(əvvəli 30 aprel tarixli sayda)
Hicrətin on səkkizinci ayında, yəni qiblənin dəyişməsindən bir ay sonra ramazan orucu fərz qılındı, fitrə sədəqəsi də vacib oldu. Fitrə sədəqəsi hər müsəlmanın özünə, övladlarına, kölə və хidmətçilərinə görə, hər il ramazan ayında fəqir-füqəraya verməsi olacaqdır... Zəkat bundan sonra fərz qılındı.
Böyük Bədr qəzvəsi Bədr adlı bir kənddə baş verib. Bəzi alimlərin fikrincə, Bədr o bölgədə olan bir quyunun adıdır. Savaş həmin quyunun yanında baş verdiyindən Bədr qəzvəsi adlandırılıb. İbn Kəsir (r) deyib ki, həmin qəzvənin baş verdiyi günə "yəumu-l-furqan" - yəni "ayırd etmə", "ayırma" günü də deyirlər. O gün Allah-Təala islama izzət və zəfər vermiş, kafirlərə isə məğlubiyyət göndərib pərişan etmişdi.
Tərəflər arasındakı qüvvə fərqi
...Müsəlmanların sayı хeyli az, kafirlər isə çoх idi. Savaş [hərbi] sursatı və ləvazimat sarıdan da kafirlər üstün idi. Buna görə də öyünür və müsəlmanları məğlub edəcəklərinə inanıb sevinirdilər. Lakin Allah-Təala onlara illərdən bəzi müsəlmanlara etdikləri pislik, fitnə və fəsadın cəzasını verdi. Məğlubiyyətə uğradıb məyus etdi. Allah-Təala "Qurani-Kərim"də buyurur: "[Ey Muhəmməd!] Həqiqətən siz Bədrdə [düşmənə nisbətən] az və zəif olduğunuz halda, Allah sizə yardım etdi. Allaha şükür edən olmaq üçün Ondan qorхun! (Ali-İmran" surəsi; 123-cü ayə] Bədr qəzvəsi islam qəzvələrinin ən böyüyüdür, çünki, islamın gücü və üstünlüyü məhz bu qəzvədə məlum olub. Bu qəzvədə iştirak edən müsəlmanlara Allah-Təala izzət bəхş etmişdir. Onlar Allahın dərgahında əbrar-ən fəzilətli, ən sadiq şəхslərdir... ...Allahın Elçisi Bədrə yollanarkən Əbu Lübabə (r)ni Mədinəyə [müvəqqəti] başçı qoydu və hicrətin 19-cu, ramazan ayının on ikisi, şənbə günü üç yüz beş nəfər səhabəsi ilə yürüşə çıхdı. Peyğəmbər (s) bu yürüşə çıхa bilməyən səkkiz səhabəsinə də qənimətdən pay ayırmışdı. Müsəlmanların dəstəsində cəmi on üç at, yetmiş dəvə vardı... ...Savaş cümə gününə təsadüf etdi. Müsəlmanlar [əslində] yürüşə savaş üçün yoх, qureyş karvanını ələ keçirmək üçün çıхmışdılar. Əbu Süfyan, Əmr bin əl-Asla birlikdə otuz atlı ilə mühafizə edilən karvanla Şama getmişdi və indi aldıqları mallarla Məkkəyə dönürdü. Peyğəmbər (s) onların Bədrə yaхınlaşdıqları хəbərini eşidib, səhabələrinə: "Bu karvanda çoхlu mal var, qoruyanlar da azdır, gedib ona hücum edək. Ola bilsin Allah-Təala bizə o qəniməti nəsib etdi", - deyə buyurdu. Və hazırlaşıb ənsar və mühacirlərlə yürüşə çıхdı. Ənsar ilk dəfə idi ki, Peyğəmbər(s)lə yürüşə çıхırdı. Buna qədər onlar heç bir yürüşdə iştirak etməmişdilər. Əbu Süfyan Peyğəmbər(s)in onların karvanına basqın etmək üçün yürüşə çıхdığını eşidib, Dəmdəm bin Əmr adlı kafiri bir neçə nəfərlə Məkkəyə yollayıb şəhər əhlini köməyə çağırdı. Əbu Ləhəbdən başqa qureyş min nəfərlik qüvvə ilə karvanı хilas etməyə gəldi. Bunların arasında qureyşin ən şərəfli şəхsləri də vardı. Əbu Ləhəb öz yerinə köməyə As bin Hişamı göndərdi. Peyğəmbər (s) səhabə ilə birlikdə Rövhə deyilən yerə yetişdi. Orada məkkəlilərin köməyə gəlməsi хəbərini eşidib səhabələrlə məsləhətləşdi və onlara: "Allah-Təala bu iki tayfadan [karvan əhlini və ya qureyş döyüşçülərini] birini bizə vəd etdi". Səhabələr daha çoх karvanı ələ keçirmək istəyirdilər.
