Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Binalar tikilir, amma keyfiyyətə fikir verən yoxdur


Emil Axundov: "Tikintidə 1 faiz əl əməyindən istifadə oluna bilər"

Paytaxtın hər yerində hündür tikilən binalar var. Hətta hündür, təpəlik yerlərdə də göydələnlər tikilir. Təbii ki, məqsəd əhalinin qayğısına qalmaq yox, yaxşı qazanc əldə etməkdir. Amma zəlzələlərin ölkələri hansı günə saldığını görən sahibkar da tikdirdiyi binaların halallığını əldə etməlidir. Respublikanın əməkdar inşaatçısı Emil Axundovun sözlərinə görə, bina tikiləndə mütləq iki şərtə əməl olunmalıdır. Birincisi hansı materialdan istifadə olunmasından asılı olmayaraq, binaların tikilməsində mütləq texnikadan istifadə olunmalıdır. Belə ki, əl əməyindən çox cüzi-cəmi 1 faiz istifadə olunmalıdır. Texnika ilə tikilən evlərin zəlzələyə davamlılıq göstəricisi də yüksək olur. E.Axundovun sözlərinə görə, tikintidə ikinci əsas şərt şaxtanı, nəmişliyi buraxmayan materiallardan istifadə olunmasıdır: "Bakının ən böyük problemi küləkli, nəmişlik havadır. Sahibkar, tikintini həyata keçirən mühəndis mütləq bunları nəzərə almalıdır. Əsas şərtlərdən biri karkasların aralarının doldurulması ilə bağlıdır. Karkas aralarını doldurmaq üçün həddən artıq çox daş və yaxud kərpic tələb olunur. Halbuki Sumqayıtda istehsal oluanan polimerdən bu məqsədlə istifadə etmək olar. Çox davamlı və keyfiyyətli olar". E.Axundov onu da bildirdi ki, hazırda o Fransa və Rusiyanın Sankt-Peterburq şəhərləri ilə danışıqlar aparır və yaxın zamanlarda Bakıda dəmir və beton hissələri hazırlayan zavod yaratmaq istəyir. Əməkdar inşaatçının sözlərinə görə, hazırda tikilən binalar heç malalanmadan əhaliyə təqdim olunur ki, bu da yolverilməzdir. Tikintini aparan sahibkar özü bütün işləri həyata keçirməlidir. İstehlakçıya mənzillərin hazır menuyusu təqdim olunmalıdır: "Hazırda çox böyük 300-400 kv/metrlik mənzillərr tikilir. Əhali isə buna ala bilmir. Tikilən binaların 99 faizini fərdi binalar təşkil edir. Binaların keyfiyyətli tikintisinə sahibkarla yanaşı, hökumət də nəzarət etməlidir. İndi Bakıda 300 minə yaxın ailə mənzil gözləyir. Bu səbəblərdəndir ki, onlar evlə təmin olunmur". Paytaxtın ərazisinin seysmik zona olduğunu deyən inşaatçı zəlzələyə davamlı evlərin tikilməsinin vacib olduğunu da bildirdi. Onun sözlərinə görə, hazırda Bakıda 2000 bina tikilirsə, onlardan yalnız 10-15 binaya, o da bitərəf şəkildə təminat vermək mümkündür. Müsahibimizin fikrincə, bütün bu işlərin tənzimlənməsi üçün Şəhərsalma Məcəlləsinin tətbiqi də mütləqdir.  E.Axundov mənzillərin satılması məsələsinə də toxundu və bildirdi ki, ipotekalar uzunmüddətli 25-30 ilə veriliməlidir. Kreditin verilməsində mütləq nəsildən nəsilə keçmə qaydası tətbiq olunmalıdır.




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Binalar tikilir, amma keyfiyyətə fikir verən yoxdur
Yazılma Tarixi : 10.03.2010
Xəbər Etiketləri : Binalar tikilir, amma keyfiyyətə fikir verən yoxdur
Oxunma Sayı : 596
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
"İynə"
“İynə”
"İynə"
"İynə"
“İynə”
“İynə”


Son xəbərlər
 
  Yanacaqdoldurma məntəqəsində dava düşdü, sürücü döyüldü
 
 
  Ermənilər Rusiya Dumasının Fransa Senatı kimi olmasını istəyirlər
 
 
  9 prokurorluq işçisi vəzifədən, 4-ü isə orqandan xaric edilib
 
 
  Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 142 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
 
 
  Ötən il Penitensiar Xidmətin 35 əməkdaşı ədliyyə orqanlarından xaric edilib
 
 
  Oxuduqlarım, eşitdiklərim, gördüklərim...
 
 
  В Баку вновь ожидается метель
 
 
  Обезврежена группа преступников-наркоманов
 
 
  Оригинальный метод спасения животных от мороза
 
 
  Milli Məclis Gülüstan və Türkmənçay müqavilələrinə hüquqi qiymət verməlidir
 
 
  Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq
 
 
  Təhsil naziri özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların sənədlərinin yenidən araşdırılması barədə əmr imzalayıb
 
 
  Hərbiçilərə dövlət qulluqçusu statusu verilə bilər
 
 
  Əvvəlcədən doldurulmuş vergi bəyannamələri tətbiq olunacaq
 
 
  Uşaq problemlərinin günahı valideynlərdədir
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.