Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

18 müəssisəyə qarşı iddia qaldırıldı


 

“Təmiz hava” aylığı başa çatdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları birgə hər il olduğu kimi cari ilin avqust ayında da Bakı şəhərində “Təmiz hava” aylığı tədbirləri həyata keçirmişlər.
“Təmiz hava” aylığı çərçivəsində Nazirliyin və Yol Polisinin əməkdaşları birlikdə Bakı şəhərində “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə əməl olunmasına nəzarət etmək məqsədilə 35 avtonəqliyyat müəssisəsində və nəqliyyat sexlərində yoxlama aparmış, avtomobil yollarında isə reydlər həyata keçirmişlər.
Müəssisələrdə yoxlanılmış 1001 avtomobildən 278-nin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkar olunmuşdur. Yoxlamanın gedişi zamanı profilaktik işlər aparılaraq 191 avtonəqliyyat vasitəsində karbon oksidinin miqdarı norma həddinə endirilmişdir.
Həmçinin, yoxlama zamanı Xəzər Dəniz Gəmiçiliyinin avtobazasında 5, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin avtoparkında 4, “Körpü-Bina-Tikinti” MMC-nin qarajında 9, “Bakı Yükdaşıma Nəqliyyat” ASC-nin qarajında 3, “Qum Adası” NQÇİ-nin TSN-də 3, Dalma Qurğularının Təmiri və Kirayəsi İdarəsinin nəqliyyat sexində yoxlanılan 7 avtonəqliyyat vasitəsləri atmosfer havasını norma həddindən artıq zərərli maddələrlə çirkləndirdiyi üçün həmin müəssisələrə qarşı ətraf mühitə dəymiş zərərin ödənilməsi məqsədilə müvafiq iddialar irəli sürülmüşdür.
Ümumiyyətlə, yoxlamaların nəticələrinə əsasən atmosfer havasının avtonəqliyyat vasitələri ilə normadan artıq çirkləndirilməsi nəticəsində dəymiş ziyanın ödənilməsi üçün 18 müəssisəyə qarşı 540 manat məbləğində iddia qaldırılmış, 1250 manat məbləğində ödəmə tətbiq olunmuş, aşkar olunmuş qanun pozuntularının və çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə icrası məcburi olan göstərişlər verilmişdir.
Eyni zamanda aylıq çərçivəsində Bakı şəhərinin küçə və magistral yollarında da keçirilən reydlər zamanı 6000 avtomobildən 2151-də mühərriklərin işlənmiş qazlarında “CO”-nun və tüstünün miqdarının normadan artıq olduğu aşkar olunmuşdur. Bu avtomobillərin sürücüləri barəsində Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən protokollar tərtib edilərək inzibati qaydada məsuliyyət tədbirləri tətbiq edilmişdir.

 




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : 18 müəssisəyə qarşı iddia qaldırıldı
Yazılma Tarixi : 03.09.2010
Xəbər Etiketləri : 18 müəssisəyə qarşı iddia qaldırıldı
Oxunma Sayı : 301
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Yanacaqdoldurma məntəqəsində dava düşdü, sürücü döyüldü
Ermənilər Rusiya Dumasının Fransa Senatı kimi olmasını istəyirlər
9 prokurorluq işçisi vəzifədən, 4-ü isə orqandan xaric edilib
Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 142 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
Ötən il Penitensiar Xidmətin 35 əməkdaşı ədliyyə orqanlarından xaric edilib
Milli Məclis Gülüstan və Türkmənçay müqavilələrinə hüquqi qiymət verməlidir


Son xəbərlər
 
  Yanacaqdoldurma məntəqəsində dava düşdü, sürücü döyüldü
 
 
  Ermənilər Rusiya Dumasının Fransa Senatı kimi olmasını istəyirlər
 
 
  9 prokurorluq işçisi vəzifədən, 4-ü isə orqandan xaric edilib
 
 
  Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 142 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
 
 
  Ötən il Penitensiar Xidmətin 35 əməkdaşı ədliyyə orqanlarından xaric edilib
 
 
  Oxuduqlarım, eşitdiklərim, gördüklərim...
 
 
  В Баку вновь ожидается метель
 
 
  Обезврежена группа преступников-наркоманов
 
 
  Оригинальный метод спасения животных от мороза
 
 
  Milli Məclis Gülüstan və Türkmənçay müqavilələrinə hüquqi qiymət verməlidir
 
 
  Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq
 
 
  Təhsil naziri özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların sənədlərinin yenidən araşdırılması barədə əmr imzalayıb
 
 
  Hərbiçilərə dövlət qulluqçusu statusu verilə bilər
 
 
  Əvvəlcədən doldurulmuş vergi bəyannamələri tətbiq olunacaq
 
 
  Uşaq problemlərinin günahı valideynlərdədir
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.