Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası 6 müraciəti araşdırıb


 

Sentyabrın 3-də Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri 6 müraciəti araşdıraraq müvafiq rəylər çıxarıblar. Əvvəlcə Ağdam rayonu Quzanlı qəsəbəsinin bir qrup sakininin “Qeyrət qalası” qəzeti ilə bağlı şikayətinə baxılıb. Komissiya həmin mətbu nəşrdə gedən bir sıra yazılarda açıq təhqirlərə yol verildiyini , bunların əsasən fərdi baxışlardan, münasibətlərdən qaynaqlandığını əsas götürərək “Qeyrət qalası” qəzetinə Mətbuat Şurası tərəfindən xəbərdarlıq edib.

İclasda üç kütləvi informasiya vasitəsinin adının MŞ-nin “qara siyahı”sına salınması üçün nə dərəcədə əsaslar olduğunun müəyyənləşdirilməsinin Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına həvalə edilməsi razılığına gəlinib. Bunlar “Vedi inform”, “Həftəlik Azərbaycan”, və “Azad yeni fikir” qəzetləridir.

Birinci nəşr barədə belə rəyə gəlinərkən Respublika Dəri-zöhrəvi Dispanserinin, Şəki Şəhər Qarışıq Tipli Uşaq Evinin şikayətləri, həmçinin digər amillər nəzərə alınıb. Digər iki qəzet barədə ölçü götürülərkən Göyçay rayon sakinləri Eldar Şıxəliyevin və İlkin Nəbiyevin müraciətlərindəki məqamlara istinad edilib.

İclasda “Cənub xəbərləri” qəzeti barədə müraciətlərlə əlaqədar iki rəy çıxarılıb. Komissiya Yardımlı Rayon Mədəniyyət Şöbəsinin bu mətbu nəşrlə bağlı şikayətini əsaslı saymayıb. Nəzərə alınıb ki, müraciətdə adı çəkilən qəzet əməkdaşının məhkəmə  hökmü ilə şöbənin tabeliyindəki əsas iş yerinə qaytarılması qarşı tərəfin iddiasını qüvvədən salır.

Masallı rayonundan bir qrup ziyalının müraciətinin müzakirəsi “Cənub xəbərləri”nə xəbərdarlıq olunması ilə yekunlaşıb. Nəşr rəhbərliyinə bildirilib ki, qəzetdə etik çərçivəyə sığmayan təhqiramiz fikir və ifadələrin işlədilməsi yolverilməz haldır. Bu KİV-də belə hallar qətiyyətlə aradan qaldırmalıdır.OLAYLAR




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası 6 müraciəti araşdırıb
Yazılma Tarixi : 03.09.2010
Xəbər Etiketləri : Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası 6 müraciəti araşdırıb
Oxunma Sayı : 239
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
“Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
«Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq


Son xəbərlər
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
 
  Dövlət orqanları bələdiyyələrin sənədlərini qəbul etmir
 
 
  Türkiyə Baş Qərargahının rəisi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
 
 
  Həbs yerlərində saxlanılanların hüquqlarının qorunması ilə bağlı qanun layihəsi müzakirə olunub
 
 
  Azərbaycanın 3 şəhəri xalq yaradıcılığı paytaxtı seçilib
 
 
  Kür çayı da dondu
 
 
  Sumqayıtın sabiq hərbi komissarının məhkəməsi başlayır
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.