Oğul 71 yaşlı atasını xüsusi amansızlıqla öldürdü
Kürdəmir rayonunda dəhşətli qətl hadisəci baş verib. Hadisə nəticəsində 71 yaşlı ata doğma oğlu tərəfindən qətlə yetirilib. Bu barədə məlumatı "OLAYLAR"a Baş Prokurorluğun mətbuat xidmətindən veriblər. Hadisə avqustun 25-də baş verib. Gecə saat 00:10 radələrində Kürdəmir rayonunun Muradxan kənd sakini, 1977-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ruslan Abdullayev yaşadığı evin qarşısında atası, 1939-cu il təvəllüdlü İnqilab Abdullayevi bıçaqlayıb. Ata kürək nayihəsindən aldığı bıçaq zərbəsindən hadisə yerindəcə keçinib. Hadisə yerinə gələn rayon hüquq mühafizə orqanları əməkdaşları hadisə yerinin ekspertizasını keçirib. Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ruslan Abdullayev həmin gün saat 06:00 radələrində saxlanılaraq istintaqa təhvil verilib.
|