Xamis Muradov: "Yaxın 1-2 ildə kinostudiyanın təmirini görəcəyik"
C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası gələn il ola bilər ki, təmirə dayansın. Təmiri çoxdan gözlənilən və dəfələrlə təmir işinə start verilsə də iş dayandırılan kinostudiyanın təmiri hazırda "Nimzami" kinotetarından asılıdı. Bu kinotetarda təmir bitdikdən sonar kinosutdiyaya da bu nəsib ola iblər. Bu barədə "OLAYLAR"a kinostudiyanın rəhbəri Xamis Muradov məlumat verib: "Nizami kinoteatrı təmirdən çıxdıqdan sonra Mədəniyyət və Turizm Nazirliyinin bütün maddi və texniki gücü kinostudiyaya yönələcək. Mən inanıram ki, yaxın 1-2 il ərzində iknostudiyanın əsaslı təmirini görəcəyik. Amma hazırda bütün güc Nizami kinoteatrına yönəlib. İlin sonuna kimi bu iş bitməlidi. Kinostudiya isə öz işini davam edir. Hazırda 7-8, hətta 10 filmi çəkməyi çatdırırq".
|