Magistraturaya sənəd qəbulu gələn həftə başlanır
Aprelin 12-dən 19-dək qəbul aparılacaq
Aygün/"OLAYLAR"İA/Respublika ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulu başlayır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib ki, sənədlərin qəbulu internet vasitəsilə aprelin 12-dən 19-dək aparılacaq. Bakalavrlar TQDK-nın ödəmə kartını qurumun binasından, bütün şəhər və poçt şöbələrindən, eləcə də kredit kartı ödəməklə TQDK-nın internet saytından əldə edə bilərlər. Bakalvrlar ərizələrini təsdiq etdirmək üçün aprelin 12-dən 19-dək (bazar günü istisna olmaqla) Sənəd Qəbulu Komissiyasına müraciət etməlidirlər. Cari ilin məzunları "Bakalavrın elektron ərizəsi" formasını bitirdiyi ali təhsil müəsissəsində yaradılmış SQK-da, əvvəlki illərin məzunları isə ərizələrini ali təhsil müəssisələrində yaradılan SQK-lardan istənilən birində, ADA-ya daxil olmaq istəyən bakalavrlar isə ərizələrini TQDK-da yaradılan SQK-da təsdiq etdirə biləcəklər. Qəbul imtahanları iki mərhələdə keçiriləcək. İmtahanlar Bakı, Gəncə və Naxçıvan şəhərlərində aparılacaq. Qəbul imtahanlarının 1-ci mərhələsi mayın 2-də, 2-ci mərhələ isə iyunun 20-də baş tutacaq.("OLAYLAR"İA)