Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Mübahisəli dairələr, yoxsa liderlərin oyunu?


"Vurulmaqda" olanlar mübahisəli ərazilərə salınıb

AXCP ilə Müsavat arasında mübahisəli dairələrin siyahısı artıq mətbuatda dərc olunub. Xəbər verilir ki, 8 saylı Binəqədi birinci, 17 saylı Yasamal üçüncü, 19 saylı Nərimanov birinci, 20 saylı Nərimanov ikinci, 25 saylı Nizami ikinci, 26 saylı Sabunçu birinci, 29 saylı Səbail birinci, 34 saylı Xətai ikinci,  41 saylı Sumqayıt birinci, 79 saylı İmişli, 115 saylı Şəki kənd ikinci dairələridir. Bu dairələr üzrə vahid namizəd olmaq istəyən və qarşı-qarşıya gələnlər müvafiq olaraq bunlardır: Razi Nurullayev-Arzu Səmədbəyli, Qənimət Zahid-Nüşabə Sadıxlı, Gözəl Bayramlı-İbrahim İbrahimli, Cəmaləddin Əkbər-Qubad İbadoğlu, Məhəmməd Talıblı-Rauf Arifoğlu, İbrahim Vəliyev-Tofiq Yaqublu, Həsən Kərimov-Mehman Cavadoğlu, Fuad Qəhrəmanlı-Nəsib Nəsibli, Mahir Ağayev-İkram İsrafil, İlqar Hüseyn-İltizam Əkbər, Sahib Kərimov-Adil Qeybulla. Mətbuata sızan məlumata görə, partiyalar bu dairələr üzrə razılığa gələ bilmirlər. Demək olar ki, günaşırı liderlər görüşsələr də, razılıq əldə edilmir. Siyahıya nəzər saldıqda müəyyən şübhəli məqamlar ortaya çıxır. Bəzi dairələrdə doğrudan da mübahisənin olduğu, mübarizənin getdiyi faktı var. Amma elə dairələr və şəxslər var ki, onlara diqqət etdikdə partiya rəhbərliyinin müəyyən oyunları üzə çıxır. Məsələn, AXCP-Müsavat birliyinin ideya memarlarından biri, bu birliyi müdafiə etdiyi üçün Xaliq Bahadırın hücumlarına məruz qalmış Fuad Qəhrəmanlının namizəd olmaq istədiyi dairə də mübahisəlidir. Məntiqlə hər iki partiya bu gənc siyasətçiyə yer ayırmalı idi. Fuad Qəhrəmanlı 34 saylı Xətai dairəsindən namizəd olacaq. Yəni Milli Məclisin üzvü Nəsib Nəsibliyə alternativ olacaq. Belə çıxır ki, Müsavat rəhbərliyi artıq Nəsiblini deputat görmək istəmir. Bəlli məsələdir ki, birliyin ideya memarı seçkidən kənarda qalmayacaq. Görünür, Nəsib müəllimin taleyini 2006-cı ildə Divanın iclasında İsa Qəmbərin ünvanına dediyi sözlər həll edib. Onu Müsavatda sevmirlər və növbəti dəfə deputat olmasını istəmirlər. Böyük ehtimalla, bu dairədən namizəd Fuad Qəhrəmanlı olacaq. Nəsib Nəsibli isə yəqin ki, narazı qalıb partiyanı tərk edəcək.
 Müsavat rəhbərliyi İltizam Əkbərlə, İkram İsrafili də deputat görmək istəmir. Onların mübahisəli dairələrə salınması onu göstərir ki, Müsavat onları dəstəkləməyəcək. İbrahim İbrahimli də mübahisəli dairəyə düşüb. Ötən seçkidə də bu təcrübəli müsavatçının başına bu işi gətirmişdilər. Hətta 2005-ci ildə İbrahim bəy partiyadan çıxarıldı, seçkidən sonra yenidən partiyaya bərpa edildi. Bu il də onun başını dərdə salıblar. Görünür, AXCP rəhbərliyinin bu şəxsə qarşı qərəzi soyumayıb. Müsavat rəhbərliyindən kimsə Adil Qeybullanı cəzalandırmaq niyyətinə düşüb. Onun AXCP-də gənc və perspektivli fiqura sayılan Sahib Kərimovla eyni dairəyə salınması deyilənlərə sübutdur. Yəqin ki, Adil həkimin başqanlığa iddia qoyması ona qarşı qəzəbi körükləndirib və Müsavatiçi qruplar onu cəzalandırmaq qərarına gəliblər. AXCP-də faktiki ikinci şəxs olan Həsən Kərimovun Səbail dairəsində Mehman Cavadoğlu ilə üz-üzə gəlməsi isə AXCP-nin oyununa oxşayır. Həsən bəyə qarşı onsuz da qısqanc münasibət var AXCP-də. Görünür, partiyada ikinciliyə can atanlar Həsən bəyin mövqelərini zəiflətməyə çalışırlar.
 Müsavatın Arzu Səmədbəyli ilə bağlı mövqeyi də dəyişməyib. Hələ də onun dairəsindən Razi Nurullayev iddialıdır və israrla sona qədər gedəcəyini bildirir. Razi bəyin Müsavatdan "güc" aldığına dair xəbərlərə inansaq, belə çıxır ki, partiya rəhbərliyi Səmədbəylini cəzalandırmaq qərarına gəlib. Xatırladaq ki, A.Səmədbəylinin qardaşı Aqil Səmədbəyli artıq Müsavat-AXCP ittifaqının vahid namizədidir. Deməli, Arzu bəy deputatlığa əlvida deməli olacaq. Daha bir maraqlı duel gənc iqtisadçı Məhəmməd Talıblı ilə Rauf Arifoğlunun, İbrahim Vəliyevlə Tofiq Yaqublunun üz-üzə gəlməsidir. Hər iki dairədə AXCP liderinin şəxsi ambisiyaları başlıca rol oynayıb. Əli Kərimli Rauf Arifoğlunu vurmaq, baş yazarı Müsavatdan incik salmaq istəyir. İbrahim Vəliyev də partiyasının hədəfindədir. Görünür, AXCP sədri Müsavat başqanının ən etibarlı adamlarından sayılan Tofiq Yaqublu ilə qarşı-qarşıya gətirməklə partiyası ilə əlaqələri demək olar ki, üzmüş İbrahim Vəliyevi cəzalandırmaq istəyir.

Aydın




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Mübahisəli dairələr, yoxsa liderlərin oyunu?
Yazılma Tarixi : 26.08.2010
Xəbər Etiketləri : Mübahisəli dairələr, yoxsa liderlərin oyunu?
Oxunma Sayı : 327
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
İrana qarşı müharibə ehtimalı yüksəlir
İran dövləti çıxılmaz durumda
Suriya rejimi azğınlaşır
Ermənistan laçınlı sultanlarının mülkündə otel tikdirib
Senatın qərarı Fransa Konstitusiyası ilə ziddiyyət təşkil edir
Rus müxalifəti Kremli lərzəyə saldı


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.