Məhbuslar Təbriz həbsxanasında saxlanılır
Avqustun 1-də Təbrizdə baş vermiş etiraz aksiyalarında həbs edilmiş güneyli hərəkatçılar Təbriz həbsxanasında saxlanılır. Bu barədə məlumat verən GAMOH-un Quzey Azərbaycan təmsilçisi Ağrı Qaradağlı "OLAYLAR"a deyib ki, həbs olunanların məhkəməsi ayın 12-də keçiriləcək. Onlar bölücülükdə, pantürkzmdə və iğtişaş yaratmaqda suçlandırılır. Qeyd edək ki, həbs edilənlər Əli Zamani, Qulamrza Rəzmi, Nima Xanlu, Mürtəza Salmani, Əli Ağazadə, Əkbər Yavəri, Məhəmmədtağı Əsədiyan və Əli Həqiqətçudur.
|
|