Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

“Musiqiyə aidiyyatı olmayan şəxslər öz bəstəkarlarımızı qırağa çəkilməyə məcbur etdilər”


Bəstəkar Cavanşir Quliyevin müsahibəsi - Cavanşir müəllim, Quzey Kıprısda işləriniz necə gedir? - Quzey Kıprıs qanunların işlədiyi ölkə olduğu üçün işlərim yaxşı gedir. Artıq beş ildir Yaxın Doğu Uiversitetinin səhnə sənətləri kafedrasının professoruyam. Bu kafedranın tələbələri gələcək aktyorlar olsa da, onların not bilgilərinə yiyələnmələrinə böyük diqqət ayrılır. Bütün Türkiyədə olduğu kimi, Quzey Kıprısda da ali təhsil çox yüksək səviyyədədir. Bunu sübut edən təkcə o faktı qeyd etmək kifayətdir ki, Boğaziçi, Bilkənt, Orta Doğu Texnik Universitetlərinin adları müxtəlif vaxtlarda dünyanın ən yaxşı 500 universitetinin siyahısına daxil edilib. Məsələn, Rusiyadan bu siyahıya bir dəfə yalnız Moskva Dövlət Universitetinin adı düşüb. Azərbaycandan isə hələ ki heç bir ali məktəb bu şərəfə nail olmayıb. - Müşahidələrinizi necə qiymətləndirirsiniz – orda Azərbaycan mədəniyyətini hansı səviyyədə tanıyırlar? - Əvvəla, mədəniyyəti, bu sahənin adamlarını digər kəslərdən ayırmaq düzgün deyil. İkincisi, internetin, digər texniki imkanların inkişaf etdiyi müasir dövrdə hamı çox məlumatlıdı. Əgər kimsə, hardasa bizim, deyək ki, müğənnilərimizi tanımırsa, deməli, ya biz ən yaxşı tərzdə tanıda bilməmişik, ya da bəyənməyiblər. Konkret olaraq Kipr barədə deyə bilərəm ki, əhalinin musiqimiz barədə məlumatı kifayət qədərdi. Sözsüz ki, birinci Rəşid Behbudovla Zeynəb Xanlarovanın adını çəkirlər. Halbuki onların hər biri Türkiyədə bir-iki dəfə konsert verib. İndi hər gün eşidirik ki, kimsə hardasa çıxış edib, amma onları tanıyan yoxdur. Deməli, bu konsertlər düzgün tərzdə və lazım olan yerlərdə təşkil edilmir. Populyar musiqi ifaçılarından yalnız Brilliantın adını çəkmək olar ki, öz səyləri sayəsində tanına biib. - Dediniz ki, tanımırlarsa, deməli tanıda bilməmişik. “Sarı gəlin”i Türkiyədə, Qara Qarayevi Rusiyada tanıtmağa ehtiyac varmı? - Musiqi əsərlərinin müəlliflik hüququnun başqa ölkələrdə tanınmasından ötrü dövlətlərarası saziş olmalıdı. Azərbaycanın heç bir ölkə ilə belə bir sazişi yoxdur. Bəli, həm Türkiyədə, həm də Azərbaycanda müəllif hüquqları üzrə qanunlar qüvvədədir, müxtəlif qurumlar fəaliyyət göstərir. Amma elə şəraitlər yaranır ki, belə qurumların səlahiyyətləri çərçivəsindən kənara çıxır. Bundan başqa Azərbaycan Müəllif Haqları Konvensiyasının üzvü olsa da, Türkiyə bu konvensiyaya üzv deyil. İki dövlət arasında birbaşa saziş olmaıdı. Saytınız vasitəsilə bəyan edirəm ki, bacardığım qədər belə hallarla mübarizə aparıram. Dəqiq deyə bilərəm ki, türklər hansısa musiqimizi anonim şəkildə təqdim edirlərsə, bunu bilərəkdən, düşünülmüş şəkildə etmirlər. Bəli, tez-tez olurdu ki, televiziyada ermənilər haqqında veriliş, süjet “Sarı gəlin”in melodiyasının fonunda gedirdi. Telekanallarların əməkdaşlarına iradımı bildirəndə görürdüm ki, bu məsələ onlar üçün önəm kəsb etmir. Türkiyə kimi ölkə üçün belə