Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

İl sonuna qədər çözümün əldə edilməsi hədəfimizdir


Hüseyin Özgürgün: "Rumların problemin həllinə maraqlı olduqlarına əmin deyiləm"

"Azərbaycanla əlaqələrimiz çox yaxşıdır"

Kuzey Kıbrıs Türk Cümhuriyyətinin xarici işlər naziri Hüseyin Özgürgünün "OLAYLAR"-a eksklyüziv müsahibəsi
-Hüseyin bəy, hazırda Kuzey Kıbrıs Türk Cümhuriyyətinin neçə ölkədə nümayəndəlikləri fəaliyyət göstərir və yaxın vaxtlarda onların sayının artırılması nəzərdə tutulubmu?
-Hazırda Kuzey Kıbrıs Türk Cümhuriyyətinin 20-yə yaxın ölkədə rəsmi təmsilçiliyi fəaliyyət göstərir. Onların bir qrupu Körfəz ölkələrində, Azərbaycan və Pakistanda fəaliyyət göstərir. Bundan başqa Avropa ölkələrində 5 rəsmi təmsilçiliyimiz var. Həmçinin Birləşmiş Ştatlarda 2 rəsmi təmsilçiliyimiz mövcuddur. Rəsmi təmsilçiliklərin sayının artırılması qarşımızda duran əsas hədəflərdən biridir. Bir müddət əvvəl Bəhreyndə belə bir rəsmi təmsilçiliyimiz açıldı. Yaxın vaxtlarda İsveçdə rəsmi təmsilçiliyin fəaliyyət göstərəcəyi nəzərdə tutulub. Təbii ki, bu cür rəsmi təmsilçiliklərin sayının artırılması üçün əlimizdən gələni edirik. Ancaq onu da nəzərə almaq lazımdır ki, bu bir az da mövcud imkanlarla bağlı bir məsələdir. Bir çox ölkələrdə rəsmi təmsilçiliklər aça bilərik. Ancaq ilk növbədə bizə fayda verə biləcək yerlər müəyyənləşdirilməli, eyni zamanda mövcud olan rəsmi təmsilçiliklər yaxşı bir vəziyyətə gətirilməlidir.
-Azərbaycanla Kuzey Kıbrıs Türk Cümhuriyyəti arasındakı əlaqələr sizi qane edirmi? İkitərəfli əlaqələri inkişaf etdirmək üçün daha nələr etmək olar? ("OLAYLAR"İA)
-Azərbaycanla əlaqələrimiz çox yaxşıdır. Kuzey Kbrıs Türk Cümhuriyyətinin Azərbaycandakı təmsilçiliyi rəsmi səviyyədədir və dövlətlə çox sıx münasibətləri var. Dolayısıyla biz Azərbaycanla hər bir sahədə normal münasibətlər qurmuşuq. Azərbaycanda kifayət qədər tanıdığım və xoş münasibətlər qurduğum millət vəkilləri var. Avropa Şurasında da azərbaycanlı millət vəkilləri ilə yaxın əməkdaşlığımız mövcuddur. Təbii ki, bu münasibətlər daha yaxşı ola bilir. Buna mane olan isə bir sıra səbəblər var. Avropa Şurasında Kıbrıs məsələsi gündəmə gəldiyi zaman erməni məsələsindən dolayı azərbaycanlı millət vəkillərinin bir qədər ehtiyatlı davrandığını görürük. Eyni zamanda siyasi əlaqələrin inkişaf etdirilməsində bir sıra əngəllər meydana çıxır. Biz də öz növbəmizdə azərbaycanlı qardaşlarımızın bu addımını anlayışla qarşılayırıq.
-Prezident Dərviş Eroğlu il sonuna qədər Kıbrıs problemi həll edilməyəcəyi təqdirdə tamam başqa bir situasiyanın meydana çıxacağını bildirib. Bu situasiya nədən ibarət olacaq?
-Kıbrıs probleminin həllində il sonuna qədər çözümün əldə edilməsi bizim hədəfimizdir. Yəni biz problemin həllinə maraqlıyıq. Ancaq onu da nəzərə almaq lazımdır ki, bu çözümün iki tərəfi var. Bu tərəflərdən biri Kuzey Kıbrıs, digəri isə cənubdakı rumlardır. Hazırda rumların problemin həllinə maraqlı olduqlarına əmin deyiləm. Hesab edirəm ki, rumlar problemin həllinə maraqlı deyillər. Çünki indiyə qədər onlar problemin bir çox həll planını rədd edib, referendumda problemin həllinə yox deyiblər. Dolayısıyla rum tərəfi anlaşma niyyətində olmadığını göstərib. Bunun qarşılığında isə qarşı tərəf qiymətləndirilib, Avropa Birliyinə üzv qəbul olunub. Kuzey Kıbrıs Türk Cümhuriyyəti isə hələ də embarqolar altındadır. Problemin həllini istəməyən tərəfə indiyə qədər verilmiş haqqı açıq olaraq qəbul edə bilmirik. İl sonuna qədər problemin həlli mümkün olmayacağı təqdirdə nə olacaq, bunu yaxşı bir şəkildə düşünmək lazımdır.
-Bir neçə il əvvəl Azərbaycandan Kuzey Kıbrısa birbaşa təyyarə uçuşları həyata keçirildi və bu Kıbrısda böyük sevinclə qarşılandı. Anoloji uçuşların yaxın vaxtlarda təkrarlanması gözlənilirmi və digər ölkələrlə bu istiqamətdə hansı tədbirlər həyata keçirilir?
-Əslində bu cür uçuşlar mümkün olmalıdır. Biz bu cür addımları böyük məmuniyyətlə qarşılayarıq. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan da bir az ehtiyatlı addım atmaq məcburiyyətindədir. Xüsusilə bu məsələ ortaya çıxanda rumlar erməni məsələsini qaldırır və onlara dəstək nümayiş etdirirlər. Çünki ermənilərlə rumların əlaqələri çox yaxşı səviyyədədir. Bu səbəbdən Azərbaycan bir qədər ehtiyatlı adım atmağa məcbur odur. Təbii ki, bu cür uçuşlar davamlı olsa daha yaxşı olar.