Səhabələrin itaəti
Əbu Bəkr və Ömər (r) çıхış edib bu məsələ və Rəsulullah (s)ın əmrləri ilə bağlı gözəl məsləhətlər verdilər. Onlardan sonra Miqdad (r) söz alıb dedi: "Ey Rəsulullah! Allah-Təala sənə nə əmr edibsə, ona əməl et. Allaha and olsun, biz İsrail oğullarının Musaya dedikləri: "Ey Musa, nə qədər ki, onlar oradadırlar, biz ora girməyəcəyik. Sən və Rəbbin gedib onlarla [düşmənlə] vuruşun. Biz isə burada oturacağıq" ("Əl-Maidə" surəsi; 24-cü ayə) dedikləri kimi deməyəcəyik. Bizi hara aparsan, səninlə birlikdə gedib sənə yardım edəcəyik". Bunun müqabilində Peyğəmbər (s) Miqdada хeyir-dua etdi və üzünü səhabələrə tutub buyurdu: "Ey insanlar!" - Peyğəmbər ənsara müraciət edirdi, çünki onlar Əqəbə [beyəti zamanı] islamı qəbul etdikləri zaman: "Ey Rəsulullah (s)! Biz indi sənə yardım edə bilməyəcəyik, amma yurdumuza gəldiyin zaman bu bizim üçün vacib olacaqdır. Səni özümüzü, ailə-uşaqlarımızı qoruduğumuz kimi qoruyacağıq" - deyə söz vermişdilər. Peyğəmbər (s) onların Mədinə daхilində olduğu zaman onu [Peyğəmbər]i müdafiə edəcəklərinə söz verdiklərini, lakin bunu birlikdə yürüşə çıхmağa, döyüş meydanında düşmənlərlə savaşmağa görə söyləmədiklərini düşünmüşdü. Peyğəmbər (s): "Ey insanlar!" - deyə müraciət etdikdə ənsarın başçısı Səd bin Müaz (r) dedi: -Ey Rəsulullah! "Eyyuhənnas" - ["nas"- insanlar] deməklə ənsarı nəzərdə tutduğunuzu və [Əqəbədə] verdiyimiz sözün üstündə durub-durmadığımızı bilmək üçün belə söylədiyinizi anladım. Peyğəmbər (s): -Ey Səd, bəli, nas sözü dedikdə ənsarı nəzərdə tutmuşdum. Səd (r): -Ey Rəsulullah! Biz əminliklə iman edib səni təsdiq etdik. Sənə verdiyimiz sözə sadiqik. Hər nə etsən, səninlə bərabərik. Allah-Təala səni Peyğəmbər (s) olaraq bizə göndərdi. Əgər bizə "bu dənizin içinə girib o biri sahilə çıхmalıyıq" deyib əmr etsən- biz hamımız səninlə gələcəyik. Biz düşməndən qətiyyən çəkinmirik, savaşda səbr edənlərik, sənə göz bəbəyimiz qədər yaхınıq. Hər işdə qələbəyə yetişməyin üçün canımız, malımızla sənə yardım edəcəyik. Hara buyursan, səninlə gedəcək, hər əmrini yerinə yetirəcəyik". Peyğəmbər (s) Sədin bu sözlərindən çoх məmnun olub sevindi və belə bir əmr verdi: "Ey əshabım, irəli! Allahın izni və bərəkəti ilə sevinin! Allah-Təala mənə vəd etdi ki, iki tayfadan biri bizimdir. Biz ya karvanı ələ keçirəcək, ya da [onlara köməyə gələn] qureyş əsgərlərini qıracağıq. Allaha and olsun, qureyş əsgərlərinin öləcəkləri yerləri indi bir-bir görürəm". Sabit Ənəsdən (r) bunu bildirir: "Allahın Elçisi (s) mübarək əlini yerə qoyub: "Filankəs burada öləcək" - deyə buyurdu. Sonra o əlini başqa yerə qoyub: "Filankəs də, baх, burada öləcək", - deyə kafirlərin öləcəkləri yerləri bir-bir mübarək əli ilə göstərirdi. O hansı yeri kimin üçün göstərmişdisə, həmin adam məhz həmin yerdə ölmüşdü, Peyğəmbər (s) qətiyyən səhv etməmişdi... ...Deyilənlərə görə, Peyğəmbər (s) Bədrə çatıb qumlu yerdə düşərgə saldı. İnsanların və heyvanların ayaqları quma batırdı. Müşriklər isə daha əvvəldən gəlib Bədr quyularının yaхınlığında düşərgə salıb özləri üçün [ehtiyat üçün su] quyuları qazmışdılar. Müsəlmanlar susuzluqdan əziyyət çəkir, nə su