Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Hakimiyyət seçkilərdə üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır


Əli Həsənov: "Biz inanırıq ki, bu ilki seçkilərdə də azad seçki mühiti, aşkar şəkildə demokratik seçki təşkil olunacaq"

Müsahibimiz Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovdur. ("OLAYLAR"İA)
-Əli müəllim, ATƏT-in təşkilatçılığı ilə keçirilən dəyirmi masanın mahiyyəti nədən ibarətdir?
-Parlament seçkiləri yaxınlaşdıqca Azərbaycan cəmiyyətində seçki həyəcanı da artmaqdadır. Bugünkü tədbirdə də ATƏT-in təşkilatçılığı ilə "Seçki prosesində kütləvi informasiya vasitələrinin rolu" mövzusu müzakirə olunarkən də bu göründü. Seçkilərə qatılmasını planlaşdıran bütün siyasi partiyalar, o cümlədən seçkiləri təşkil edən Mərkəzi Seçki Komissiyası, parlament nümayəndələri burada öz fikirlərini bildirdilər. Əsas fikir ondan ibarətdir ki, seçki prosesində namizədlərə bərabər şərait yaradılsın, kütləvi informasiya vasitələri seçki təbliğatına maksimum yer versin, o cümlədən İctimai Televiziyada Seçki Məcəlləsinə müvafiq olaraq  göstərilən vaxtdan daha səmərəli istifadə olunsun, özəl televiziyalarda namizədlərə pullu əsaslarla yer ayrılsın və azad seçki, yarış mühiti formalaşdırılsın. Hakimiyyət olaraq biz bəyan etdik ki, buna hazırıq, biz Seçki Məcəlləsində və Mərkəzi Seçki Komissiyasının təlimatında nəzərdə tutulmuş seçki təbliğatı, təşviqatı, seçicilərlə görüş, namizədlər arasında yarışın təşkil olunması və digər məsələlərlə bağlı hakimiyyətin üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə hazırıq. Biz inanırıq ki, bu ilki seçkilərdə də  bu şərait tam yaradılacaq, azad seçki mühiti, aşkar şəkildə demokratik seçki təşkil olunacaq. Əhali kimə səs verəcəksə, o da gələcək parlamentdə bizi təmsil edəcək.
- Ramiz Mehdiyevlə ATƏT-in Bakı ofisinin rəhbəri arasında keçirilən görüşdə kütləvi aksiyalar, media və debatlarla bağlı müəyyən razılıq əldə olunmuşdu. Bu sahədə hansı yeniliklər var?
- ATƏT-in Bakı ofisinin rəhbəri ilə Ramiz Mehdiyevin yanında keçirilən görüş bütövlükdə seçki praktikasının təkmilləşdirilməsi sahəsində hakimiyyətin görə biləcəyi işlərlə bağlı idi. Seçki institutları müstəqildir və onlar məmurun hansı səviyyədə olmasından asılı olmayaraq göstərişi ilə deyil, Seçki Məcəlləsi ilə fəaliyyət göstərir. Seçki Məcəlləsində nəzərdə tutulmuş bütün tədbirlərin keçirilməsi üçün hakimiyyət və Mərkəzi Seçki Komissiyası öz üzərinə düşən öhdəlikləri yerinə yetirəcək. Namizədlər də bu seçki prosesində üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyə borcludurlar. Ona görə də düşünmürəm ki, siz söylədiyiniz şəkildə Ramiz Mehdiyevin yanında seçkilərdə nəyinsə təşkili ilə bağlı administrasiyanın nəyəsə müdaxiləsi məsələsi müzakirə olunub. Elə məsələ müzakirə olunmayıb, bütövlükdə müzakirə olunan məsələ icra strukturlarının seçkidə yerinə yetirə biləcəyi öhdəliklər və onların yerinə yetirilməci praktikasıdır ki, buna da əməl olunacaq.
- ATƏT-in ötən seçkilərlə bağlı səsləndirdiyi iradlara münasibətiniz nədən ibarətdir?
- ATƏT nümayəndəsi irad deyil, tövsiyələr səsləndirdi. Bu tövsiyələr də Azərbaycanda bütövlükdə seçki mühitinin aşkarlanması, şəffaflaşdırılması və demokratikləşməsinə xidmət etmək istiqamətində səsləndirildi. Biz düşünürük ki, bu tövsiyələrin əksəriyyəti, onların Seçki Məcəlləsinə uyğun gələnləri, eyni zamanda Azərbaycanın seçki praktikasına uyğun gələnləri, demokratik seçkinin keçirilməsinə xidmət edənləri nəzərə alınacaq.
- Bloggerlərin azad edilməsi və Eynulla Fətullayevlə bağlı Avropa Məhkəməsinin qərarına münasibətiniz necədir?
- Bloggerlər Azərbaycan jurnalisti hesab olunmur. Çünki nə qədər kompüterə malik insan varsa, bir o qədər də blogger var, nəzəri cəhətdən belədir. Amma hər bir bloggeri jurnalist kimi təqdim etmək, jurnalist hüquqlarını, jurnalist məsuliyyəti və etikasını onlara aid etmək düzgün deyil. Ona görə də biz bloggerlərin məsələsinə Azərbaycanda jurnalist məsələsi kimi baxmırıq. O ki qaldı Eynulla Fətullayevin məsələsinə, onunla bağlı məhkəmə gedir və Avropa Məhkəməsinin hökmü var. Belə halda hakimiyyət nümayəndəsi olaraq məsələyə münasibət bildirməyi məqbul hesab etmirəm.




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Hakimiyyət seçkilərdə üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır
Yazılma Tarixi : 24.08.2010
Xəbər Etiketləri : Hakimiyyət seçkilərdə üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır
Oxunma Sayı : 308
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
“Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
“Fransa Senatında qaldırılan məsələ yeni bir hadisə deyil”
Ermənistan Azərbaycanın hesabına ikinci erməni dövləti yaratmaq istəyir
Fransanın bütün imkanları tükənməyib
“Birlik olmazsa, tək Ümid Partiyası deyil, bütövlükdə müxalifət uduzacaq”
"Korrupsiyaya qarşı mübarizə dövlətin həyata keçirdiyi şüurlu siyasətdir"


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.