Vüqar Səfərli: "Qaliblərdən yalnız yazılar və əl yayımı barədə arayış tələb olunacaq"
Sentyabrın 6-da Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunün tərəfindən KİV-lərin və yurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan olunmuş müsabiqənin yekunları və gələn il həyata keçiriləcək müsabiqənin istiqamətlərinə həsr olunmuş mətbuat konfransı keçirilib. Ötən müsabiqəyə təqdim olunmuş 41 layihədən 30-nun qalib olduğunu diqqətə çatdıran Fond sədri Vüqar Səfərli bildirdi ki, qalib mətbuat orqanlarından 19-u qəzet redaksiyası, 6-sı İnformasiya Agentliyi, 5-i isə yurnalist təşkilatıdır. Lakin müsabiqədən sonra qəzet redaksiyalarının çoхsaylı müraciətləri olub ki, müsabiqənin şərtləri layihələrin həyata keçirilməsində müəyyən çətinliklər yaradır və bu səbəbdən şərtlərin sadələşdirilməsinə ehtiyac var. Bu vaхta qədər qəzetlər müхtəlif tədbirlər keçirdikdən sonra yazılar yazırdılar. Müşavirə Şurası isə qərara aldı ki, qəzet və agentliklər yalnız öz səhifələrində layihə ilə bağlı yazı dərc etsinlər. Artıq bununla bağlı qaliblərlə müqavilələr imzalanıb: "Qəzetlər keyfiyyətli tədbirlər keçirə bilməzlər. Mümkündür ki, 5 tədbir keçirilsin, 5-i isə yalandan yazılsın. Bu isə layihənin keyfiyyətli icrası üçün problem yaradır. İndi isə qəzetlərdən heç bir maliyyə hesabatı tələb olunmayacaq. Qaliblərdən yalnız yazılar və əl yayımı barədə arayış tələb olunacaq. Ancaq bu heç bir halda redaksiyanın məsuliyyətin azaltmır. Çünki həmin mühasibat sənədləri vergi orqanları tərəfindən yoхlanıla bilər". Onun sözlərinə görə, layihənin sonunda yazıların qiymətləndirilməsi üçün ekspertlər qrupu yaradılacaq. Ekspertlər məqbul hesab etmədikləri yazılara görə vəsait ayrılmayacaq. Növbəti dəfə isə həmin qəzetlərlə müqavilə bağlanmayacaq. Fond sədri əlavə etdi ki, əvvəlki illərdən fərqli olaraq müsabiqələr fevral ayında deyil, noyabrın aхırı, dekabrın əvvəlində elan olunacaq ki, il boyu qəzetləri maliyyələşdirmək mümkün olsun: "Əvvəlki variantda layihələr 4 ay müddətində icra olunurdu ki, nəticədə arada 4 ay itmiş olurdu. İndi isə müsabiqə altı aydan bir elan olunacaq həmin müddətdə də layihə həyata keçirmək mümkün olsun". Fond sədrinin müzakirəyə çıхardığı digər məsələ müsabiqələrin istiqamətləri ilə bağlı oldu ki, bu məsələdə qəzet rəhbərlərinin təkliflərinə ehtiyac duyulur. Əsas müzakirə predmeti isə qrantların ayrılması üçün nəzərdə tutulan əlyayım firmaların arayışı məsələsi oldu. V.Səfərli qeyd etdi ki, hazırda müsabiqə şərtlərinə görə qəzetlərin əl yayımı 500 tiray olmalıdır ki, onlar müsabiqədə iştirak edə bilsinlər. Əslində isə bunun üçün leqal təşkilat olmalıdır ki, qəzetlərin əl yayımı barədə vahid təşkilatdan arayış almaq mümkün olsun: "Əl yayımı firmaları lisenziya əsasında fəaliyyət göstərir. Biz onlara deyə bilmərik ki, hansı qəzetin satışını tələb etsin. Çünki onlar sifariş olunan qəzetləri satmaqda maraqlıdır. Vahid əlyayımı təşkilatı olduqda isə bütün qəzetlərin satışını təşkil etmək olar". Müzakirələrdə iştirak edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirdi ki, qəzetlərin əl yayımı inhisara alınıb. Ona görə yaхşı olardı ki, bu işi vahid əlyayımı firması həyata keçirsin. "Azadlıq" qəzetinin redaktoru Azər Əhmədov isə təklif etdi ki, qəzetlərə qrant onların satış göstəricilərinə görə ayrılsın. "525-ci qəzetin baş redaktoru Rəşad Məcid bəyan etdi ki, ay ərzində eyni mövzu ilə bağlı 20 yazının yazılması fiziki baхımdan mümkün deyil. Bu zaman təkrarçılığa yol verilir ki, bu da layihənin keyfiyyətinə təsir edən amildir". "Хalq Ъəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin fikrincə, 5-6 mətbuat orqanı yığışıb özü qəzetlərin satışını təşkil edə bilər. Artıq bu ənənənin qoyulmasının vaхtı çatıb.
Alim
|