Hakim baş redaktor və vəkilin vəsadətlərini təmin etdi
Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist, "Gündəlik Azərbaycan" qəzetinin baş redaktoru Eynulla Fətullayevin apellyasiya şikayətinə baxılıb. "OLAYLAR"ın məlumatına görə, prosesdə vəsadət qaldıran jurnalistin vəkili İsaxan Aşurov müvəkkilinin barmaqlıqlar arasından çıxarılmasını istəyib. Vəsadət təmin edilib və Eynulla Fətullayev barmaqlıqlar arasından çıxarılaraq vəkillərin sırasında əyləşib. Hakim Repartyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu(RATİ) əməkdaşınını prosesdə videoçəkiliş aparmasına da icazə verib. Prosesdə çıxış edən təqsirləndirilən şəxs Eynulla Fətullayev birinci instansiya məhkəməsinin qərarının protokolları ilə tanış olmadığını və buna məhkəmədən şərait yaradılmasını xahiş edib. Eynulla Fətullayevin vəsadəti təmin edilib və təqsirləndirilən şəxsin protokollarla tanış olması üçün məhkəmə prosesi sentyabrın 2-nə təyin edilib.
|