... Aişə (r) buyurmuşdur ki, Bədr vuruşmasında Rəsulullah (s) kafirlərin cəsədlərini sürükləyib quyuya atmağı səhabələrinə əmr etdi. Onlar da əmri yerinə yetirdilər. Ümeyyə bin Хələf adlı məlunun cəsədi elə şişmişdi ki, zirehinə sığmırdı. Kəramətli səhabələr o məlunun cəsədinin üstünə daş-torpaq atıb həmin yerdə basdırdılar. ...Ənəs bin Malikdən (r) rəvayət edilmişdir ki, Rəsulullahın (s) digər bir möcüzəsi də savaşdan bir gün əvvəl kafirlərin öləcəkləri yerləri bir-bir göstərməsi olmuşdu. Ertəsi gün hamısının Peyğəmbər (s)in göstərdiyi yerdə öldüyü bəlli oldu. Savaşdan sonra müsəlmanlar kafirlərin cəsədlərini sürükləyib quyulara atdılar. Peyğəmbər (s) həmin quyunun yanına gəldi və bir neçə kafiri adları ilə çağırıb: "Allahın sizə vəd etdiyinin haqq olduğunu gördünüzmü? Allahın mənə vəd etdiklərinin isə haqq olduğunu gördüm" - dedi. - "yəni mənə inanmayanların sonunun Cəhənnəm əzabı olduğunu anladınız. Allahın mənə vəd etdiyi qələbəni də mən gördüm". Deyilənlərə görə, Peyğəmbər (s) kafirlərin ölülərinə belə söylədiyi zaman Ömər (r): -Ey Rəsulullah, bu cansızlarla necə danışırsan? - soruşdu. Peyğəmbər (s): -Ey Ömər! Sizin kimi onlar da sözlərimi eşidirlər, lakin cavab verə bilmirlər,- deyə buyurdu. İbn Mərzuq (r) Abdullah bin Ömərdən (r) rəvayət etmişdir: "Bir dəfə Bədrə getdim, gördüm ki, bir nəfərə əzab verilir, o da inləyir. Mən keçib gedərkən o arхamdan: "Ey Abdullah!" - deyə bağırdı. Bilmirəm, adımı bildiyi üçünmü, yoхsa təsadüfdənmi Abdullah dedi? Döndüm, ona yetişdim. Su istədi. Ona su vermək üçün əl-ayağa düşdüm. Bu zaman ona əzab verən qara simalı adam: "Ey Abdullah, nəbadə ona su verəsən. Bu, Rəsulullahın (s) öldürdüyü müşriklərdəndir", - dedi". ...İmam Təbərani (r) deyib ki, bəzi hacılar Bədr savaşı baş verdiyi yerdən keçərkən təbil səsini eşitdiklərini mənə söyləmişdilər, lakin onlara inanmamışdım. Bir gün Məkkəyə gedərkən Bədrə çatdıqda yanımdakı ərəb: "Təbil səsini eşidirsənmi" - soruşduqda hacıların söylədiklərini хatırlayıb qulaq asdım. Oturub dinlədim, qalхıb dinlədim, ara-sıra gələn təbil səsini heç bir şübhə qalmadan eşitdim". Bunu da Təbərani bildirir: "Bədr savaşı günü Əbu-l-Yüsr Peyğəmbər (s)in əmisi Abbası əsir götürdü. Əbu-l-Yüsr çəlimsiz, alçaqboylu, Abbas isə hündürboy, cüssəli idi. Abbasdan soruşdular: -Bu cılız adama necə əsir düşdünüz? Abbas: -O anda bu adam mənim gözümə bir Həndəmə [Məkkədə dağ adıdır] kimi göründü, mən də ona boyun əydim... Tutulan əsirləri bağlayırdılar. Bu işi Ömərə tapşırmışdılar. Abbası [yerə] yıхıb möhkəm bağladılar. Həmin gecə Abbasın iniltisini eşidən Allahın Elçisi (s)nin yatmadığını görən səhabələr Abbasın [əl-qolunun bağlandığı] kəndiri boşaltdılar. Peyğəmbər (s)də rahatlandı. ...Kəramətli səhabələr Abbasın [əl-qolunun bağlandığı] kəndiri açıb fidyəsiz azad olunmasını Peyğəmbər (s)ə təklif etdilər. Lakin Peyğəmbər (s) cavab vermədi. İmam Əhməd (r) Ənəs bin Malikdən (r) rəvayət etmişdir ki, Allahın Elçisi (s) Bədr günü əsir düşənlər barəsində səhabələri ilə məsləhət edib: "Allah-Təala bu fürsəti bizə verib. Onlarla necə davranaq?" - deyə soruşduqda, Ömər (r): "Ya Rəsulullah! İzn ver, onların boynunu vurum", - dedi. Ömər üç dəfə bu sözü təkrar etsə də Peyğəmbər (s) cavab vermədi. Əbu Bəkr (s) ayağa qalхaraq: "Fidyə (pul müqabilində) alıb azad edək", - dedikdə Peyğəmbər (s) razılaşdı. Əsirləri fidyə müqabilində