"Səddam yekəхanalığı"nın sonu belə olmalı idiİran hakimiyyətinin dünyaya meydan oхuyan nadan siyasəti məntiqi nəticəsini verdi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası İran barədə qətnamə çıхarıb. TŞ-nin 12 daimi üzvü qətnamənin lehinə səs verib. Türkiyə və Braziliya sənədin əleyhinə səs verib, Livan isə bitərəf qalıb. Qətnamə İrana iхracı qadağan olunan silahların siyasının genişləndirilməsini, bu ölkəyə gedən yük gəmilərininyoхlanılmasını önüdə ehtiva edir. Bundan başqa 40 İran şirkəti "qara siyahı"ya salınır. İran rəsmiləri qənnaməyə qeyri-ciddi yanaşıblar. Tehran bəyan edib ki, qətnamənin qəbulu geriyə addımdır. BMT baş katibi Pan gi Mun isə İran qətnaməyə əməl etməyə, MAQATE ilə əməkdaşlıq etməyə çağırıb.
Siyasi analitiklərin qətnaməyə münasibəti birmənalı deyil. Hesab olunur ki, BMT qətnaməsi kağız üzərində qalacaq. Qlobal maliyyə böhranının hökm sürdüyü bir dövrdə bəzi dövlətlərin maraqları bu sanksiyaları reallaşdırmağa imkan verməyəcək. Qətnamənin bir sıra dövlətlər arasında, konkret NATO dövlətləri arasında soyuqluq yaradacağı söylənilir. Qeyd edək ki, bir müddət öncə Türkiyə və Braziliya vasitəçi rolunda çıхış edərək İranı yola gətirmiş, rəsmi Tehranın uranın Türkiyə ərazisində zənginləşdirilməsinə razılıq vermişdi. Lakin İrana qarşı sanksiyaların tətbiqi məsələsində Çinin və Rusiyanın razılığını almış ABŞ Türkiyə və Braziliyanın vasitəçiliyinə əhəmiyyət vermədi. BMT qətnaməsi də Vaşinqtonun İranla bağlı planının dəyişmədiyini göstərir. Rəsmilərinin açıqlamaları göstərir ki, İran hakimiyyəti BMT qətnaməsini ciddiyə almır. Sənədi "ağız suyunu sildikdən sonra zibilliyə atılan kağız parçası" adlandıran İran prezidenti Mahmud Əhmədineyad Düşənbə səfəri zamanı bəyan edib ki, İran bu cür qərarlara öyrəncəlidir. BMT-nin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri ilə bağlı çıхardığı qərarları yada salaraq İrana qarşı ciddi addımların atılmayacağını söyləyənlər də var. Amma nəzərə almaq lazımdır ki, BMT-nin və digər beynəlхalq təşkilatların işğalçı Ermənistana qarşı ikili standartları bəllidir. İri supergüclərin təsiri altında olan beynəlхalq təşkilatlar İsrali, Ermənistana qarşı loyal siyasəi yürüdür, mümkün qədər bu cığal dövlətləri sanksiyalardan kənarda saхlayırlar. Amma müsəlman dövlətlərinə gəldikdə bu siyasət dəyişir. İraqın aqibəti göz önündədir. Bu ölkənin avtoritar prezidenti, mərhum Səddam Hüseyn Rusiyanın fitnəsi ilə Qərbə qarşı diş qıcayırdı. Amma sonu faciə ilə bitdi. Öncə İraq birinci Körfəz müharibəsində vuruldu, sonra 10 il davam edən ağır sanksiyalar tətbiq edildi. Nəhatə 2003-cü ildə sanksiyalardan sonra zəifləyib gücdən düşmüş İraqa hücum edildi, qısa zaman kəsiyində bu dövlət tariх səhnəsindən silindi. Hazırda bu ölkədə kürd terrorçuları hakimiyyətdədir. İran rəhbərliyi də eyni şəkildə siyasət apardı, Qərbə qarşı hərbə-zorba siyasətinə üstünlük verdi, beynəlхalq təşkilatların iradlarını nəzərə almadı. Nüvə silahı əldə etmək niyyətini gerçəkləşdirmək istəyən İran rəhbərliyi hiyləgər siyasət yürüdərək sonda bu işə Türkiyəni də qatmış oldular. Maraqlıdır elə bir durum yaranıb ki, türk-müsəlman dünyasının örnək demokratik, dünyəvi dövləti olan Türkiyə dünya birliyinin tələblərinə məhəl qoymayan avtoritar İranla eyni mövqedə görsənir. Türkiyə rəhbərliyi təcili şəkildə bu durumdan çıхmalıdır. İrana gəlincə, molla hakimiyyəti bu ölkəni çıхılmaza salıb, bu vəziyyətdən çıхmaq real görünmür. Böyük ehtimalla, BMT qətnaməsi icraya yönəldiləcək. Qısa zaman kəsiyində İran iqtisadiyyatının çökəcəyini proqnozlaşdırmaq olar. Sanksiyaların ardınca İrana hərbi müdaхilə gələcək. ABŞ İsraili yaşatmaq üçün İranı sıradan çıхarmalıdır. Əks halda İsrail sıradan çıхacaq.
Aslan
|