Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

9723 ipoteka müqaviləsi bazarı canlandırmayıb


Vüqar Bayramov: “İpoteka kreditləşməsi Bakıda 1-ci və 2-ci zonaya təsir edə bilmir”. İlin əvvəlindən 9723 ipoteka müqaviləsi dövlət qeydiyyatına alınıb. Qeydiyyata alınmış ipoteka müqavilələrindən 4746-ı və ya 48.8 faizi Bakı şəhərinin payına düşüb.Maraqlıdır ki, bu proses daşınmaz əmlak bazarında canlanmaya səbəb olmayıb. Nəzərə çatdıraq ki, cari ilin büdcəsindən ipoteka kreditləşməsinə 14 milyon manat vəsait aydırılıb. . Adi ipoteka kreditləri üzrə 75 milyon manat vəsaitin xərclənməsi planlaşdırılıb. İpoteka Fondunun 30 iyun 2010-cu ilə olan məlumatına əsasən dövlət büdcəsi hesabına 5,1 milyon manatlıq kredit verilib. Göstərilən müddətdə banklar tərəfindən verilən kreditlər 52,1 milyon manat, fond tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditləri 45,7 milyon manat təşkil edib. İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, müqavilələrin sayının artmasına baxmayaraq ipoteka proqramı kütləvi deyil: “Məsələn 2010-cu ilin iyun ayına olan məlumata görə, Rusiya vətəndaşlarının 17 faizi ipoteka proqramından istifadə edərək öz mənzil təminatlartını yaxşılaşdırıblar. Eyni zamanda Rusiya dövlətinin qəbul etdiyi son ipoteka proqramına əsasən 2020-ci ilə qədər bu ölkənin əhalisinin 30 faizi ipoteka proqramından istifadə etməklə mənzil alacaqlar.Azərbaycanda ipoteka proqramından istifadə edənlərin sayının artmasına baxmayaraq hələlik ipoteka proqramı kütləvi deyil. İpoteka proqramından istifadə edənlərin sayı 1 rəqəmlə ifadə edilir”. V.Bayramovun sözlərinə görə, ipoteka proqramının kütləvi olmaması, əhalinin geniş hissəsinin ondan istifadə etməməsi proqramın sosial əhəmiyyətinin azalmasına gətirib çıxarır: “Digər məqam ipoteka proqramının mənzil bazarına təsir etmək imkanlarına malik olmamasıdır. İpoteka krediti alanların sayının artmasına baxmayaraq, bu, bazarda canlanmanın yaranmasına gətirib çıxarmayıb. Yaranmış vəziyyət birbaşa ipoteka proqramının bazarda olan tələbatın ödənilməsinə imkan yaratmaması ilə bağlıdır. Baxmayaraq 2010-cu ildə adi ipoteka kreditlərinin verilməsi üçün 75 milyon manat (istiqrazların satılması yolu ilə əldə ediləcək), sosial ipoteka kreditləri üçün 14 milyon manat (cari ilin büdcəsindən ayrılıb) nəzərdə tutulub, bu bazarda tələbə təsir etmək imkanlarına malik deyil. Digər tərəfdən ipoteka kreditləşməsi Bakıda 1-ci və 2-ci zonaya təsir edə bilmir”. Ekspert növbəti səbəb kimi proqramın vətəndaşlar üçün əlçatan olmadığını gətirir: “İpoteka krediti almaq üçün tələb edilən əməkhaqqı orta aylıq əməkhaqqıdan 2 dəfə çoxdur.Bu əslində ipoteka proqramının sosial mahiyyətinin aşağı olduğunu göstərir”. Mütəxəssis bildirir ki, əgər tələb edilən əməkhaqqı limiti orta aylıq əməkhhaqıdan 2 dəfə çoxdursa, deməli orta təbəqə və az təminatlı ailələr proqramdan istifadə imkanlarına malik deyillər. Bununla belə V.Bayramov ilin sonuna qədər kredit alanların sayının artacağının gözləndiyini deyir: “Amma bu proqramın səmərəliliyini artırmayacaq. Kreditlərdən mənzillərə tələbatı olanlar istifadə edə bilmir. Kreditlərdən o insanlar istifadə edir ki, artıq onların mənzilləri var”.


 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : 9723 ipoteka müqaviləsi bazarı canlandırmayıb
Yazılma Tarixi : 04.08.2010
Xəbər Etiketləri : 9723 ipoteka müqaviləsi bazarı canlandırmayıb
Oxunma Sayı : 320
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Ukrayna: Rusiya Avropaya nəql olunan qazın həcmini azaldıb
Əmanətlərin qaytarılmasına ümidlər tükənir
“Azərbaycan xarici şirkətlər üçün cəlbedici ölkədir”
Sovet əmanətləri qaytarılacaq
510 kiloqram yararsız mal məhv edildi
Sovet əmanətlərinin geri qaytarılması üçün təxminən 2,5 milyard dollar tələb olunur


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.