Mayın 24-də ETTELAAT qüvvələri tərəfindən Kərəc şəhərində həbs edilmiş Güney Azərbaycan Milli Hərəkatının fəalı Lətif Həsənli hələ də həbsdədir. GAMOH-un Quzey Azərbaycan təmsilçisi Ağrı Qaradağlının "OLAYLAR"a verdiyi məlumata görə, əmniyyət qüvvələri həbs edildikdən sonra Lətif Həsənlinin evində axtarış keçirib və hərəkatçıya aid kitabları, CD-ləri aparıblar. Qeyd edək ki, şəhər şurası seçkilərində namizədliyi rejim tərəfindən əngəllənmiş Lətif bəy Kərəcdə böyük nüfuza malikdir. Beynəlxalq hüquq üzrə doktor olan Lətif bəy ali məktəbdə dərs deyirdi.
Xəbər Məlumatları
Rəy Bildir
Rəylər
Xəbər Başlığı :
Kərəcli alim hələ də həbsdədir
Yazılma Tarixi :
27.05.2010
Xəbər Etiketləri :
Kərəcli alim hələ də həbsdədir
Oxunma Sayı :
473
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Milli Hərəkatçı Rza Əbrinin məhkəməsi olub
“And ola Səttərxana, od vurarıq Tehrana”
Urmuda voleybol müsabiqəsi zamanı milli şüarlar səsləndirilib