Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

İranın separatizmi dəstək siyasəti davam edir


 

İslam Respublikası Ermənistanı ağır durumdan çıxarmağın yollarını axtarır

İran işğalçı Ermənistana dəstəyini davam etdirir. Azərbaycanın 20 faizə yaxın ərazisinin Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq bu ölkəyə açıq şəkildə və ya dolayısıyla yardım edən İslam Respublikası indi də yeni bir layihə üzərində işləyir. Belə ki, yayılan xəbərlərdə yaxın vaxtlarda İran-Ermənistan dəmir yolu xəttinin inşasına başlanacağı bildirilir. Bu xəbəri Ermənistanın dövlət başçısı Serj Sərkisyan da təsdiqləyib. Ölkə jurnalistləri üçün keçirdiyi mətbuat konfransında Ermənistan prezidenti bildirib ki, artıq tərəflər sözügedən dəmir yolu xəttinin inşası ilə bağlı ilkin razılıq əldə ediblər. İşğalçı ölkənin dövlət başçısı İran-Ermənistan dəmir yolu xəttinin ölkəsini blokada şəraitindən çıxaracağına əmin olduğunu vurğulayıb. Layihənin icrası Ermənistanın İran vasitəsilə xaricə çıxışını təmin edəcək, İrəvanın Şərq ölkələri ilə əlaqələrini sürətləndirəcək. Serj Sərkisyanın sözlərinə görə, dəmir yolu xətti Ermənistanın Çinlə əlaqələrinin genişlənməsində müstəsna rol oynayacaq. Hazırda Ermənistanın dəmir yolu vasitəsilə yalnız Gürcüstanla əlaqələri mövcuddur ki, bu əlaqələr də işğalçı ölkə üçün kifayət etmir. Rusiyanın Gürcüstanla münasibətlərinin normal olmaması bu ölkədən Gürcüstan vasitəsilə Ermənistana müəyyən yüklərin daşınmasında mütəmadi olaraq problemlər yaradır ki, bu da Ermənistanın onsuz da ağır olan iqtisadi vəziyyətini bir qədər də çətinləşdirir. Ona görə də Ermənistan-İran dəmir yolu xəttinin çəkilişi işğalçı ölkə üçün göydəndüşmə ola bilər. Maraqlısı odur ki, sözügedən dəmir yolu xəttinin çəkilişi zamanı tələb edilən maliyyə vəsaitinin böyük bir hissəsini İran tərəfi öz üzərinə götürüb.
İranın işğalçı ölkəyə dəstəyi digər sahələrdə də özünü göstərir. Xəbərlərdən də aydın olduğu kimi Rusiya taxıl ixracına qadağa qoyduğu üçün Ermənistan İrandan buğda idxal etməyə başlayıb. Ermənistanın kənd tüsərrüfatı naziri Qerasim Alaverdiyan bildirib ki, İrandan ölkəsinə taxıl satışını "Monço Qrup" şirkəti həyata keçirir. Halbuki bir müddət əvvəl İran İslam Şurası Məclisinin Ərdəbildən olan deputatı, İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Seyid Kazım Musəvi yerli mətbuata verdiyi açıqlamada bildirmişdi ki, Ermənistan Azərbaycanın işğal etdiyi torpaqları azad etməyənə qədər Tehranın bu ölkəyə taxıl ixracından söhbət gedə bilməz. Ancaq göründüyü kimi proseslər heç də Musəvinin dediyi kimi cərəyan etmir və İran Ermənistanı ağır durumdan çıxarmaq üçün bütün vasitələrdən istifadə edir.
Bütün bunlar İranın Ermənistana yönəlik yardımlarının görünən tərəfləridir. İslam Respublikası eyni zamanda bəzi pərdəarxası məqamlarla da Ermənistana havadarlıq edir, işğalçı ölkə barədə müsbət imic formalaşdırmağa çalışır. Belə ki, İrana səfər edən əcnəbi turistlərə bu ölkədə fəaliyyət göstərən turizm şirkətləri işğal altında olan Azərbaycan ərazilərinin turistlərin istirahəti baxımından səmərəli məkan olduğunu bilgisini verir və Ermənistan vasitəsilə həmin ərazilərə səfər etməyi tövsiyyə edirlər. Düzdür, bu təbliğat qeyri-rəsmi şəkildə həyata keçirilsə də, reallıq ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü təhrif edilir.
Göründüyü kimi, yeri gəldi-gəlmədi İslam həmrəyliyi, sülh və təhlükəsizlikdən danışan İran öz hərəkətləri və məkrli addımları ilə bunun əksini ortaya qoyur. Azərbaycana dost və qardaş ölkə olduğunu bəyan etsə də, torpaqlarımızın 20 faizə yaxını işğal etmiş Ermənistanla sıx münasibətlər qurur, işğalçı ölkəni düşmüş olduğu çətin iqtisadi durumdan çıxarmağa çalışır. Bununla da açıq-aşkar separatizm və işğalçılığa bəraət qazandırdığını, bu meyilləri dəstəklədiyini sübuta yetirir.

Süleyman




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : İranın separatizmi dəstək siyasəti davam edir
Yazılma Tarixi : 01.09.2010
Xəbər Etiketləri : İranın separatizmi dəstək siyasəti davam edir
Oxunma Sayı : 295
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Ərdoğandan aravuranlara sərt sillə
Siyasi partiyalar haqqında qanun yenə gündəmdə
İranın nüvə obyektləri vurula bilər
Ocaqnejad Azərbaycan qanunlarına meydan oxuyur
"İslami İnkişaf modelini yaşatmağa gücü çatmayan İran Şimali Koreya inkişaf modelini seçməyə məcbur oldu"
Arif Hacılı İsa Qəmbərin başqanlıqdan getməsini istəyir


Son xəbərlər
 
  Yanacaqdoldurma məntəqəsində dava düşdü, sürücü döyüldü
 
 
  Ermənilər Rusiya Dumasının Fransa Senatı kimi olmasını istəyirlər
 
 
  9 prokurorluq işçisi vəzifədən, 4-ü isə orqandan xaric edilib
 
 
  Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 142 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
 
 
  Ötən il Penitensiar Xidmətin 35 əməkdaşı ədliyyə orqanlarından xaric edilib
 
 
  Oxuduqlarım, eşitdiklərim, gördüklərim...
 
 
  В Баку вновь ожидается метель
 
 
  Обезврежена группа преступников-наркоманов
 
 
  Оригинальный метод спасения животных от мороза
 
 
  Milli Məclis Gülüstan və Türkmənçay müqavilələrinə hüquqi qiymət verməlidir
 
 
  Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq
 
 
  Təhsil naziri özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların sənədlərinin yenidən araşdırılması barədə əmr imzalayıb
 
 
  Hərbiçilərə dövlət qulluqçusu statusu verilə bilər
 
 
  Əvvəlcədən doldurulmuş vergi bəyannamələri tətbiq olunacaq
 
 
  Uşaq problemlərinin günahı valideynlərdədir
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.