Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Fransa Senatının antidemokratik qərarı


Vahid Əhmədov: “Bu ölkə şirkətlərinin yeni neft-qaz yataqlarının istismarında iştirakına problemlər yarada bilər”

“Fransa Senatında “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasına dair qanun layihəsinin qəbuluna Azərbaycan daha ciddi etiraz etməlidir”. Bunu deyən millət vəkili Vahid Əhmədovun sözlərinə görə, ilk növbədə Fransa istesalı olan malların boykot edilməsi ən təsirli addımlardan biri ola bilər. Millət vəkilinin bildirdiyinə görə, Fransa prezidenti Nikola Sarkozi və onun parlamentdəki dəstəkçiləri başa düşməlidirlər ki, Türkiyəyə qarşı edilən bu haqsızlıq həm də birbaşa Azərbaycana yönəlib: “Çünki Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində həm qardaş bir ölkə, həm də ATƏT-in Minsk qrupunun üzvü kimi həmişə Azərbaycanın maraqlarının müdafiəçisi kimi çıxış edib. Eyni zamanda, Fransa Minsk qrupunun həmsədrlərindən biridir. Qondarma “erməni soyqırımı” ilə bağlı belə haqsız qərar qəbul edilən Fransa bundan sonra Qarabağ probleminin Azərbaycanın, ümumiyyətlə Türk dünyasının maraqlarına uyğun həllinə maraqlı ola bilərmi? Zənnimcə, biz ilk növbədə bu amili nəzərə alıb Milli Məclis səviyyəsində Fransanın həmsədrlikdən kənarlaşdırılması məsələsini gündəmə gətirməliyik”. V. Əhmədovun fikrincə, Türkiyəyə qarşı bu cür haqsızlıq etməklə Sarkozi və onun hakimiyyəti həm Fransada yaşayan ermənilərin, həm Ermənistanın maraqlarına üstünlük versə də, Cənubi Qafqazda Azərbaycanın öz iqtisadi imkanlarına görə bu ölkənin ən real tərəfdaşı olduğunu unudur: “Təbii ki, Türkiyə ilə müqayisədə Azərbaycanla Fransanın ticarət dövriyyəsini müqayisə etmək olmaz. Amma son məlumatlara görə, Fransa ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2 milyard manata yaxındır. Özünə daha yaxın hesab etdiyi Ermənistanla Fransanın ticarət dövriyyəsi bunun heç üçdə biri qədər deyil. Bundan başqa, Fransa şirkətləri Azərbaycanın neft-qaz sektorunda fəal iştirak edir”. Millət vəkili eyni zamanda deyib ki, Fransanın indiki mövqeyi həm ticarət əlaqələrinin məhdudlaşdırılmasına, həm də bu ölkə şirkətlərinin yeni neft-qaz yataqlarının istismarında iştirakına problemlər yarada bilər: “Görünür, prezident Sarkozi və onun komandası “erməni soyqırımı” ilə bağlı bu qərarı qəbul etməklə fransızlardan daha çox, 500 min erməninin mənafeyini nəzərə alıb”. V. Əhmədov sonra İkinci Dünya Müharibəsinin iştirakçısı Əhmədiyyə Cəbrayılovun Fransada göstərdiyi şücaəti də xatırladıb: “Bir türk oğlu həmin şücaətə görə Fransada ən yüksək ada layiq görülüb. Bu, heç kəsin, hətta fransızların, elə Sarkozinin özünün də dana bilməyəcəyi gerçək bir tarixdir. Amma “erməni soyqırımı” iddiası heç bir real fakta söykənməyən yalançı tarixdir. Real tarixi hadisə ermənilərin 22 il öncə Xocalıda törətdiyi soyqırımıdır. Əgər Fransa parlamentariləri ermənipərəst olmasaydı, növbəti ildönümü ərəfəsində Xocalı qətliamı ilə bağlı məsələni Senatın müzakirəsinə çıxarardılar”. Millət vəkili bütün bunlardan sonra Fransanın ATƏT-in Minsk qrupunda həmsədrlikdən uzaqlaşdırılması ilə bağlı ciddi işlərin görülməsinin ən vacib addım olduğunu vurğulayıb. 

Alim








 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Fransa Senatının antidemokratik qərarı
Yazılma Tarixi : 27.01.2012
Xəbər Etiketləri : Fransa Senatının antidemokratik qərarı
Oxunma Sayı : 84
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
İctimai Palata daxilində rəqabət artır
İran beynəlxalq təhlükəsizliyə meydan oxuyur
“İran ətrafında gedən proseslər Ermənistanın içinə işləyir”
Müsavatın qurultayı niyə ertələndi?
Vasitəçilərin dəyişdirilməsi Qarabağ probleminin həllinə necə təsir göstərə bilər?
İranın Bakıdakı anklavı-Nardaran


Son xəbərlər
 
  Meşkinli hərəkatçılar həbs edilib
 
 
  “Uşaqlar və müharibə”
 
 
  Qonaqlar vizaları hava limanında alacaq
 
 
  Filip Kirkorov plagiatda ittiham olunur
 
 
  Teves rəsmən üzr istədi
 
 
  Çempionlar Liqası: Joze Mourinyo və tələbəsi qonaqlıqda
 
 
  Xəzərdə azərbaycanlı balıqçılar itkin düşüb
 
 
  TBMM Komissiyasından Xocalı faciəsi ilə bağlı bəyanat
 
 
  “Birlik” MMC-nin fırıldağı üzə çıxıb
 
 
  Bakıda qanunsuz ovun qarşısı alınıb
 
 
  Xeyli miqdarda saxta sement aşkarlandı
 
 
  Magistr namizədləri “buraxılış vərəqəsi”ni fevralın 29-dan ala biləcəklər
 
 
  В Австралии обнаружен розовый алмаз в 12,76 каратов
 
 
  Минобразования предлагает предоставить педагогам статус госслужащих
 
 
  Вышла в свет новая книга Юнуса Огуза
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.