Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Kənd təsərrüfatı sahəsində vahid qurumun yaradılması real görünmür


 

Vüqar Bayramov: "Kənd Təsərrüfatı Nazirliyinin statusunun dəyişdirilməsi müzakirə edilə bilər"

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev Azərbaycanda bu sahənin daha da inkişaf etdirilməsi və kənd təsərrüfatı məhsullarının qiymətlərinin aşağı salınması məqsədilə ölkədə Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin yaradılması təklifi ilə çıxış edib. Şöbə müdiri eyni zamanda, qeyd edib ki, fermerlərin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının paytaxt bazarlarına çıxarılması üçün "Azərsatıştədarük" adlı yeni qurumun yardılmasına ehtyac var. İqtisadçı ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib ki, hazırki şəraitdə kənd təsərrüfatına aid strukturların vahid qurum altında birləşdirilməsi bir o qədər də səmərəli deyil. Çünki kənd təsərrüfatı sahəsini tənzimləyən elə qurumlar var ki, onlar müxtəlif dövlət orqanlarının nəzdində fəaliyyət göstərirlər. Təbii ki, onların bir nazirliyin tabeliyindən çıxarılıb digərinin tabeliyinə verilməsi müəyyən problemlər yarada bilər. Belə halda kənd təsərrüfatı sahəsini inkişaf etdirmək üçün bu sahənin fəaliyyətinə məsul olan qurumların koordinasiyasına ehtiyac var. Bütün hallarda indiki halda Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin yaradılması faktiki olaraq mümkün deyil: "Nəzərə almaq lazımdır ki, ərzaq məhsullarının istehsalı və bazara çatdırılması, eləcə də kənd təsərrüfatı məhsullarının istehsalı birbaşa fermerlərin öz sərəncamlarında olan məsələdir. Fermer özü konkret olaraq müəyyən edir ki, hansı məhsulu istehsal etsin və onu hansı qiymətlə, hansı bazarda satışa çıxarsın. Ümumilikdə fermer bazarın tələbindən asılı olaraq məhsula hansı qiyməti qoymaq barədə qərar vermək hüququna malikdir. Belə halda yeni yaradılacaq qurumun sadalanan sahələr üzrə hansı töhvə verəcəyi qeyri-müəyyən qalır.  Kənd Təsərrüfatı Nazirliyi daha çox ölkədə ərzaq təhlükəsizliyinin formalaşmasından asılı olan bir qurumdur. Belə halda bu nazirliyin ərzaq təhlükəsizliyinin formalaşması üçün buğda və taxıla olan tələbatın yerli istehsal hesabına ödənilməsini təmin etməsi daha önəmlidir. Məlumdur ki, ölkədə Dövlət Taxıl Fondu yaradılıb və Fövqəladə Hallar Nazirliyinin tabeçiliyində fəaliyyət göstərir və bu fond praktik olaraq taxıla olan tələbatın ödənilməsində xüsusi rol oynayır. Baxmayaraq ki, 2009-cu ildə taxılın alınması ilə bağlı müəyyən problemlər var idi və bu problemlər taxılın keyfiyyət standartları ilə bağlı idisə, bu gün həmin fondun fəaliyyəti kifayət qədər qənaətbəxşdir və hesab etmirəm ki, Dövlət Taxıl Fondunun Fövqəladə Hallar Nazirliyinin tabeliyindən çıxarılıb yeni yaradılacaq quruma verilməsi daha məqsədəuyğundur". Ekspertin fikrincə, yeni qurumun yaradılmasındansa, hazırda kənd təsərrüfatı sahəsinin inkişafına məsul olan strukturların öz funksiyalarının yerinə yetrilməsinə tələbatın artırılması daha yaxşı olardı. Ölkə prezidentinin biznes fəaliyyətinə yersiz müdaxilələrin aradan qaldırılması ilə bağlı fərmanı olub. Həmin fərmanda eyni zamanda, fermerlərə olan yersiz müdaxilələlərin aradan qaldırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub. Belə halda yaxşı olardı ki, mövcud qanunvericiliyə və prezidentin göstərişinə uyğun olaraq kənd təsərrüfatının fəaliyyətini stimullaşdıran tədbirlər həyata keçirilsin. Eləcə də fermerlərin paytaxt bazarlarına maneəsiz məhsul çatdırmasını təmin etmək daha məqsədəuyğun olardı: "İndiki halda yeni qurumun yaradılması, onun status və funksiyalarını müəyyən etmək kifayət qədər çətinlik yaradacaq ki, bununla həmin qurumun idarəetmə problemi olacaq. Ona görə də yeni qurumun yaradılmasından daha çox kənd təsərrüfatına məsul qurumların öz funksiyalarının düzgün yerinə yetirilməsini təmin etmək daha sərfəlidir".   