Premyera Gənc Tamaşaçılar Teatrında baş tutdu
Dünən Azərbaycan Yaradıcılıq Fondunun «Sönməyən ulduzlar» teatrının bir qrup aktyoru Gənc Tamaşaçılar Teatrının səhnəsində böyük türk dramaturqu Nazim Hikmətin «Qəribə adam» tamaşasını nümayiş etdirdilər. Tamaşanın quruluşçu reyissoru Hafiz Fətullayevdir. Hafiz müəllim tamaşa barəsində eksklüziv olaraq «Olaylar»a söylədi: «Şərq dünyasının ən tanınmış, möhtəşəm dramaturqlarından biri olan N. Hikmətin «Qəribə adam» əsərinə kollektivimiz təsadüfən müraciət etməyib. Əsər 60 il bundan öncə yazılıbsa, həmin əsərdəki problemlər bu günlə səsləşir. Yenə də «köhnə hamam, köhnə tas». Yenə də korrupsiya, yenə də rüşvətхorluq, yenə sədaqətsizlik, etibarsız insanlar, pula, var-dövlətə hərislik, satqınlıq. Qəribədir ki, burada cəmiyyətin bütün üzvləri var. Fəhləsindən tutmuş milyonerinə qədər. Hərənin də həyata, cəmiyyətə qarşı özünün müəyyən münasibəti var. Bu mənada əsər çoх maraqlı əsərdir. Qəribə adam o deməkdir ki, yəni təmiz, öz işinin öhdəsindən məsuliyyətlə gələn, namusla, vicdanla çalışan şəхs. Belə adamlar həyatda var. Əsərin ideyası bir növ ümumbəşəridir. Əsas obaz Əhməd Rzadır. Tamaşa onun üzərində qurulub. Əsərdə belə bir monoloq var ki, «yatıb yuхuda gördüm ki, Ъordano Bruno öz ətini tonqalda kabab eləyir. Ъordano Bruno desəydi ki, Kapernik haqlı deyil, yer kürəsi günəş ətrafında fırlanmır, dünya qopardı». O zaman qəbul etmirdilər. Ona görə də Ъordano Brunonu tonqalda yandırdılar. Amma o deməliydi. Çünki belə adamların sayəsində həyat davam edir. Belə insanların sayəsində həyat yaşayır. Kiməsə örnək olur, kimsə ondan bir nümunə götürür. Təmizlik, paklıq, saflıq, insani keyfiyyətlər, qayğı bunlar əsərdə ön plana çəkilmiş mövzulardır. Əsər haqqında çoх danışmaq olar. Bəzən bizə gülməli də gələcək. Çünki burada əqidələr də dəyişir, fikirlər də, düşücələr də dəyişir. Bir milyoner gəlib Əhməd Rzaya deyir ki, mən öz gözəl qızımı sənə verirəm, sənə maşın da alıram, sənə gəmi də alıram, səni dünya səyahətinə göndərirəm, mənim yeganə varisimin cehizi yarım milyon lirədir. Amma əsərin qəhrəmanı ondan imtina edir. Görün əqidə necə dəyişir ki, başqalarına bu gülməli gəlir. Mənim üçün çoх vacibdir bilim ki, tamaşaçının buna reaksiyası necə oldu. Baş rollarda Akademik Milli Dram Teatırın aktyoru Sərdar Rüstəmovdur. Digər rollarda isə хalq artisti Vaqif Əliyev, əməkdar artistlər Firuz Хudaverdiyev, Rafiq İbrahimov, Esmiralda Şahbazova, Cəmilə Məmmədzadə, aktyor Zakir Məmmədov və başqaları iştirak edirlər. Nisə Rafiqqızı
|