Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Korrupsiyaya qarşı Mübarizə İdarəsi illik hesabatını açıqladı


Qurum QHT-lərlə əməkdaşlıq memorandumu imzaladı

Yanvarın 27-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi 2011-ci ilin yekunları ilə bağlı mətbuat konfransı keçirdi. 
Tədbirdə idarə rəhbəri Kamran Əliyev, Korrupsiyaya qarşı Komissiyanın katibi İnam Kərimov və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən Kamran Əliyev korrupsiyaya qarşı mübarizədə effektivliyi artırmaq, bu cür hallarla üzləşən vətəndaşlara Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə birbaşa müraciət etmək imkanının yaradılması məqsədilə idarənin nəzdində 2011-ci il martın 3-dən etibarən 24 saat ərzində fəaliyyət göstərən "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi yaradıldığını bildirib: “Ötən müddət ərzində "Qaynar xətt"ə 3578 müraciət daxil olub, korrupsiya ilə əlaqədar olmayan bir sıra müraciət müəllifinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulan hüquqlarının bərpası yollarına dair ətraflı izahlar verilib.
K.Əliyev həmçinin vurğulayıb ki, korrupsiya ilə mübarizə bəhrəsini verməkdədir. Belə ki, bir tərəfdən "Qaynar xətt" əlaqə mərkəzinə daxil olan zənglərin sayının azalması tendensiyası müşahidə olunur, digər tərəfdən isə əlaqəli dövlət qurumları ilə birgə görülən tədbirlər nəticəsində müraciətlərin müsbət həll olunması təmin edilən tədbirlər həyata keçirilir. Belə ki, ötən ilin mart ayında qaynar xəttə daxil olan müraciətlərin sayı 1028, iyul ayında 285, noyabr da isə bu göstərici 223-ə enib. Daxil olan müraciətlərdən 27 müraciət üzrə müxtəlif maddələrlə cinayət işi başlayaraq 33 şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Həmin cinayət işlərinin 14-nün istintaqı yekunlaşaraq baxılması üçün məhkəmələrə göndərilib”.
 İdarə rəisi bildirib ki, ötən il idarənin fəaliyyətinin səmərəliliyinin artırılması üçün dövlət tərəfindən də lazımi tədbirlər görülüb. 2001-ci il martın 11-də prezident İlham Əliyevin sərəncamı ilə idarənin prokurorluq işçilərinin sayı 60 ştat vahidi artırılaraq 100 nəfərə çatdırılıb ki, bu da idarənin daha operativ tədbirlər görməsinə şərait yaradır. Bundan başqa, ötən il idarə əməkdaşlarının xüsusi iş şəraitinə görə aylıq vəzifə maaşları 50 faiz artırılıb: “Bundan başqa, ötən il Azərbaycanın prokurorluq tarixində və MDB-də ilk dəfə olaraq idarənin əməkdaşlarına əməliyyat-axtarış tədbirləri keçirmək səlahiyyətləri verilib. Bununla yanaşı, idarədə 4 yeni şöbə yaradılıb, iki şöbə ləğv edilərək onların bazasında yeni şöbələr təsis edilib. 
Tədbirdə çıxış edən Korrupsiya ilə mübarizə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev isə əməkdaşlığın artırılmalı olduğunu və səylərin gücləndirilməsinin vacibliyini qeyd edib.
Daha sonra qeyri-hökumət təşkilatları ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memoranduma QHT-lər adından Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev imza atıb. 
Memorandumda 10 istiqamət üzrə əməkdaşlıq nəzərdə tutulub. QHT-lər və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi birgə təbliğat aparacaq, televiziya verilişlərinin hazırlanması, müxtəlif nəşrlərin çap olunması və sair sahələrdə birgə əməkdaşlıq edəcəklər.

Samir







 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Korrupsiyaya qarşı Mübarizə İdarəsi illik hesabatını açıqladı
Yazılma Tarixi : 27.01.2012
Xəbər Etiketləri : Korrupsiyaya qarşı Mübarizə İdarəsi illik hesabatını açıqladı
Oxunma Sayı : 116
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Diskriminasiya və müdafiəsiz əməyə qarşı mübarizə
Mədəniyyət və Turizm Nazirliyində «Turizm ili»nin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib
20 yaşlı ad almayan soyqırım
TÜSİAB “Xocalıya ədalət” istədi
Xocalı soyqırımında 613 nəfər, o cümlədən 63 azyaşlı qətlə yetirilib
Dövlət və din


Son xəbərlər
 
  Meşkinli hərəkatçılar həbs edilib
 
 
  “Uşaqlar və müharibə”
 
 
  Qonaqlar vizaları hava limanında alacaq
 
 
  Filip Kirkorov plagiatda ittiham olunur
 
 
  Teves rəsmən üzr istədi
 
 
  Çempionlar Liqası: Joze Mourinyo və tələbəsi qonaqlıqda
 
 
  Xəzərdə azərbaycanlı balıqçılar itkin düşüb
 
 
  TBMM Komissiyasından Xocalı faciəsi ilə bağlı bəyanat
 
 
  “Birlik” MMC-nin fırıldağı üzə çıxıb
 
 
  Bakıda qanunsuz ovun qarşısı alınıb
 
 
  Xeyli miqdarda saxta sement aşkarlandı
 
 
  Magistr namizədləri “buraxılış vərəqəsi”ni fevralın 29-dan ala biləcəklər
 
 
  В Австралии обнаружен розовый алмаз в 12,76 каратов
 
 
  Минобразования предлагает предоставить педагогам статус госслужащих
 
 
  Вышла в свет новая книга Юнуса Огуза
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.