Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Hacı Qalib niyə vurulur?


 

Bu adam artıq dövlətin qanunlarını saymır, insanları narazı salır

Bir neçə gündür ki, qəzetlər Bilgəhdə yerləşən bağ evi ilə bağlı məhkəmədən maraqlı reportajlar verirlər. Bağ qalmaqalında məşhur iş adamı, Bakı kəndlərində yaxşı tanınan Hacı Qalibin adı hallanır. Əslən Maştağadan olan Hacı Qalibi Bakı və Abşeron camaatı yaxşı tanıyır. Amma təəssüf ki, bu tanıma heç də müsbət mənada deyil. Məhkəmə çəkişməsi qeyd olunduğu kimi Bilgəhdə yerləşən bağ evi ilə bağlıdır. 1995-ci ildə Milli Məclisin sabiq sədri Rəsul Quliyev (eks-spiker 1996-cı ildə istefa verərək xaricə gedib-müəll.) tərəfindən alınmış bağı 2008-ci ildə Hacı Qalibin adamları zəbt edib. Hacı Qalibin qoluzorlu adamları bağa gələrək gözətçini döyüb, bağı boşaltmalarını tələb edib. Məhkəmədə məlum olub ki, eks-spiker ölkədən getsə də, 2008-ci ilə qədər Quliyevlər ailəsi bağdan istifadə edib, yayda orada dincəliblər. Hacı Qalib bildirib ki, eks-spiker özü də bağı qanunsuz zəbt edib. Qeyd edib ki, bağı eks-spikerə Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Rəfael Allahverdiyev verib və sənədləşmə yarımçıq aparılıb. Bu iddianın nə qədər doğru olduğunu söyləyə bilmərik. Hər halda məhkəmə qərar çıxarıb və Hacı Qalib qanunsuz zəbt etdiyi bağ evini boşaltmalıdır. Amma Hacı Qalib məhkəmənin qərarını icra etmək üçün gəlmiş məhkəmə icraçıları və KİV nümayəndələrini 90-cı illərin əvvəllərindəki "Bakı qoçuları" kimi qarşılayıb. Avqustun 31-də Azərbaycan jurnalistləri Bilgəhdə mənfur "Qardaşlıq" cəmiyyətinin mərhum sədri Ağa Axundovu, efirdə lotuluq eləyən Hacı Əbdülün oxşarını görüblər. Onlardan daha pullu, dah cəsarətli. Məhkəmə icraçılarına "nəyin bahasına olur-olsun bağı boşaltmayacağam" deyə hədə gələn, jurnalistləri döyüb təhqir edən Hacı Qalibin qəzəbinin əsl səbəbi məlum olub. Gələn xəbərlərə görə, Hacı Qalibin qoçu davranışları, dövlətə meydan oxuma cəhdi qəzəblə qarşılanıb. Onun təkcə Bilgəhdəki deyil, digər kəndlərdə ələ keçirdiyi qanunsuz torpaq sahələri də əlindən alınaraq qanuni sahiblərinə qaytarılacaq. Son illər xeyli varlanmış Hacı Qalibin bakı camaatını narazı saldığı, incitdiyi insanları dövlətdən küsdürdüyü bildirilir. İndi 90-cı illərdə yaşamadığını, Azərbaycanın hüquqi dövlət olduğunu unudan Hacı Qalibin məhkəmə icraçılarına "mən məhkəmə qərarı-zad hərləmirəm" deməsi artıq onun hansı psixoloji durumda olduğunu əyani göstərir. Deyilənə görə, Hacı Qalib yaxınları ilə söhbətdə tez-tez "yerli-gəlmə" söhbətləri də edir. Azərbaycan vətəndaşlarını bölgələrə ayırır, ölkənin milli birliyinə təhlükə yarada biləcək çıxışlar edir. Eynilə Ağa Axundov təfəkkürü ilə. Təbii ki, dəfələrlə təkrarlanmış bu xətalı davranışların göz yumulmayacaq. Hacı Qalibin hərəkətləri mənfi presedent yarada, digər imkanlı adamları kasıbların üstünə qaldıra bilər. İmkanı olan başqa əlsiz-ayaqsızların torpağını, bağını alar, insanları dövlətdən narazı salar.
Elə buna görə də dövlət Hacı Qalib də daxil məhkəmə qərarlarını saymayan hər kəsə gücünü göstərməlidir. Məlumata görə, yaxın günlərdə Hacı Qalibə qarşı başqa məhkəmə davaları da açılacaq. Qeyd edək ki, Sabunçu məhkəməsi bağ sahiblərinin Hacı Qalibə qarşı iddiasını təmin etməyib. Yəni Hacı Qalib rayon məhkəməsində özünə sərf edən qərarın çıxarılmasına nail olub. Bakı Apellyasiya Məhkəməsi isə martın 17-də hakim Etibar Nəbiyevin sədrliyi ilə işi araşdırıb və bağ sahiblərinin (quliyevlərin) haqlı olduğu barədə qərar çıxarıb. Qərara əsasən, Hacı Qalib 700 min dollar təzminat ödəməlidir. Hacı Qalib nəinki bu məbləği ödəmək fikrində deyil, bağı da boşaltmır və dövlətə, onun qanunlarına meydan oxuyur. Azərbaycan dövləti 90-cı illərdəki kimi bir qrup mafiozun, regionçu dəstəbazın  əlində oyuncaq olan dövlət deyil. Hacı Qalib kimiləri nə qədər pulları olsa belə, yenə dövlətin, onun qanunlarının qarşısında çox kiçikdirlər və yaxın vaxtlarda öz boy və çəkilərinin nə qədər qısa və yüngül olduqlarını anlayacaqlar.


Aslan




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Hacı Qalib niyə vurulur?
Yazılma Tarixi : 02.09.2010
Xəbər Etiketləri : Hacı Qalib niyə vurulur?
Oxunma Sayı : 374
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Vergilər Nazirliyi hüquqi şəxslərin elektron qeydiyyatına başladı
Bələdiyyələr öz səlahiyyətlərini müdafiə etmirlər
Küçələrə atılan uşaqlar qanunsuz nikahdan doğulanlardır
Vətən yolunda canını verənlərin haqqı yeyilir
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
Nərimanov rayonunda Gənclər Günü qeyd edilib


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.