V.Bayramovun sözlərinə görə, hər bir yeni qurumun yaradılması yeni müdaxilə deməkdir. Bu müdaxilənin qanuni və ya qanunsuz olmasından asılı olmayaraq hər bir müdaxilə fermerlərin fəaliyyətinə mənfi təsir göstərir. Bu gün fermerlərin məhsullarının bazara çıxarılması üçün yeni qurumun yaradılmasına ehtiyac yoxdur: "Aydındır ki, hazırda fermerlərin  paytaxt bazarlarına sərbəst çıxmaq imkanı məhduddur. Ancaq buna nəzarət Kənd Təsərrüfatı deyil, İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətində olan məsələdir. İş adamları və fermerlərin paytaxt bazarlarına çıxışında süni maneələr varsa, inhisarçılıq buna mane olursa, belə halların aradan qaldırılmasına məsul olan qurum İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Departamentidir. Bu qurum birbaşa süni maneələrin aradan qaldırılmasına məsul edilib. Deməli, praktik olaraq sadalanan məsuliyyət və funksiyalar artıq İqtisadi İnkişaf Nazirliyində cəmləşib. Qalır bu nazirliyin fermerlərin və regionlarda fəaliyyət göstərən sahibkarların paytaxt bazarlarına çıxışının təmin etməsi. Burada söhbət yalnız məhsulların paytaxt bazarlarına çıxışını təmin edilməsindən deyil, eyni zamanda ölkəyə gətirilən kənd təsərrüfatı və ərzaq məhsulları üzərindəki inhisarın aradan qaldırılmasından gedir. Hesablamalar göstərir ki, əgər fermerlərin paytaxt bazarlarına çıxışı, xaricdən məhsul gətirilməsi zamanı mövcud olan inhisarı aradan qaldırmaqla ölkədə kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətini ən azı iki dəfə aşağı salmaq mümkündür. İnhisarın aradan qaldırılması üçün Azərbaycanda siyasi iradə mövcuddur. Çünki dövlət başçısı dəfələrlə inhisarın aradan qaldırılması ilə bağlı göstərişlər verib. İndi həmin siyasi iradənin icra qurumları tərəfindən yerinə yetirilməsinə ehtiyac var. Əks halda yeni qurumun yaradılması inhisarçılığın aradan qaldırılmasında heç bir rol oynaya bilməyəcək. Onun bildirdiyinə görə, bütün hallarda kənd təsərrüfatı sahəsində mövcud olan qurumların vahid struktur altında birləşdirilməsi olduqca çətin prosesdir. Belə halda Kənd Təsərrüfatı Nazirliyinin özünün funksiyasının, statusunun və  strukturunun dəyişdirilməsi müzakirə predmeti ola bilər, ancaq bütövlükdə kənd təsərrüfatı sahəsində mövcud olan qurumların vahid qurum altında birləşməsi indiki halda real görsənmir.

Alim




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Kənd təsərrüfatı sahəsində vahid qurumun yaradılması real görünmür
Yazılma Tarixi : 24.08.2010
Xəbər Etiketləri : Kənd təsərrüfatı sahəsində vahid qurumun yaradılması real görünmür
Oxunma Sayı : 352
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Ukrayna: Rusiya Avropaya nəql olunan qazın həcmini azaldıb
Əmanətlərin qaytarılmasına ümidlər tükənir
“Azərbaycan xarici şirkətlər üçün cəlbedici ölkədir”
Sovet əmanətləri qaytarılacaq
510 kiloqram yararsız mal məhv edildi
Sovet əmanətlərinin geri qaytarılması üçün təxminən 2,5 milyard dollar tələb olunur


Son xəbərlər
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
 
  Dövlət orqanları bələdiyyələrin sənədlərini qəbul etmir
 
 
  Türkiyə Baş Qərargahının rəisi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
 
 
  Həbs yerlərində saxlanılanların hüquqlarının qorunması ilə bağlı qanun layihəsi müzakirə olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.