«Biz Avropa Çempionatının seçmə mərhələsində Azərbaycan və Belçikaya qarşı matçlarda maksimum məqsədə nail olaraq, 6 xal qazanmalı və turnirə uğurla başlamalıyıq.”Bu sözləri sentyabr 7-də Kölndə Azərbaycan futbol yığmasını qəbul edəcək Almaniya millisinin üzvü Miroslav Kloze bildirib.Alman yığmasının forvardı xüsusi ilə vurğulayıb ki, rəqibləri qiymətləndirməmək yoverilməzdir.“Qələbə bizim üçün çox vacibdir, bununla belə bizi o qədər də zəif olmayan rəqiblərlə çətin oyunlar gözləyir”. Qrupdakı vəziyyətə gəlincə, Kloze bildirib: “Əlbətdə, Belçika, Türkiyə və Avstriya əsas rəqiblərimizdir. Bəziləri hesab edir ki, Qazaxıstan və Azərbaycan aşkar autsayderlərdir, amma onları qiymətləndirməmək qəti yolverilməzdir. Bunlar elə komandalardır ki, onları ciddiyə almasan, onlar sizin həyatınızı çətinləşdirə bilərlər.”
|