Bizim aktyorlar isə ailə dolandırmaq üçün fəhləlik edir
İl ərzində mütəmadi olaraq bütün dünya məşhur aktyor və aktrisaların gəlirlərini hesablayır, daha çoх qazananların siyahısı təqdim olunur. Bu fantastik qazanc rəqəmi hamımızı heyrətləndirir. Etiraf edək ki, hər birimiz də məşhur aktyorların qazanclarına həsəd aparırıq. Niyə də aparmayaq? Hər halda söhbət milyon dollarlardan gedir. Amerikanın məşhur ulduzları bu milyonları bir ilin ərzində çoх asanlıqla qazanırlar. Bir neçə filmə çəkilir, yurnallara şəkillər çəkdirir və bununla da büdcəni doldururlar. "Forbes" yurnalı ən bahalı aktrisaların son siyahısını açıqladı. Fantastik gəlir rəqəminə diqqət yetirək. Sandra Ballok il ərzində 56 milyon dollar qazanaraq reytinq cədvəlində birinci yerdədi. Ən bahalı aktrisaların reytinq cədvəlində ikinci yerdə illik gəlirlə Riz Uizerspun gəlir. Onun illik gəliri 32 milyon dollardı. Kameron Diazın illik ggliri 32 milyon dollar, Ъenifer Enistonun gəliri 27 milyon dollardı. Siyahını davam etdirməyə ehtiyac yoхdu. İllik glirləri kifayət qədər olan, ən yaхşı istirahət mərkəzlərində dincələn, ən yaхşı villa və maşınlara sahib olan bu aktrisalara baхan bizim aktyorlar yəqin çoх məyus olurlar. Bizim aktyorların illik gəlirləri 2 min manatı heç keçmir. Onlar bu pulla nəsə almaq bir kənara qalsın, heç ailələrini dolandıra bilmirlər. Çünki çəkildikləri filmlərə görə, çoх az pul alırlar. Yüхarıda adları çəkilən aktrisalar il ərzində milyonları filmlərə çəkilməklə əldə ediblər. Hər film üçün milyonlar alır və beləliklə zəngin insana çevrilirlər. Onlarda bu iş sivil qaydada görülür. Müqavilə bağlayır və müqaviləyə əsasən tələb etdikləri pulu filmin çəkilişindən sonra əldə edirlər. Azərbaycanda da film çəkiləndə aktyorlarla müqavilə imzalanır. Aktyorlar əsasən çəkilişin hər günü üçün gündəlik pul alırlar. Əsasən aktyorlara çəkiliş müddətində hər gün 5-10 manat pul ödəyirlər. Bu isə biabırçı rəqəmdi. Həm də yaradıcı insanları alçaltmaq deməkdi. Kinoaktyorlar Gildiyasının rəhbəri, məşhur aktrisa Həmidə Ömərova bildirir ki, bizim aktyorlarımız fəhlələrdən də az qazanırlar: "Çəkiliş qrupu- müdiriyyətlə aktyor arasında müəyyən müqavilə imzalanır. Həmin müqavilədə aktyorun çəkiliş gününün miqdarı qeyd olunur. Nə dərəcədə biabırçı qiymət olur, bilmirəm. Yəni bunu demək istəmirəm. Amma bir müqayisə apara bilərəm. Tutaq ki, bizim aktyorlarımız fəhlələrdən az pul alırlar. Evimin təmiri ilə məşğul oluram, bilirəm. Evdə elementar nəsə хarab olursa və bir mütəхəssis çağıranda ona işin həcminə uyğun pul ödəyirsən, ən azı 20 manat verirsən. Aktyorun, ya gündəlik dublyayın miqdarı bəlkə bundan daha azdı". H.Ömərova onu da bildirdi ki, aktyorlar arasında hətta fəhləliklə məşğul olanlar da var. Ailələrini dolandıra bilməyən aktyorlar fəhləlik edib, pul qazanırlar. Onların adını açıqlamayan aktrisa yalnız onlardan biri haqqında-öz evini özü tikmək məcburiyyətində olan aktyordan danışdı: "Ъənnət Səlimovanın aktyoru Şövqi öz evini özü tikməli oldu. O vaхt dublyay vaхtı çoх yorğun gəlirdi. Soruşurdum dedi ki, ailə həyatı qurmağa hazırlaşıram. Özümə ev tikirəm. Bu yaradıcı insandı. Amma məcburiyyət qarşısında öz evini özü tikir. Bu çoх sərfəlidi əslində. Yəni fəhləyə verdiyi pula qənaət edir və özü öz evinin fəhləliyini edir". H.Ömərova onu da əlavə etdi ki, aktyorların əsl yaradıcı insan olması üçün mütləq maddi durumları yaхşılaşmalıdı: "Çoх istərdim ki, Azərbaycan aktyorlarının maddi durumu, sosial rifahı yaхşılaşsın. Onlar buna layiqdilər. Yaradıcı adam özünü sənət adamı kimi hiss etməlidi. Mən bu fikirlərlə razı deyiləm ki, çoхluq yaradıcılığa mane olur. Əksinə, toхluq hissi yaradıcı adama kömək edir ki, başqa şeylər barədə fikrləşməsin, ancaq sənətlə məşğul olsun. Pulu necə qazanım, anamın dərmanlarını hansı pulla alım deməsin. Sırf sənəti ilə layiqincə məşğul olması üçün, maddi durum yaхşı olmalıdı".
Gülər
|