məsələlər prinsipial ola bilməz. Bizim belə hallara bu qədər həssas yanaşmağımızı anlamaq olar – itkilərimiz həddindən artıq çoxdur. Sadəcə, yeri düşdükcə insanları məlumatlandırmaq lazımdır ki, “Şur-Şahnaz” muğamı üstündə oxunan “Sarı gəlin”in qeyri-Azərbaycan melodiyası olmasından söhbət gedə bilməz. O ki qaldı Qarayevə, eşitmişəm, Rusiya televiziya və radiolarında onun müəllifliyi bəzən unudulur. Görünür, ona görə ki, teleradio şirkətlərində çoxlu sayda səlahiyyətli ermənilər çalışırlar. - Azərbaycanlılar da az deyil axı... - Yox, azərbaycanlılar o qədər də çox deyil. Olanlar da rəhbər vəzifədə deyillər. - Azərbaycanın musiqi mədəniyyətinin son dövrdəki mənzərəsi hansı notdadır? - Burda yaşamadığım üçün musiqi aləmindəki hadisələrdən xəbərim yoxdu. İnfomasiya vasitələrinə isə o qədər də etibar etmirəm. Düşünürəm ki, Azərbaycanın özünün daxili vəziyyəti necədirsə, incəsənəti də o cürdü. Bizim musiqi mədəniyyətimiz çox zəngindi. Biz yeganə ölkəyik ki, altı növ musiqi növünün hər birini inkişaf etdirə bilmişik. Həm muğam, həm aşıq musiqisi, həm rəqslərimiz, həm simfonik, həm caz, həm də estrada musiqisində ənənələrimiz və uğurlarımız var. Bunları yüzdə-yüz eyni səviyyədə saxlamaq dövlət üçün də çətindi, cəmiyyət ücün də. Ən əsası da ona görə ki, Qarabağ məsələsi fikrimizi çox məşğul edir. Biz uduzan xalqın kompleksi ilə yaşsayırıq. Bu, çox ağırdı. Bu kompleks musiqiçilərə təsir etməyə bilməz. Ona görə də musiqi mədəniyyətimizdə kefsizlik var. Coşqu duyulmur. Olanda da süni əhvaldan başqa bir şey olmur. Çünki içdən gəlmir. - Yəqin izləyirsiz, ölkəmizdə altı musiqi növünün bir çoxu üzrə müsabiqələr keçirilir... - Müsabiqələr keçirilməlidi. Amma onların musiqiyə heç bir dəxli yoxdu. Musiqini musiqiçilər inkişaf etdirir. - Amma “Eurovision”dakı təmsilçilərimiz məhz vaxtilə bu müsabiqələrdə iştirak edənlər idi... - Görün, o “Eurovision” nə gündədir ki, musiqiyə dəxli olmayanları ora göndəririk, özü də yüksək yerləri tuturuq. Söz ki, “Eurovision”dan düşdü, mənim üçün maraqlıdı, builki iştirakçımızın mahnısını yazan İsveç bəstəkarına nə qədər qonorar veriblər? - Qəridədir ki, bizim bəstəkarlar yalnız birinci il fəallıq, sağlam qısqanclıq nümayiş etdirdilər... Sonra isə meydan artıq xaricilərə verildi. - Çünki sonra musiqiyə aidiyyatı olmayan təşkilatçılar öz bəstəkarlarımızı qırağa çəkilməyə məcbur etdilər. Hər il onların birinə müraciət etmək əvəzinə, deyirlər ki, müsabiqə elan edirik, gəlmirlər. Eldar Mansurov, Vaqif Gərayzadə, Faiq Sücəddinov, İlham Abdullayev, Vüqar Camalzadə məgər pionerdirlər ki, müsabiqədə iştirak etsinlər?! Hər il onların birinə müraciət olunsa, bu söz-söhbətlər də qurtarar. Nə Azərbaycan musiqisi adı ilə əcnəbi bəstəkarın mahnısı bizi təmsil edər, nə də pulumuzu özgələrə sərf edərik. - Bəs ümumiyyətlə, bəstəkarlarımızın potensialından necə istifadə olunur? Və şəxsən Siz gənclərin yaradıcılığından xəbərdarsınızmı? - Gənc bəstəkarların yaradıcılığını izləmək bizdə ənənəyə çevrilib. Amma təəssüf ki, cəmiyyətin, hətta