Qaçaqmalçılar yaxalandı
Dövlət Gömrük Komitəsi bu ilin 6 ayı ərzində qarşısı alınan qaçaqmalçılıq halları ilə bağlı məlumat yayıb. “OLAYLAR”ın məlumatına görə bu barədə Dövlət Gömrük Komitəsinin rəsmi saytında məlumat yayılıb. Məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Bakı-İstanbul aviareysinin sərnişini Azərbaycan vətəndaşı Elbis Orucovaya məxsus çamadana baxış keçirilən zaman, çamadanda gömrük nəzarətindən gizlədilmiş 9 ədəd selofan bükülüdə ağ kristallar şəklində psixotrop maddə aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən, xalis çəkisi 2874,4 qram olan həmin psixotrop maddənin metamfetamin olduğu müəyyən edilib. Xaçmaz Gömrük İdarəsinin əməkdaşları tərəfindən "Bakı-Moskva" sərnişin qatarına keçirilmiş gömrük baxışı zamanı, həmin qatarın sərnişini Azərbaycan vətəndaşı Südabə İgidəliyevaya məxsus əl çantasının içindən 6 ədəd polietilen paketə bükülmüş bağlamada təqribi çəkisi 5 kq 926 qram tünd qara rəngli narkotik vasitə - həşişə oxşar maddə aşkar olunaraq götürülüb."Yalama" gömrük postunun əməkdaşları tərəfindən "Bakı-Sankt-Peterburq" qatarı yoxlanılarkən, həmin qatarın sərnişini Azərbaycan vətəndaşı Aqşin Tağıyevin yerləşdiyi yerin oturacağının altında 6 ədəd polietilen paketə qablaşdırılmış, xalis çəkisi 6 kq 080 qram olan narkotik vasitə - həşiş qətranı aşkar olunub. Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Fərman İmanovun idarə etdiyi “Opel-Astra” markalı, MWN-806 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə "Sınıq-körpü" gömrük postunda gömrük baxışı zamanı, həmin nəqliyyat vasitəsinin slonunda gömrük nəzarətindən gizlədilmiş şəkildə, polietilenə bükülmüş 2.392.850 rus publu və 1.770 Azərbaycan manatı aşkar olunaraq götürülüb. Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Zaur Məmmədovun idarə etdiyi “QAZ-2101” markalı, 35BE833 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə "Sınıq-körpü" gömrük postunda gömrük nəzarəti keçirilən zaman, həmin nəqliyyat vasitəsində xüsusi düzəldilmiş yerdən - gömrük nəzarətindən gizlədilmiş şəkildə 10 ədəd "Samsunq C5212", 3 ədəd "6700", 1 ədəd "Nokia 6300", 1 ədəd "Vertice V20" və 1 ədəd "Vertice V280" markalı mobil telefonlar (aksesuarları ilə birlikdə) aşkar edilərək saxlanılıb. "Sınıq-körpü" gömrük postunun və Tovuz Gömrük İdarəsi Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinin əməkdaşlarının birgə əməliyyat tədbiri nəticəsində, Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Samir Əliyevin idarə etdiyi "Opel-Vektra" markalı, 10SU775 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə sözügedən gömrük postunda gömrük nəzarəti zamanı, həmin nəqliyyat vasitəsində, gömrük nəzarətindən gizlədilmiş şəkildə Çin istehsalı olan 30 ədəd "Vertice 6700", 20 ədəd "Dorado F35", 5 ədəd "Nokia E71" və 5 ədəd "Vertice VB51" markalı mobil telefonlar, 49 ədəd adaptor, 33 ədəd qulaqcıq, 30 ədəd USB kabelləri aşkar olunaraq götürülüb. Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Orxan Xanlarovun üzərində şəxsi yoxlama zamanı gömrük nəzarətindən gizlədilmiş, xalis çəkisi 15,520 qram olan narkotik vasitə - heroin aşkar edilib Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Azad Səfərovun əl yüklərinə baxış zamanı, ona məxsus əl çantasından gömrük nəzarətindən gizlədilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırlan narkotik vasitələr"in II siyahısına daxil olan 6 ədəd konvalyutda, cəmi 59 ədəd "Methadone 20" adlı həb (təsiredici maddəsinin ümumi miqdarı 1,18 qram) və hər birində 10 ədəd həb olmaqla, 10 konvalyut "Tramadol HCL Tablets 100 mq" adlı dərman preparatları aşkar edilərək götürülüb. Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına sərnişin daşıyan, THR-80336 dövlət nömrə nişanlı sərnişin avtobusuna xidməti itin tətbiqi ilə gömrük nəzarəti zamanı, avtobusun salonunda olan əl çantalarından biri şübhə doğurmuşdur. Avtobusun sərnişini İran vətəndaşı Ahmad Najafpoora məxsus həmin çantadakı xurma dolu qutunun içərisindən gömrük nəzarətindən gizlədilmiş, xalis çəkisi 11,15 qram olan narkotik vasitə - tiryək aşkar edilib. İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Kamran Məmmədov Astara Gömrük İdarəsinin sərnişin şöbəsində gömrük nəzarətindən keçərkən, onun üzərində şəxsi yoxlama aparılmışdır. Bu zaman tibbi müayinə nəticəsində, K.Məmmədovun mədəsində selofana bükülmüş 1 ədəd bağlamada, ümumi xalis çəkisi 1,410 qram, düz bağırsağından isə yapışqanlı lentlə sarınmış 1 ədəd bağlamada, ümumi xalis çəkisi 32,590 qram olmaqla, cəmi 34 qram narkotik vasitə - heroin aşkar olunaraq götürülüb. Astara Gömrük İdarəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə əməliyyat-axtarış tədbiri nəticəsində, Azərbaycan vətəndaşı Asif Hüseynov İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələrkən, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində onun üzərində şəxsi yoxlama aparılmışdır. Bu zaman A.Hüseynovun alt paltarında selofan paketin içərisində 1 ədəd böyük və 6 ədəd kiçik bağlamada, ümumi xalis çəkisi 99,651 qram narkotik vasitə - heroin və 1 ədəd kiçik bağlamada, ümumi xalis çəkisi 0,854 qram metamfetamin aşkar edilib.
İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi "Hovo" markalı, İR41923/4 nömrəli yük maşını ilə gələn İran vətəndaşı Məhəmməd Teymuri Astara Gömrük İdarəsinin "Avro Mobile Vacis" yük yoxlama sistemi bölməsində gömrük nəzarətindən keçərkən, ona məxsus 1 ədəd bağlamanın içərisində qara rəngli, xalis çəkisi 82 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülmüşdür.
Bütün faktlarla bağlı təhqiqat aparılır.
Xəbər Məlumatları
Rəy Bildir
Rəylər
Xəbər Başlığı :
DGK külli miqdarda narkotika aşkarladı
Yazılma Tarixi :
09.08.2010
Xəbər Etiketləri :
DGK külli miqdarda narkotika aşkarladı
Oxunma Sayı :
338
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Bakıda narkomanlardan ibarət quldur qəstəsi zərərsizləşdirildi
Abşeronda “Kamaz” minik maşınını tapdaladı
Azərbaycanın İranla sərhəd ərazisində avtomobildən 8 kiloqrama yaxın narkotik vasitə götürülüb
Bakıda iki bacını vurub öldürən sürücü 5 il cəza aldı