Berti Foqts Azərbaycan – Almaniya oyunundan danışıb
Futbol üzrə yığma komandamızın baş məşqçisi Berti Foqts Avro-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Almaniya seçmə komandasına qarşı oyuna heç də optimistcəsinə yanaşmadığını açıqlayıb.
“Mənim yetirmələrim almaniyalı futbolçuları özlərindən çıxara bilməyəcəklər. Biz bu oyunda futbol dərsi alacağıq. Mənim komandam bayramın tərkib hissəsi olacaq. Sentyabrın 7-də baş tutacaq oyunda isə sevinən tərəf Almaniya yığması olacaq”, - deyə Berti Foqts bildirib.
Yığmanın baş məşqçisi komandamızda gənc futbolçuların olduğunu deyib və onların təcrübəsinin azlığından da şikayət edib. Berti Foqtsun sözlərinə görə, bir dəfə öz gözü ilə klublarımızdan birinin futbolçularının oyundan sonra hovuzda bərpa olunma prosesinə baxıb və bərpa prosesi məşqçilər tərəfindən düzgün aparılmadığının şahidi olub.
|