region dövlətlərlə eyni səviyyədədir
Azərbaycanda internet xidmətlərinin orta qiymətləri region dövlətlərində tətbiq olunan orta qiymətlərlə eyni səviyyədədir. Bu tendensiya Rabitə və İnformasiya Texnologiya Nazirliyinin əməkdaşları tərəfindən aparılmış region üzrə ADSL texnologiyasına qoşulmaqla internetə daxil olma tariflərinin araşdırılmasına dair monitorinqin nəticələrində əks olunub. Nazirliyin kollegiyasının qərarına əsasən aparılan monitorinqin nəticəsi zamanı bəlli olub ki, Azərbaycanda ADSL texnologiyasına qoşulmaqla saniyədə 1 Mb-dək surətlə limitsiz internet xidmətinə görə aylıq ödəniş 20-50 manat arasında dəyişir. Bu götərici qonşu Gürcüstanda 30-50, Ermənistanda 70, Ukraynada 50-110, Belarusda 130-200, Moldovada 20, Rusiyada 30, Qazaxıstanda isə 85 manat təşkil edir.
|