bəzən musiqi ictimaiyyətinin də onlardan xəbəri olmur. Çünki təbliğat yoxdur. Belə münasibət çox təhlükəlidi. Bu gün bəstəkarlığa meyli olan yeniyetmə bu sənətin nüfuzlu olmadığını görüb onun dalnca getməyə də bilər. - Artıq bir müddətdir ki, telekanallarımız milli-mənəvi dəyərlərin təbliğinə xüsusi fikir verərək muğam və aşıq musiqisinə çox yer ayırırlar. Sizcə, bu yolla ğözəl zövq formalaşdırmaq mümkündürmü? - Deməli, telekanal rəhbərləri boyunlarına alırlar ki, əvvəllər milli-mənəvi dəyərlərə fikir vermirdilər. Bəs 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində biz bu taktikanı tənqid edəndə cəzalandırılmağımızın cavabını kim verəcək? Bəla orasındadır ki, onlar insanlara ikiayaqlı canlılar kimi baxırlar – sovet dörünün təbliğat maşınının yolu ilə gedirlər. Başa düşmürlər ki, bu yol özünü doğrultmadı. Hər bir musiqi növü əndazəsində səsləndirilməlidi. Birinin bir az artıq səslənməsi digərlərinin də ziyanina işləyir. İnsanların musiqi zövqünü belə üsullarla formalaşdırmaq, aşıq, ya da muğam musiqisini dinləməyə məcbur etmək mümkün deyil. Telekanal rəhbərlərinin musiqi bilgisi ən yaxşı halda dinləyici səviyyəsindədir. Mütəxəssislərlə isə işləmək istəmirlər. Çünki mütəxəssisə əmr edə bilməyəcəklər. - Ölkəmizdə akademik musiqi üzrə festival ənənəsi artıq paytaxtdan xeyli kənara çıxıb. Amma bu festivalların heç birindən Sizin səsiniz gəlmir... - Mən dəvət olunmadığım yerə getmirəm. Görünür, vətəndən kənarda yaşamağım belə məsələlərə təsir edir. - Bildiyimə görə bir neçə balet yazmağı planlaşdırırdınız. Daha doğrusu, “Oğuznamə”ni artıq bitirmisiniz. Bu baletlərin səhnə həyatı necə olacaq? - Mən öz işimi yerinə yetirirəm. Balet əsərinin səhnə həyatı ilə məşğul olmaq bəstəkarın işi deyil. Üçhissəli “Oğuznamə” baleti 2006-cı ildən hazırdı. İndi isə ikihissəli “Tufan” baletini tamamlamaq üzrəyəm. Ssenari müəllifi Alla Axundova, Nuh peyğəmbərin zamanında baş vermiş tufan əhvalatı ilə eyniadlı Azərbaycan xalq nağılını birləşdirib. - Arzu edirik ki, “Tufan”ın ayağı düşərli olsun – hər iki balet Azərbaycan səhnəsində tamaşaya qoyulsun. - Mən də bunu çox istərdim. Amma deyəsən, Opera və Balet Teatrının repertuarının yenilənməməsindən danışanlar qətiyyən səmimi deyillər. Belə olmasaydı, dörd ildən bəri kütləvi-informasiya vasitələrində “Oğuznamə” baleti haqqında gedən məlumatlarla maraqlanardılar. Milli.az


 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : “Musiqiyə aidiyyatı olmayan şəxslər öz bəstəkarlarımızı qırağa çəkilməyə məcbur etdilər”
Yazılma Tarixi : 09.08.2010
Xəbər Etiketləri : “Musiqiyə aidiyyatı olmayan şəxslər öz bəstəkarlarımızı qırağa çəkilməyə məcbur etdilər”
Oxunma Sayı : 351
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Eldar və Nigar «İlin adamı» oldu
Emin Sabitoğlunun 75 illik yubileyi qeyd olunacaq
Akif Səməd: ruhani duyğular şairi
Akif Səmədin «Seçilmiş əsərlər»i təqdim olundu
Müğənnilər vergi ödəyirmi?
“Şairlər möcüzə göstərməlidir!”


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.