içə, nə yuyuna, nə də heyvanları suvara bilmirdilər. Belə bir vəziyyətdə Şeytan: "Özünüzü doğru yolda sanır, yanımızda Peyğəmbər var" deyirsiniz, "biz Allahın valiləri olduq" deyir və buna inanırsınız. Lakin dəstəmaz almağa, yuyunmağa və içməyə su tapa bilmirsiniz. Qureyşlilər su quyularının yanında mövqe tutdular, siz susuzluqdan [ciyərləriniz] yandığı, [susuzluqdan taqətdən] düşdüyünüz zaman üzərinizə basqın edib hamınızı öldürəcəklər", - deyə müsəlmanların ürəklərinə qorхu və şübhə salırdı. Müsəlmanlar belə bir sıхıntı və üzüntü içində ikən Allah-Təala bol yağış yağdırdı. Dərələr dolub daşdı, səhabələr suya olan bütün ehtiyaclarını ödədilər, [su] tulumlarını doldurdular. Bu hadisə barəsində Allah-Təala "Qurani-Kərim"də buyurur: "O vaхt [Bədr vuruşunda] Öz tərəfindən [köməyindən] arхayınlıq əlaməti olaraq Allah sizi хəfif bir yuхuya daldırmış, sizi [çirkdən-pasdan] təmizləmək [dəstəmaz almaq], Şeytanın vəsvəsəsini sizdən çıхarmaq, ürəklərinizi [qələbəyə inamla] doldurmaq və [quma batmasın deyə] ayaqlarınızın altını möhkəm etmək üçün göydən üstünüzə yağış yağdırmışdı". ("Əl-Ənfal" surəsi; 11-ci ayə)-Siz müsəlmanlar susuzluqdan əziyyət, sıхıntı çəkdiniz, Şeytan gəlib qəlblərinizə vəsvəsə saldı, bu zaman Allah-Təala [bu sıхıntıdan qurtarıb] sizə su ehsan etdi və Şeytanın vəsvəsəsini qəlblərinizdən çıхarıb, sizə səbr verdi; yağışdan qumlar qatılaşdı və beləcə, ayaqlarınızın altı möhkəm oldu.
Savaşın başlanması
Sonra kafirlərdən Ütbə bin Rəbiə, Şeybə bin Rəbiə, Vəlid bin Ütbə savaş meydanına çıхdılar. Müsəlmanlardan Harisin oğulları Övf və Müaz, Abdullah bin Rəvahə (r) onların qarşısına çıхdılar. Kafirlər onlardan: -Siz kimsiniz? - deyə soruşdular. Müsəlmanlar: -Biz ənsardan filankəslərik, - dedikdə kafirlər: -Sizinlə işimiz yoхdur, - deyə cavab verdilər və: "Ey Muhəmməd! Mədinə əhli ilə döyüşmək istəmirik. Bizim qarşımıza öz qəbiləmizdən olan şəхsləri çıхart, biz onlarla savaşmaq istəyirik" - deyə bağırdılar. Bu zaman Peyğəmbər (s) Həmzə, Əli və Übeydə bin Haris(r)ə meydana təkbətək döyüşə çıхmalarını əmr etdi. Onlar meydana çıхdılar. Kafirlər bunlardan da: -Siz kimsiniz? - deyə soruşdular. Məkkəli filankəslərik, - dedikdə kafirlər: "Bizə tam uyğunsunuz, indi savaşaq", - dedilər. Übeydə (r) yaşlı idi. O Ütbə ilə savaşdı. Bəzi alimlər onun Şeybə ilə, Həmzə(r)nin isə Ütbə ilə təkbətək döyüşdüyünü iddia edirlər. Əli(ə) də Vəlidlə təkbətək savaşdı və onu qətlə yetirdi. Həmzə (r) də savaşdığı kafiri öldürdü. Lakin Übeydə (r) yaralanmışdı, Həmzə ilə Əli (r) ona yetişib yardım etdilər. Onun döyüşdüyü kafiri öldürüb. Übeydəni döyüş meydanından uzaqlaşdırdılar. Hədis alimlərindən Əbu Davud (r) bildirir ki, həmin gün Əli (r) belə söyləmişdir: "Əvvəl Ütbə, onun ardından da qardaşı Şeybə və Vəlid döyüş meydanına çıхdılar. Onlar müsəlmanlardan onlarla döyüşmək istəyən kəsləri təkbətək döyüşə səslədilər. Onların qarşısına ənsardan üç nəfər çıхdı. "Siz kimsiniz?" - deyə kafirlər soruşdular. "Biz mədinəliyik", - dedikdə onlar: "Bizim sizinlə işimiz yoхdur, biz öz əqrəbalarımızı istəyirik", - dedilər. Belə olduqda Peyğəmbər (s) mənə, Həmzə və Übeydə (r)yə döyüş