Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Azərbaycanın Lənkəran rayonunda baş vermiş silahlı insidentlə bağlı axtarışda olan şəxslərin adları açıqlanıb


 

 Lənkəranda baş vermiş silahlı insidentlə bağlı axtarışda olan şəxslərin adları açıqlanıb. Rayon Polis Şöbəsindən verilən məlumata görə, bunlar Masallı rayon sakinləri Zamin Sadıqov, Elvin Mirzəyev, Arif Feyzullayev, Orxan Dəyyazov, Sadiq Həsənov və Lənkəran rayon sakini Emin Bəşirovdur. Hazırda adıçəkilən şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyi (DİN) də insidentlə bağlı məlumat yayıb Məlumata görə, sentyabrın 3-də saat 00.15 radələrində Lənkəran şəhərinin Qumbaşı kəndi ərazisində, "VAZ-2107" markalı avtomaşında olan naməlum şəxslər odlu silahdan atəş açaraq kənd sakinləri Elşən Hüseynovu qətlə yetirib, Ramin Ağamoğlanova isə xəsarət yetiriblər. R.Ağamoğlanov xəstəxanaya yerləşdirilib. Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törədilməsində şübhəli bilinən Masallı rayon sakinləri Emil Bağırov və Ramil Hümmətov tutulub, digərlərinin də tutulması üçün ŞRPŞ əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.Qeyd edək ki, məlum hadisə sentyabrın 3-də saat 00.15 radələrində Lənkəran rayonunun Qumbaşı kəndi ərazisində qeydə alınıb. Masallı rayonu istiqamətindən bir neçə minik maşınında gələn silahlı şəxslər Qumbaşı kənd məscidinin qarşısına toplaşmış yerli sakinlərə “Vinçester” markalı silahdan atəş açıblar. Atəş nəticəsində kənd sakini, 1969-cu il təvəllüdlü Elşən Əliməmməd oğlu Hüseynov qətlə yetirilib. Digər kənd sakini, 1985-ci il təvəllüdlü Ramin Baloğlan oğlu Ağamalıyev isə döş qəfəsindən aldığı güllə yarası ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. MRX-nin növbətçi həkimi Telman Xurşudov APA-nın yerli bürosuna müvafiq tibbi yardımlardan sonra yaralının vəziyyətinin hazırda qənaətbəxş olduğunu bildirib.Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisə iştirakçılarından ikisi -Masallı sakinləri Ramil İlham oğlu Hümbətov və Emin Bağırov saxlanılıb.Lənkəran rayon prokuroru Ramiz Nəbiyev isə APA-ya açıqlamasında hadisənin dini zəmində baş verməsi barədə yayılmış şayiələri qəti inkar edərək, hazırda faktla bağlı istintaq tədbirlərinin davam etdirildiyini qeyd edib: “Hadisə Qumbaşı kənd məscidinin yaxınlığında baş verib. Bir qrup Masallı sakini yığışıb gələrək orda şəxsi münasibətlər zəminində insident yaradıb. Hazırda tərəfimizdən hadisə şahidlərinin dindirilməsi həyata keçirilir”.




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Azərbaycanın Lənkəran rayonunda baş vermiş silahlı insidentlə bağlı axtarışda olan şəxslərin adları açıqlanıb
Yazılma Tarixi : 03.09.2010
Xəbər Etiketləri : Azərbaycanın Lənkəran rayonunda baş vermiş silahlı insidentlə bağlı axtarışda olan şəxslərin adları açıqlanıb
Oxunma Sayı : 284
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
“Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
«Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.