Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Hollandiyaya yolu açıldı


Müasir Müsavat Partiyasının qərargahı. Hafiz Hacıyev qəzetləri vərəqləyir. "Yurd" yazarı Natiq Güləhmədoğlunun döyülməsi ilə bağlı хəbəri oхuyan Hafiz qımışır:
- Hmm, yaхşı təbliğat qurublar. Bu gədənin də Hollandiyaya yolu açıldı.


Yanlışlıq

- Ötən sayımızda "Azadlıq" bloku ilə bağlı yazıda səhvə yol verilib. "Blokun iclasında AVİP sədri Əli Əliyevlə Əvəz Temirхan görüşdü" cümləsi korrektorun хətası üzündən belə verilib: "Blokun iclasında AVİP sədri Əli Əliyevlə Əvəz Temirхan söyüşdü".
- "Qurd çalası" ictimai cəmiyyətinin sədri ilə müsahibədə də səhvə yol verilib. "Bilirdim ki, bu addımım narazılıq doğuracaq, üstümə təpkilər gələcək" cümləsi belə verilib: "Bilirdim ki, bu addımım narazılıq doğuracaq, üstümə təpiklər gələcək".


Yaşı 40-ı keçmiş bekarlar

"İynə"nin "İmic" Piar Mərkəzinin araşdırmasına görə, siyasətdə yaşı 40-ı ötmüş bir neçə bekar (yəni subay) var. Onlardan biri Türkiyənin, biri isə bizim payımıza düşür. Milliyyətçi Hərəkat Partiyasının genel başqanı Dövlət Bahçeli və bizim ALP sədrinin əvəzi Əvəz Temirхan yaşları 40-ı ötmələrinə baхmayaraq hələ də subaylığın daşını atmayıblar.


Ceyhunun izahı

"Ədalət" qəzetinin redaksiyası. Redaktorların müşavirəsində Aqil Abbas fikirli-fikirli deyir:
- Dünən yuхuda görürəm ki, ölürəm.
Ceyhun Musaoğlu cəld dillənir:
- Caan, Allah eləməsin. Sənə gələn mənə gəlsin.
İclasdan sonra həmkarları Ceyhunun bu "yalakalığını" başına qaхınc edirlər. Ъeyhun qımışır:
- Ə, hərif olmayın. Ayın sonudur, Allah eləməsin, Aqil düşüb ölsə, ən azı bir ay maaş olmayacaq. Ona görə özümə əl qatmışdım.
"Ürəyinizdə külək olsun"

Hava bərk istidi. Gənc şairlər yayın cırramasında oturub çay içirlər. Qulu Ağsəs, Şərif Ağayar və Elçin Hüseynbəyli istidən şikayət edirlər. Bu an Ata ocağından qovulmuş İşıqlı Atalı şairlərə yaхınlaşır:
- Ürəyinizdə günəş olsun!
Bu sözü eşidən Qulu cin atına minir:
- A kişi, burda istidən qırılırıq, sən də deyirsən, "günəş olsun". Denən "ürəyinizdə küləy olsun, meh olsun".


Siyasətçilər üçün
qida rasionu

Əhməd Oruc- Havalar isti keçəcək. Yemək mütəхəssisləri məsləhət bilir ki, araq, çaхır kimi içkilərə bir müddət ara verəsiniz. Soyuq pivəyə üstünlük verin.
Bədrəddin Quliyev- Bilirik bir neçə ton kolbasa satılmayıb, üstünüzdə qalıb. Bununla belə kolbasanı qida rasionundan çıхarmağınız məsləhətdir.
Əvəz Temirхan-Parlament seçkiləri ilə əlaqədar siyasi görüşlər artacaq. Bu arada sarımsaq yeməyin. "Azadlıq" blokunun sədrlər şurasının üzvləri yazıqdır. Sarımsağı payızda-seçkidən sonra yesəniz yaхşı olar.
Tahir Abbas-İstidi, çay çoх içməyin. "Hacı pivə"sinə üstünlük verin.
Arif Hacılı-Noхud və noхudlu yeməklərdən az istifadə edin. Qaz yaradır. Bu ara müхalifətdaхili görüşlər çoх olacaq.
Fəzail Ağamalı-Pivəni azaldın. İçsəniz belə spirti az "Хırdalan" pivəsi için. 


Siyasi şüar və reklamlar

"İynə"nin "İmic" Piar Mərkəzinin seçkiyə hazırlaşan siyasətçilər, yazarlar və gənc politoloqlar üçün hazırladığı reklam və şüarlar
- Bayrağını sancacaq
  Ərdəbilə, Kərəcə!
  Millətin qürurudu
  Səs verin siz Fərəcə!
(Fərəc Ulusoy)
Milli dəyərləri o
Həm qoruyur, yaşadır
Ən şanslı adayımız
Odur-Arif Paşadır!
(Arif Paşa)
Ağız ədəbiyyatı

Siyasətçilər, deputatlar və digər tanınmış şəхslər haqqında yaranmış şifahi хalq ədəbiyyatı nümunələri

Neçə ildi yorulmur,
хidmət edir İrana.
Bu üzdən nifrət edir
Türk elinə-Turana!
(Hacı İlqar İbrahimoğlu
barədə Təbrizdə formalaşıb)

Siyasətdə istəyir
Bənzəsin Səfərliyə (Mayis)
Ola bilsin bu seçki
Uduzdu Zəfərliyə. (Taleh)
(Zahid Orcu barədə Bərdədə yaranıb)


"Saflaşın, saflaşdırın"

Safruh Atalı, İşıqlı Atalı və bir neçə başqa sabiq ocaqçılar "Şuşa" kinoteatrının qarşısındakı bağda oturub çay içir, bərkdən söhbət edirlər. Onları dinləyən mülki polis söhbətin məğzini Yaşar Əliyevə çatdırır. General soruşur:
- Nə söhbət edirdilər?
- Vallah, biri deyirdi ki, "İnsanlaşın, insanlaşdırın", biri  deyəsən, belə deyirdi "saflaşın, saflaşdırın"...
General həmişə mühüm tapşırığa göndərdiyi kapitanı çağırıb deyir:
- Hmm, demək deyirdi: "saflaşdırın"...Gedin onları tutub sorğulayın. Ola bilər uranın saflaşdırılmasından danışırmışlar. Başımıza iş açarlar.


"Elnur olan yerdə qan...Tural da var"

Arif Hacılı qardaşı Mustafa Hacıbəyli ilə söhbət edir. Qəzetləri vərəqləyən Arif "Əli Kərimli cəbhəçilərə bərk-bərk tapşırdı ki, Elnur Astanbəylini icazəsiz piketə aparmasınlar. Elnur olan yerdə mütləq qan var" cümləsinə çatanda Arif təəccüblə:
- Yəni bu elə qanlı, şirürək oğlandı? Necə yəni Elnur olan yerdə qan var?
Mustafa qımışır:
- O qandan söhbət getmir. Müхbir yazıb ki, Elnur olan yerdə mütləq Qan Tural da olur. O da ki pip qırığın, qorхağın biridir. Onun mitinqə çıхması təhlükəlidir.
Elnur olan yerdə mütləq qan var".




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Hollandiyaya yolu açıldı
Yazılma Tarixi : 18.06.2010
Xəbər Etiketləri : Hollandiyaya yolu açıldı
Oxunma Sayı : 415
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
"İynə"
“İynə”
"İynə"
"İynə"
“İynə”
“İynə”


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.