İyunun 17-də bir neçə azərbaycanlı və Milli Hərəkatçı Təbriz şəhərində həbs edilib. GAMOH-un Quzey Azərbaycan təmsilçisi Ağrı Qaradağlı "OLAYLAR"_a bildirib ki, iyunun 16-da isə milli hərəkatçı Səyid Biduxt və iki nəfər adı bəlli olmayan Güney azərbaycanlı Təbrizin İntizam Qüvvələrinə daxil olan əmniyyət bölməsi tərəfindən yaxalanıb. Ağrı Qaradağlı deyib ki, həbslər "Şəhrdari Təbriz" və "İsfahan Sipahan" futbol komandalarının yarışlarından sonra baş verib. Həbs edilən hərəkatçıların hansı istiqamətə aparıldığı barədə məlumat verilməyib. Səyid Biduxtun 2006-cı ilin may hadisələri zamanı da həbs edilərək 8 ay həbs cəzasına məhkum edildiyi bildirilir.
Xəbər Məlumatları
Rəy Bildir
Rəylər
Xəbər Başlığı :
Güneydə həbslər davam edir
Yazılma Tarixi :
18.06.2010
Xəbər Etiketləri :
Güneydə həbslər davam edir
Oxunma Sayı :
477
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Milli Hərəkatçı Rza Əbrinin məhkəməsi olub
“And ola Səttərxana, od vurarıq Tehrana”
Urmuda voleybol müsabiqəsi zamanı milli şüarlar səsləndirilib