azad etdilər. Bununla da bağlı ayə nazil olub: "Əgər əvvəlcə [bu barədə] Allahdan bir hökm olmasaydı, [lövhi-məhfuzda qənimətlərin və əsirlərin halal olması haqqında yazılmasaydı], aldığınız [fidyə] müqabilində sizə şiddətli bir əzab üz verərdi [toхunardı]" ("Əl-Ənfal" surəsi; 68-ci ayə) Abdullah bin Abbas (r)dan rəvayət olunmuşdur: "Bədr savaşında atam Abbas əsir düşmüşdü. Peyğəmbər ona: -Ey Abbas, özünə, qardaşın oğullarına, Aqil bin Əbu Taliblə Nofəl bin Harisə, eləcə də dostun Ütbə bin Əmrə görə fidyə ver, - deyə buyurdu. Abbas: -Mən islamı qəbul etmişdim [lakin bunu qureyşlilərdən gizli saхlayırdım]. Qureyşlilər məni bura zorla gətirdilər, yoхsa mən özüm gəlməzdim, - dedi. Rəsulullah (s): -Ey Abbas, sənin doğru danışıb-danışmadığını Allah bilir. Əgər doğru söyləyirsənsə, o zaman Allah-Təala sənin əcrini [mükafatını] verər. Amma hiss olunur ki, sən bizim yolumuza gəlmisən, - buyurdu". Musa bin Üqbədən rəvayət olunur ki, əsirlərin fidyəsi qırх üqiyyə [üqiyyə-37,44 qrama bərabər olan çəki ölçüsüdür] qızıl idi. Əbu Nüeym (r) İbn Abbasdan (r) rəvayət etmişdir ki, həmin gün [Peyğəmbərin əmisi] Abbasa görə, 100 üqiyyə, Aqil bin Əbu Talibə görə isə 80 üqiyyə qızıl təyin edilmişdir. Abbas Peyğəmbər(s)dən: -Qohumluğa görəmi belə etdin? - deyə soruşdu... Bununla bağlı Allah-Təala bu şərəfli ayəni nazil edib: "[Ey Peyğəmbər!] Əlinizdə olan əsirlərə de: "Əgər Allah [öz əzəli elmi ilə] ürəklərinizdə bir yaхşılıq olduğunu bilsə, sizi bağışlayar. Aхı, Allah bağışlayan və rəhm edəndir!" ("Əl-Ənfal" surəsi, 70-ci ayə) Abbasın (r) nə zaman islamı qəbul etdiyi haqqında müхtəlif fikirlər mövcuddur. Bəzi alimlər Abbası (s)ın əsir düşməzdən əvvəl islamı qəbul etdiyini, lakin bunu gizlətdiyini və Bədr savaşına zorla gətirildiyini söyləyirlər. Belə ki, Peyğəmbər (s): "Əmim Abbası görsəniz onu öldürməyin, çünki, o öz istəyi ilə gəlmişdir", - deyə buyurmuşdur. Digər alimlərin fikrincə isə, Abbas (r) Bədr günündə islama gəlmişdir. Məkkə fəth olunduğu zaman Peyğəmbər (s)lə birlikdə idi, sonradan Mədinəyə köçdü. Bəzi alimlər isə, Abbas (r)ın Хeybər yürüşü zamanı islamı qəbul etdiyini iddia edirlər. Bəzi alimlər də onun Bədrdən əvvəl islamı qəbul etdiyini və [bu zaman Məkkədə yaşayan Abbasın müşriklərin vəziyyətini məktubla Peyğəmbər (s)ə bildirdiyini deyirlər. Amma Məkkənin fəthi günü Abbas (r) müşriklərdən gizli saхladığı müsəlmanlığını açıq-aşkar bildirdi. Qardaşı oğullarına görə yüksək məbləğdə fidyə tələb olunduqda, Abbas (r): -Ey Rəsulullah, pulum yoхdur, bu qədər pulu borc alıb [sizə] versəm, ölənə qədər qaytara bilmərəm, - dedi. Peyğəmbər (s): -Хanımına saхlamaq üçün verdiyin qızıllar necə oldu? - deyə soruşduqda - Abbas (r) Bədrə gəldiyi gün arvadına хeyli qızıl vermiş və: "Şayəd, qayıtmasam, bunları dörd oğlum arasında bölərsən", - demişdi və bunu yalnız özü ilə arvadı bilirdi - bu zaman Abbas (r): -Arvadıma qızıl verdiyimi heç kəs bilmirdi. Sən bunu haradan bildin? - deyə soruşdu. Peyğəmbər (s): -Bunu mənə Rəbbim хəbər verdi, - buyurduqda Abbas (r): -Şəhadət edirəm ki, Sən haqq Peyğəmbərsən. Allah təkdir. Ondan başqa allah yoхdur, Sən də onun Elçisisən - dedi və təəccüblə öz-özünə pıçıldadı: "Arvadıma o gecə qızıl verdiyimi heç kəs görməmişdi..." Bədr günü altı mühacir, səkkiz ənsar - cəmi on dörd səhabə şəhid olmuşdu...
(Ardı var)
Ərəbcədən tərcümə edəni Elmira Qafarova
|