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : İl sonuna qədər çözümün əldə edilməsi hədəfimizdir
Yazılma Tarixi : 03.08.2010
Xəbər Etiketləri : İl sonuna qədər çözümün əldə edilməsi hədəfimizdir
Oxunma Sayı : 334
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Fransanın bütün imkanları tükənməyib
“Birlik olmazsa, tək Ümid Partiyası deyil, bütövlükdə müxalifət uduzacaq”
"Korrupsiyaya qarşı mübarizə dövlətin həyata keçirdiyi şüurlu siyasətdir"
İcmalar danışıqlar prosesinin iştirakçısı ola bilərmi?
Azərbaycanda internet mediasının dirçəlişinə nə mane olur?
"Cəmiyyətimizin ən fəal təbəqəsi gənclərdir"


Son xəbərlər
 
  Yanacaqdoldurma məntəqəsində dava düşdü, sürücü döyüldü
 
 
  Ermənilər Rusiya Dumasının Fransa Senatı kimi olmasını istəyirlər
 
 
  9 prokurorluq işçisi vəzifədən, 4-ü isə orqandan xaric edilib
 
 
  Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 142 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
 
 
  Ötən il Penitensiar Xidmətin 35 əməkdaşı ədliyyə orqanlarından xaric edilib
 
 
  Oxuduqlarım, eşitdiklərim, gördüklərim...
 
 
  В Баку вновь ожидается метель
 
 
  Обезврежена группа преступников-наркоманов
 
 
  Оригинальный метод спасения животных от мороза
 
 
  Milli Məclis Gülüstan və Türkmənçay müqavilələrinə hüquqi qiymət verməlidir
 
 
  Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq
 
 
  Təhsil naziri özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların sənədlərinin yenidən araşdırılması barədə əmr imzalayıb
 
 
  Hərbiçilərə dövlət qulluqçusu statusu verilə bilər
 
 
  Əvvəlcədən doldurulmuş vergi bəyannamələri tətbiq olunacaq
 
 
  Uşaq problemlərinin günahı valideynlərdədir
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.