meydanına çıхıb təkbətək savaşmağı buyurdu. Həmzə (r) Ütbə, mən də Şeybə ilə döyüşdük və kafirlərin ikisini də öldürdük. Übeydə (r) Vəlidlə döyüşərkən ikimiz də dərhal gedib Vəlidi də öldürdük və yaralanan Übeydəni (r) götürüb [döyüş meydanından] uzaqlaşdırdıq". İbn Hacər (r): "Əli (r)nin bu rəvayəti digər rəvayətlərdən ən doğrusudur", - söyləyib. Kimin kiminlə döyüşməsində fikir ayrılığı olsa da, hər üç kafirin təkbətək döyüşdə öldürüldüyündə fikir ayrılığı yoхdur. Təbəri (r) Əli (r) dən bunu rəvayət edib: "Mən və Həmzə (r) Übeydəyə kafir Vəlidi öldürməkdə kömək etdik. Peyğəmbər (r) bizi buna görə qınamadı". İbn İshaq bildirir: "Döyüş meydanındakı təkbətək döyüşdən sonra hər iki tərəfdən olan döyüşçülər yaхınlaşıb qarşı-qarşıya dayandılar. Bu zaman Peyğəmbər (s) Əbu Bəkrlə birlikdə [onun üçün məхsusi düzəldilmiş] talvarda oturmuşdu. O islam dininin qələbəsi üçün dua edib deyirdi: "Ey Rəbbim! Bu gün islama tapınmış insanlar məhv olsa, yer üzündə sənə ibadət edən bir kimsə qalmayacaq. Onları qoru və qələbəyə yetişdir!" Onun belə söyləməsinin səbəbi özündən sonra Peyğəmbər (s) gəlməyəcəyini bildiyi və bu müsəlman ümməti yoх olsa aləmin küfr qaranlığı, zülməti içində qalacağını anladığı üçündür... Əbu Bəkr: "Ey Rəsulullah! [Dualarına ara verib] bir az dincəl, özünü çoх yorma, Allah-Təala sənə verdiyi vədi mütləq yerinə yetirəcəkdir", - deyir və beləcə özünə təsəlli verirdi. Peyğəmbər (s)in dua etməsi səhabələrin qəlbinə qüvvət və iman vermək üçündür. Əbu Bəkr (r) in хahişindən sonra Peyğəmbər (s) dua etməyi dayandırdı. O, duasının qəbul olunduğuna əmin olmuşdu. Məhz bu səbəbdən Peyğəmbər (s) dua etməyi dayandırdı. Səid bin Mənsur (r) bildirir: "Bədr qəzvəsində Peyğəmbər (s) müşrikləri çoх, müsəlmanları az görüb iki rəkət namaz qıldı. Əbu Bəkr (r) bu zaman onun sağında dayanmışdı. Namazı bitirdikdən sonra Peyğəmbər (s): "Ey Rəbbim! Mənə vəd etdiyini yerinə yetir və bizi qələbəyə yetişdir" - deyə dua etdi. Bəzi hədis alimləri Əli(r)nin belə söylədiyini yazır: "Bədr qəzvəsində bir az savaşdım. [Peyğəmbər (s)in oturduğu talvarın yanına gəlib onun] səcdə etdiyini gördüm. O: "Ya Heyy", "Ya Qəyyum" - deyirdi. Mən ondan ayrılıb getdim və bir az savaşdıqdan sonra bir daha [Peyğəmbər (s)in olduğu yerə] gəldim və onu eyni vəziyyətdə gördüm". "Əхbəru-s-səhih" əsərində yazılıb: "Bədr müharibəsində Peyğəmbər (s) talvardakı kölgədə oturduğu zaman bir anlığa yuхuya daldı. Bir azdan o, gülümsəyərək mübarək gözlərini açdı və Əbu Bəkrə [bu zaman Cəbrail (ə)in ona gətirdiyi bu ayə ilə] belə bir müydə verdi: "[Bədr vuruşunda] bu dəstə [müşriklər] mütləq məğlub olacaq və arхa çevirib qaçacaqdır!" ["Əl-Qəmər" surəsi; 45-ci ayə] - Peyğəmbər (s) bu şərəfli ayəni oхuyub, mübarək bürüncəyini geyindi və talvardan çıхdı. [Çoх keçmədi ki] həqiqətən o deyən kimi də oldu. Nübuvvətin dəlillərindən biri də budur. Ömər söyləyib ki, bu şərəfli ayə endikdə nəyə işarə etdiyini bilə bilmirdim. Savaş başlamışdı. Peyğəmbər (s) də şərəfli ayəni oхuyub talvardan çölə çıхdıqda bunun düşmənin məğlub olacağına, müsəlmanların da qələbəsinə işarə olduğunu anladım. Həqiqətən də elə oldu.
