Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən "Millətim" qəzetinin təsisçisi Ramiz Tağıyev və onun bacısı oğlu Akif Səfərovun işi üzrə məhkəmə prosesi başlanıb. Bu barədə məlumatı "OLAYLAR"a məhkəmədən veriblər. Prosesdə təqsirləndirilən şəxs Akif Səfərov ifadə verib və özünü ittihamlarda təqsirli bilməyib. Akif Səfərov aldadılaraq sənədlərə qol çəkdirildiyini və təzyiqlərə məruz qaldığını bildirib. O bildirib ki, "Millətim" qəzetində hansısa yazı dərc edilib və qarşı tərəf buna görə onu şərləyib həbs etdirib. Proses avqustun 18-də davam etdiriləcək. Növbəti prosesdə "Millətim" qəzetinin təsisçisi Ramiz Tağıyev ifadə verəcək. Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcələsinin 178, 233-1, 192.2, 192.3, 312.2-ci maddəsilə ittiham olunurlar.
|