Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

İran kiçik dövlətlərə parçalanır


"Ölkə ağır vəziyyətdədir, rejim bölünüb, xalq narazıdır"

İyunun 30-da  Dünya Azərbaycanlıları Konqresi Güney Azərbaycanda baş verən kütləvi həbslərlə bağlı tədbir keçirdi. Tədbirdə İran hakimiyyətinin mətbuatın azadlığına da qənim kəsildiyi barəsində fikirlər səsləndi. Güney Azərbaycanda milli zəmində fəaliyyət göstərən fəallara qarşı təzyiqlərdən danışan DAK mətbuat xidmətinin rəhbəri Real Cəfərli bildirdi ki, təzyiqlər ötən illərə nisbətən daha da şiddətlənib. Onun sözlərinə görə, 2008-ci ildə hər 34 saata bir azərbaycanlı həbs olunurdusa 2009-cu ildə 35 saata, 2010-cü ildə isə daha acınacaqlı olaraq hər 18 saata bir azərbaycanlı həbs olunub. R.Cəfərli mart ayından iyun ayına qədər 127 nəfərin həbs olunduğunu bildirdi. Qeyd etdi ki, həbs olunan 127 nəfərdən 7 fəal barəsində 56 il həbs cəzası çıxarılıb. İki tələbə təhsil almaq hüququndan məhrum edilib. Son bir ay ərzində isə Güney Azərbaycanın 15 şəhərində 45 milli fəal həbs olunub. Onların 16-sı hələ də həbsdədir. 29 nəfəri isə girov müqabilində azadlığa buraxılıb. Hazırda tutulan şəxslərin harada və hansı şəraitdə saxlanmaları barəsində ailələrinə məlumat verilməyib. Tədbirdə çıxış edən DAK Daimi Şurasının sədri Əjdər Tağızadə DAK-ın fəaliyyəti barəsində məlumat verdi. Bildirdi ki, keçən müddət ərzində DAK dünyanın müxtəlif ölkələrində tədbirlər keçirib. Beynəlxalq təşkilat nümayəndələri ilə görüşüb. Güney Azərbaycanda baş verən hadisələrlə bağlı məlumatlar dünya ictimayyətinin diqqətinə çatdırılıb. DAK rəsmisi Azərbaycanın dünya ölkələri arasında mühüm söz sahibi olması üçün gərəkli addımların atılmalı olduğunu dedi. Qeyd etdi ki, bu, Azərbaycanın bütövləşməsindən keçir. O, İran hakimiyyətinin düşdüyü ağır siyasi vəziyyətlə bağlı  müəyyən fikirlər səsləndirdi. Bildirdi ki, İran rejiminin içində parçalanmalar var. Bu rejimin həyata keçirdiyi uğursuz siyasətlə əlaqədardır. Bu gün İrana qarşı yeni sanksiyaların tətbiqi nəticəsində İranda iqtisadi problemlər yenidən baş qaldırıb. Bundan əlavə supergüclərin İranı çökdürmək siyasəti uğurla həyata keçirilir. Yaxın vaxtlarda biz İranın kiçik əyalətlərə parçalanmasının şahidi olacağıq. Ümumilikdə baş verən proseslərdə İran hakimiyyətinin Azərbaycandan ehtiyatlandığını vurğulayan Ə.Tağızadə Azərbaycan hakimiyyətini İran məsələsində ayıq olmağa səslədi. O, DAK-ın növbəti qurultayı barəsində də danışdı. Bildirdi ki, növbəti qurultayda DAK rəhbərliyində hər hansı dəyişikliyin olub-olmayacağını söyləmək çətin olsa da rəhbərlikdə gənclərin potensialından istifadə olunacaq. Yeni təyinatlar arasında gənclər üstünlük təşkil edəcək.

Ədil




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : İran kiçik dövlətlərə parçalanır
Yazılma Tarixi : 30.06.2010
Xəbər Etiketləri : İran kiçik dövlətlərə parçalanır
Oxunma Sayı : 462
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Milli Hərəkatçı Rza Əbrinin məhkəməsi olub
“And ola Səttərxana, od vurarıq Tehrana”
Urmuda voleybol müsabiqəsi zamanı milli şüarlar səsləndirilib
Məhəmməd Əhədi Əhərdə saxlanıb
Milli fəal Mehdi Abbasi həbs edilib
Güneyli yazar həbs edilib


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.