Daha bir əsgər həlak oldu
Azərbaycan Ordusunda daha bir əsgər əsgər yoldaşını güllələyib. "OLAYLAR"ın məlumatına görə, hadisə martın 9-da Müdafiə Nazirliyinin Tovuzdakı "N" saylı hərbi hissəsində baş verib. Bakı şəhər Nəsimi rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan, 1991-ci il təvəllüdlü Vasif Əliyev avtomatla əsgər yoldaşı, Göyçay rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1990-cı il təvəllüdlü Elçin Məmmədovu güllələyib. Hadisə nəticəsində Elçin Məmmədov hadisə yerində keçinib. Faktla bağlı Respublika Hərbi Prokurorluğunda cinayət işi qaldırılıb. Əsgəri güllələyən Vasif Əliyev artıq saxlanılıb.
|