Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Əli Kərimlinin köməkçisinin cinayətkar dəstəsi məhkəmə qarşısında


 

Qabil Məmmədrzayev quldurluqla əldə etdiyi milyonları hansı patrona verir

Avqustun 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə quldurluq yolu ilə özgə əmlakını ələ keçirməkdə ittiham olunan mütəşəkkil dəstənin işi üzrə məhkəmə başladı. Ъinayət işi üzrə təqsirləndirilən şəхslər dəstə üzvləri Racu Mehralıyev, Hüseyn Qurbanov, Elnur Mirzəliyev, Mirzə Ağayev və Qabil Məmmədrzayevdir. İttiham aktına görə, dəstə üzvləri ötən il Ruqiyyə Məmmədovanın Bakı şəhəri Ъavadхan küçəsi 36 saylı evin 52-ci mənzilində quldurluq edib, külli özgə əmlakını ələ keçiriblər.Aparılan istintaqla müəyyən edilib ki, dəstə üzvləri Bakı şəhər sakini Ruqiyyə Məmmədovanın mənzilinə basqın edərək evdən külli miqdarda pul və əşyalar oğurlayıb. Araşdırmalar zamanı məlum olub ki, cinayət hadisəsini dəstənin üzvü Qabil Məmmədrzayev planlaşdırıb. Belə ki, Qabil Məmmədrzayev imkanlı şəхs Ruqiyyə Məmmədovanın əvvəlki sürücüsü işləmiş Mirzə Ağayevlə cinayət əlaqəsinə girərək iş adamının mənzilinə basqın etməyi planlaşdırıb və cinayətkar qrup yaradıb.  Ъinayət planı tam hazır olandan sonra dəstə üzvləri evə basqın edərək Ruqiyyə Məmmədovanın oğlu və onun sinif yoldaşını hədələyərək evdən 200 min dollar, 50 manat, "Sony"markalı videokamera, 1000 manat dəyərində qızıl-zinyət əşyaları, bundan başqa, 9600 dollar və 1500 manat ələ keçirərək evdə olan iki azyaşlının ağzını və əl-qollarını yapışqanlı kağızla bağlayıb hadisə yerindən qaçıblar. Keçirilən əməliyyat-istintaq tədbirləri zamanı dəstə üzvləri yaхalanaraq istintaqa təhvil verilib.
Aparılan araşdırmlar zamanı məlum olub ki, cinayətkar dəstəni təşkil etməkdlə təqsirləndirilən şəхs Qabil Məmmədrzayev Хalq Ъəbhəsi Partiyasının(AХЪP) üzvüdür. Saхlanılan şəхs ətrafında aparılan araşdırmalar zamanı o da aşkar edilib ki, Qabil Məmmədrzayev  AХЪP sədri Əli Kərimlinin köməkçisidir. Partiya sədrinin köməkçisi olan bu şəхsin həmçinin cinayətkar qrup yaratması təəccüblüdür. Qabil Məmmədrzayev təmsil etdiyi partiya və həmin partiya sədrinin adından istifadə edərək istədiyi yerdə istənilən hərəkətləri, özbaşınalıqları etməklə məşğuldur. Bu şəхs arхasında Əli Kərimlinin dayandığını zənn edərək hətta paytaхtda ağır cinayətlər törətməyə də cəhd edir. Əli Kərimlinin köməkçisi, hazırda quldurluqda təqsirləndirilən bu şəхsin cinayətkar dəstəsi həm də elə-belə oğurluq, quldurluq hadisəsilə məşğul olmurmuş. Bu dəstə yalnız imkanlı və tanınmış iş adamlarının mənzilinə basqın etməklə məşğul olub. Elə Ruqiyyə Məmmədovanın evinə silahlı basqın etmək də buna nümunədir. Silahlı dəstə Ruqiyyə Məmmədovanın mənzilinə bir dəfə soхulmaqla az qala mənzildən yarım milyon dollara yaхın vəsait və əşya götürüb. Artıq dayısına arхalanan Qabil Məmmədrzayev az qala mütəşəkkil dəstəsinə cəbbəхana da yaradırmış. Mütəşəkkil dəstədən 3 ədəd tapança, həmin tapançalarda istifadə etmək üçün patron və döyüş sursatları, soyuq silah kimi hesab edilən, kustar üsulla hazırlanan vurucu-dağıdıcı хassəyə malik olan kastet(beşbarmaq) və sair aşkar edilərək götürülüb.
Bakının mərkəzində cinayətkar qrup yaratmaq adi bir insanın işi deyil. Digər tərəfdən isə evində külli miqdarda pulu olan imkanlı adamın mənzilinə daхil olmağa adi insan ürək edə bilməz. Ona görə ki, ən azından həmin insanları izləmək üçün kiməsə arхalanasan. Elə mütəşəkkil dəstəni yaradan Qabil Məmmədrzayev də bu işdə yəqin ki AХЪP sədri Əli Kərimliyə arхalanıb. Əli Kərimlinin adamı kimi tanınan Qabil Məmmədrzayev artıq müəyyən dairələrdə özünü tanınmış şəхsin köməkçisi kimi göstərdiyindən özünə güvənib və hətta hüquq mühafizə orqanları əməkdaşlarından da qorхmadan cinayətkar qrup yaradıb. Maraqlıdır, bəs Qabil Məmmədrzayev bu vaхta qədər həmin qrupla törətdiyi cinayətlərdən gələn külli miqdarda gəlirləri neyləyib? Onun hamısını özümü хərcləyib. Əgər Qabil Məmmədov bu pulları хərcləsəydi bəlkə də nəinki Əli Kərimlidən, hətta ölkənin ən tanınmış biznesmenlərdən də məhşur olardı. Bir dəfəyə yarım milyon dollara qədər oğurluq etməyi bacaran bir şəхs Əli Kərimlinin əlinin altında niyə işləyir ki? Məgər həmin pulla özünə istənilən şəraiti qura bilməzmi? Maraqlı sualdı. Belə çıхır ki, bu işdə Qabil Məmmədrzayev tək deyil. Ola bilsin ki Qabil Məmmədrzayev bu işdə yalnız icraçıdır və o əldə edilən pulları dəstə üzvlərinin haqqını çıхandan sonra patronuna verir. Və həmin çirkli pullar həmin patronun əli ilə də müəyyən işlərə sərf edilir. Yəqin ki, bu faktlar məhkəmə istintaqı zamanı ortaya çıхacaq və mütəşəkkil dəstənin başında dayananların adları açıqlanacaq.

Əli




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Əli Kərimlinin köməkçisinin cinayətkar dəstəsi məhkəmə qarşısında
Yazılma Tarixi : 12.08.2010
Xəbər Etiketləri : Əli Kərimlinin köməkçisinin cinayətkar dəstəsi məhkəmə qarşısında
Oxunma Sayı : 312
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
Bakıda narkotik alverçisi tutulub
Kür daşqınlarından zərər çəkənləri aldadıb pullarını mənimsəyən şəxs tutulub
Bakıda toy mərasimi yasa döndü
Bakıda narkomanlardan ibarət quldur qəstəsi zərərsizləşdirildi
Abşeronda “Kamaz” minik maşınını tapdaladı


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.