Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

“Türkiyə-Ermənistan sərhədinin istisna hal kimi müvəqqəti olaraq açılması ehtiyat variant olaraq dəyərləndirilir”


 

Hulusi Kılıç: “Azərbaycanda daxili prosedurlar tamamlandıqdan sonra Türkiyə vətəndaşlarına viza güzəşti tətbiq edilməsini gözləyirik”

 

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın müsahibəsi (ixtisarla)


- Ermənistanda keçiriləcək NATO təlimləri sırasında Türkiyə-Ermənistan sərhədlərinin müvəqqəti də olsa açılacağı bildirilir. Abdulla Gül mətbuat konfransında bu sualı cavabsız qoydu. Sərhədlərin müvəqqəti açılması mümkündürmü?

- Hörmətli Abdulla Gülün bu sualı cavabsız qoyduğunu düşünmürəm. Bu məsələdə Türkiyənin mövqeyi dəfələrlə söylənib və açıqlanıb. Bəhs etdiyiniz təlim təbii fəlakətlərə qarşı mübarizə məqsədi daşıyır və humanitar mahiyyətdədir. Təlimin bu mahiyyəti diqqətə alınaraq və təlimdə istifadə ediləcək avadanlığın Ermənistana ölkəmiz üzərindən quru yolu ilə nəql edilməsi istiqamətində bir tələb olacağı təqdirdə hazırlıqlı olmaq məqsədilə Türkiyə-Ermənistan sərhədinin sadəcə təlim avadanlığını daşıyan maşınların keçməsi üçün istisna hal kimi müvəqqəti olaraq açılması ehtiyat variant kimi dəyərləndirilməkdədir. Mətbuatda mövzu ilə bağlı yayılan xəbərlər və şərhlər həqiqətə uyğun deyil. Heç kim bu mövzunu başqa yerə çəkməsin. Türkiyənin Ermənistanla bağlı olan sərhədinin açılması məsələsindəki mövqeyində heç bir dəyişiklik yoxdur.

- Viza məsələsi yenə həll edilmədi. Bu problemin indiyədək həll edilməməsinin səbəbi nədir?

- Bu sualı mətbuat nümayəndələri zaman-zaman məndən soruşur, mən də cavab vermək məcburiyyətində qalıram. Türkiyə vətəndaşları da bu sualı verir. Bilirsiniz ki, Türkiyə 01.08.2007-ci il tarixindən Azərbaycan vətəndaşlarına Türkiyəyə turistik səyahətlərində viza güzəşti tətbiq etməkdədir. Bunun bənzərini də qardaş Azərbaycan tərəfdən gözləməkdədir. Bu sual mətbuat konfransında iki ölkənin prezidentinə də verildi. Prezident İlham Əliyev “bu məsələnin həlli üçün Azərbaycanda bəzi daxili prosedurların reallaşması lazımdır” dedi. Daxili prosedurların tamamlanmasının ardından Azərbaycanın Türkiyə vətəndaşlarına viza güzəşti tətbiq etməsini gözləyirik.
apa




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : “Türkiyə-Ermənistan sərhədinin istisna hal kimi müvəqqəti olaraq açılması ehtiyat variant olaraq dəyərləndirilir”
Yazılma Tarixi : 20.08.2010
Xəbər Etiketləri : “Türkiyə-Ermənistan sərhədinin istisna hal kimi müvəqqəti olaraq açılması ehtiyat variant olaraq dəyərləndirilir”
Oxunma Sayı : 327
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Fransanın bütün imkanları tükənməyib
“Birlik olmazsa, tək Ümid Partiyası deyil, bütövlükdə müxalifət uduzacaq”
"Korrupsiyaya qarşı mübarizə dövlətin həyata keçirdiyi şüurlu siyasətdir"
İcmalar danışıqlar prosesinin iştirakçısı ola bilərmi?
Azərbaycanda internet mediasının dirçəlişinə nə mane olur?
"Cəmiyyətimizin ən fəal təbəqəsi gənclərdir"


Son xəbərlər
 
  Yanacaqdoldurma məntəqəsində dava düşdü, sürücü döyüldü
 
 
  Ermənilər Rusiya Dumasının Fransa Senatı kimi olmasını istəyirlər
 
 
  9 prokurorluq işçisi vəzifədən, 4-ü isə orqandan xaric edilib
 
 
  Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 142 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
 
 
  Ötən il Penitensiar Xidmətin 35 əməkdaşı ədliyyə orqanlarından xaric edilib
 
 
  Oxuduqlarım, eşitdiklərim, gördüklərim...
 
 
  В Баку вновь ожидается метель
 
 
  Обезврежена группа преступников-наркоманов
 
 
  Оригинальный метод спасения животных от мороза
 
 
  Milli Məclis Gülüstan və Türkmənçay müqavilələrinə hüquqi qiymət verməlidir
 
 
  Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq
 
 
  Təhsil naziri özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların sənədlərinin yenidən araşdırılması barədə əmr imzalayıb
 
 
  Hərbiçilərə dövlət qulluqçusu statusu verilə bilər
 
 
  Əvvəlcədən doldurulmuş vergi bəyannamələri tətbiq olunacaq
 
 
  Uşaq problemlərinin günahı valideynlərdədir
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.