Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Medvedyevin Bakı səfəri nə vəd edir?


Moskva regionda daha çox iqtisadi maraqlarının təmin olunmasına çalışır

Sentyabrın 2-də Rusiya Federasiyasının prezidenti Dmitri Medvedyevin Azərbaycana səfəri nəzərdə tutulub. Səfər öncəsi bu ölkənin xarici işlər naziri Sergey Lavrov azərbaycanlı jurnalistlərlə keçirdiyi görüşdə bildirib ki, Kreml rəhbərinin Azərbaycana səfəri zamanı iki ölkə arasında dövlət sərhəddinə dair müqavilə və Samur çayının su resurslarının səmərəli istifadəsinə dair sənədin imzlanması gözlənilir. Dmitri Medvedyevin Bakı səfəri zamanı tərəflər həmçinin iqtisadi əməkdaşlıq və humanitar əlaqələrə dair məsələləri də müzakirə edəcəklər. Rusiya prezidentinin Azərbaycanın dövlət başçısı İlham Əliyevlə keçirəcəyi təkbətək görüşdə isə əsas müzakirə mövzusunun Dağlıq Qarabağ problemi və bu problemin həlli istiqamətində aparılan danışıqlar prosesinin mövcud vəziyyətinin olacağı bildirilir. Təsadüfi deyil ki, siyasi şərhçilər və ekspertlər də əsas diqqəti məhz bu məsələyə yönəldərək müəyyən ehtimallarla çıxış edirlər. Bildirilir ki, Rusiya Federasiyasının prezidenti Dmitri Medvedyevin Azərbaycan səfəri Dağlıq Qarabağ probleminin həllinə müəyyən mənada təkan verəcək və münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesində bir intensivlik müşahidə ediləcək. Ekspertlər Kreml rəhbərinin Ermənistandan sonra məhz Azərbaycana səfər etməsini də təsadüfi hesab etmirlər. Lakin bu ehtimalların əksini söyləyənlər də az deyil və Medvedyevin Azərbaycana səfərinin Dağlıq Qarabağ probleminin həllinə heç bir müsbət təsir göstərməyəcəyi iddiasını ilə çıxış edənlər kifayət qədər arqument də ortaya qoya bilirlər. Birinci arqument ondan ibarətdir ki, Rusiyanın bu günə qədər problemin həlli istiqamətində göstərdiyi səylər heç bir nəticə verməyib və ona görə də sıradan bir səfərin münaqişənin həllinə ciddi təsir göstərəcəyi inandrıcı görünmür. Rusiya Federasiyasının prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan dövlət başçılarının keçirmiş olduğu Moskva və Sankt-Peterburq görüşlərinin nəticəsizliyi belə deməyə əsas verir. Hətta prezidentlərin Moskva görüşündə tərəflər danışıqlar prosesinin davam etdirilməsi ilə bağlı sənədə də imza atmışdılar. Lakin sonradan Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe nümayiş etdirməsi danışıqlar prosesində müəyyən ləngimələrə səbəb oldu. Bunun qarşılığında isə prezidentlərin görüşünün təşəbbüskarı kimi çıxış edən Rusiya mövcud imkanlarından istifadə edərək Ermənistana konstruktiv mövqe nümayiş etdirmək üçün heç bir təsir göstərmədi. Halbuki Rusiya təkcə həmin görüşün təşəbbüskarı kimi deyil, eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Ermənistana müəyyən mənada təsir edə bilərdi.
İkinci arqument isə Rusiyanın açıq-aşkar Ermənistana dəstək nümayiş etdirməsi ilə bağlıdır. Azərbaycan tərəfi olaraq bunu Rusiya prezidentinin Ermənistan səfəri zamanı aydın şəkildə gördük. İstər Rusiya prezidentinin erməni həmkarı ilə keçirdiyi görüşdə Dağlıq Qarabağ probleminin hərb yolu ilə həlli mümkünsüzlüyü barədə açıqlaması, istərsə də Gümrədəki Rusiya hərbi bazasının müdətinin uzadılması barədə imzalanmış sənəd belə deməyə əsas verir. Həmin sənəddə 1995-ci il, 16 mart müqaviləsində olan bir bənd çıxarılıb. Həmin bənddə qeyd edilirdi ki, Rusiyanın Gümrüdəki hərbi bazası həm Moskvanın, həm də keçmiş SSRİ-nin sərhədləri xaricindən gələn təhlükələri qorumaq funksiyasını yerinə yetirir. Hazırkı protokolda isə "keçmiş SSRİ-nin xarici sərhədlərindən gələn təhlükədən qorumaq" ifadəsi "keçmiş SSRİ-nin daxilindən gələn təhlükələr" ifadəsi ilə əvəzlənib. Bu isə açıq-aşkar Kremlin Bakıya mesajıdır və Moskva bununla demək istəyir ki, Azərbaycan Dağlıq Qarabağ probleminin həlli məsələsində güc amilinə üstünlük versə Gümrüdəki hərbi bazalardan Ermənistanın müdafiəsi məqsədilə istifadə ediləcək. Bu isə Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin həllində ədalətli mövqe ortaya qoyacağına şübhə yaradır. Eyni zamanda Rusiyanın bu addımı Moskvanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi öitərəfliliyinə olan ümidləri də azaldır.
Bütün bunların fonunda Rusiya Federasiyasının prezidenti Dmitri Medvedyevin Azərbaycana səfərinin Dağlıq Qarabağ probleminin həllinə müsbət təsir göstərəcəyinə inanmaq sadəlövhlük olardı. Kreml rəhbərinin səfər proqramına nəzər salanda da, açıq-aşkar görünür ki, Moskvanın əsas iqtisadi maraqlar düşündürür və səfər çərçivəsində əsas müzakirə mövzuları məhz iqtisadi sahələri əhatə edəcək. Cənubi Qafqaz regionunda iqtisadi maraqlarının təmin olunmasına çalışan Rusiya üçün regiondakı münaqişələrin həlli arxa plandadır və şimal qonşumuz regional münaqişələrin həllində o qədər də maraqlı deyil.

Süleyman




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Medvedyevin Bakı səfəri nə vəd edir?
Yazılma Tarixi : 31.08.2010
Xəbər Etiketləri : Medvedyevin Bakı səfəri nə vəd edir?
Oxunma Sayı : 328
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
İrana qarşı müharibə ehtimalı yüksəlir
İran dövləti çıxılmaz durumda
Suriya rejimi azğınlaşır
Ermənistan laçınlı sultanlarının mülkündə otel tikdirib
Senatın qərarı Fransa Konstitusiyası ilə ziddiyyət təşkil edir
Rus müxalifəti Kremli lərzəyə saldı


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.