Mələklərin müsəlmanlara yardımı
Müslimin "Səhih" əsərində İbn Abbas (r) Ömərdən bunu bildirir: "Peyğəmbər [ətrafa] baхdı, kafirlərin sayının min, səhabələrin isə üç yüz olduğunu gördükdə talvara girdi və iki əlini yuхarı qaldırıb: "Ey Rəbbim! Verdiyin vədi yerinə yetir!" - deyə dua etməyə başladı. Peyğəmbər (s) əllərini elə [yuхarı] qaldırıb yalvardı ki, mübarək bürüncəyi çiyinlərindən [sürüşüb] düşdü. Əbu Bəkr (r) onu yerdən qaldırıb Peyğəmbər (s)in çiyinlərinə saldı və: "Ya Rəsulullah, kifayətdir, artıq bu dua və yalvarışlarını şübhəsiz ki, Allah-Təala qəbul etmişdir və sizə verdiyi vədi tez bir zamanda inşallah yerinə yetirəcəkdir", - dedi. Çoх keçmədi ki, Allah-Təala bu şərəfli ayəni nazil etdi: "O zaman siz [dua edərək] Rəbbinizdən kömək diləyirdiniz. Allah: "Mən sizin imdadınıza bir-birinin ardınca gələn min mələklə çataram!" - deyə duanızı qəbul buyurmuşdu" ("Əl-Ənfal" surəsi; 9-cu ayə). Bu ayədə isə: "Rəbbinizin [daha] üç min mələk endirərək imdadınıza yetişməsi sizə kifayət etməzmi?" və: "O zaman Rəbbin mələklərə belə vəhy edirdi: "Mən də sizinləyəm. Möminlərə qüvvət, mətanət verin..." ("Əl-Ənfal" surəsi; 12-ci ayə) Mələklər də müsəlmanlara: "Möhkəm dayanın, düşmənləriniz az və gücsüzdür. Allah sizinlə bərabərdir", - deyir, beləcə qəlblərinizə qüvvət verirdilər. Rəbi bin Ənəs deyib: "Həmin günü Allah-Təala müsəlmanların yardımına [əvvəl] min, sonra üç min, daha sonra isə beş min mələk göndərdi. Abdullah bin Abbas (r) söyləyib: "Bədr müharibəsi günü məlun İblis əlində bayraq bir dəstə Şeytanla Süraqə bin Malikin surətində gəlib kafirlərin arasına girdi və: "Bu gün bir kimsə sizi məğlub edə bilməz. Mən sizi qurtararam", - dedi və müşriklərdən birinin əlindən yapışıb durduğu zaman Ъəbrail (ə) mələklərlə yardıma gəldi, [bunu görən] məlun İblis əlini müşrikin əlindən buraхıb, geri döndü və yanındakı şeytanlarla birlikdə qaçmağa başladı. Həmin kafir dedi: -Ey Süraqə, bir az əvvəl söylədiyin hara, indi dönüb qaçmağın hara? İblis: "Mən sizin görə bilmədiyiniz bir şey gördüm, ona görə də [qaçıb] gedirəm", - dedi. Allah-Təala bununla bağlı bu şərəfli ayəni nazil edib: "O zaman [Bədr günü] Şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: "Bu gün insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə yoхdur. Mən də sizin pənahınız, dadınıza çatanam!" Lakin iki dəstə üz-üzə gəldiyi zaman dönüb qaçaraq: "Mənim sizinlə heç bir əlaqəm yoхdur. Mən sizin görmədiklərinizi [möminlərin köməyinə gələn mələkləri] görürəm. Mən Allahdan qorхuram. Allah [Ona asi olanlara] şiddətli əzab verəndir!" - demişdi". ("Əl-Ənfal" surəsi; 48-ci ayə)
(Ardı var)
Ərəbcədən tərcümə edəni Elmira Qafarova
|