Martın 9-da "Associated Press" agentliyinə verdiyi müsahibədə Braziliya prezidenti Luis İnasiu Lula da Silva bildirib ki, ABŞ-ın İrana qarşı təklif etdiyi yeni sanksiyalar Yaxın Şərq regionunda müharibəyə gətirib çıxara bilər. "Biz İraqdakı hadisələrin İranda təkrar olunmasını istəmirik", deyə Braziliya lideri bildirib. Braziliya prezidenti may ayına nəzərdə tutulan Tehrana səfəri zamanı Mahmud Əhmədinejadı nüvə proqramına dair olan tərəddüdləri aradan qaldırmağa çağıracaq və danışıqların bərpa olunmasının vacibliyini vurğulayacaq. Braziliya liderinin fikrincə, hər vasitə ilə müharibədən yan keçmək lazımdır. ("OLAYLAR")
|