Arifə Hacıyeva saxta diplomu 12500 manata satarkən tutulub
Bakıda saxta universitet diplomu satan müəllimə həbs edilib. Bu barədə məlumatı "OLAYLAR"a Daxili İşlər Nazirliyindən veriblər. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakıda paytaxt sakini Orxan Nəbiyevə Qroznı Dövlət Neft İnstitutunu bitirməsi barədə saxta diplomu 12 min 500 manata satan iki nəfər yaxalanıb. Saxlanılan şəxslərin ətrafında aparılan araşdırmalar zamanı məlum olub ki, saxta diplomu satan şəxsin biri Dövlət Memarlıq və İnşaat Universitetinin müəlliməsi Arifə Hacıyevadır. Universitet müəlliməsi tanışı Lyudmila Məmmədova ilə əlbir olaraq saxta diplomu satmağa cəhd edib.
|