Qapıçı komandasına bir xal qazandırıb
Dünya futbolu tarixinin ən sərrast qapıçısı Rojerio Seni karyerası ərzində 90-cı qolu vurub. “San Paulu”nun çərçivəsini qoruyan Seni “Fluminense” ilə matçda cərimə zərbəsində fərqlənib. Yekunda isə oyun 2:2 hesabı ilə nəticələnib. Rojerio Seni “Flumense”li futbolçunun onbirmetrlik zərbədən vurduğu topu da qaytarmağa müvəffəq olub.
Xatırladaq ki, Seninin komandası “San Paulu” Braziliya çempionatında 15-ci yerdə qərarlaşıb.
|